
Amazon-un təsisçisi Jeff Bezos: "Süni intellekt "sənaye köpüyü"dür, lakin o, cəmiyyət üçün faydalı olacaq
Süni İntellekt
03.10.2025
Emil Nəcəfov
Süni intellekt hazırda “sənaye köpüyü”nü xatırladır, lakin bu texnologiya realdır və cəmiyyətə əhəmiyyətli fayda gətirəcək. Bu bəyanatı Amazon-un qurucusu Jeff Bezos İtaliyanın Turin şəhərindəki konfransda verib. “Köpük” sözü adətən şirkətlərin və onların səhmlərinin dəyərinin biznesin fundamental əsaslarından qoparaq şişirdildiyi dövrü xarakterizə etmək üçün işlədilir. Ən məşhur partlamış köpüklərdən biri 2000-ci ildə dotkom böhranı olmuşdu, o vaxt internetlə bağlı şirkətlərin dəyəri kəskin şəkildə çökmüşdü. Italian Tech Week tədbirində Exor holdinqinin baş direktoru John Elkann Bezos-dan soruşub ki, İT sənayesində “köpük” əlamətləri varmı.

“Bu müəyyən mənada sənaye köpüyüdür” - deyə Amazon-un qurucusu etiraf edib. Bezos “köpüklərin” bəzi xarakterik xüsusiyyətlərini sadalayaraq qeyd edib ki, bu mərhələdə səhmlərin qiymətləri biznesin fundamental əsaslarından qopur. Cəmiyyətdə isə həmin “köpüyü” formalaşdıran texnologiyalara böyük həvəs yaranır - hər bir təcrübi məhsul və ya ideya maliyyə dəstəyi alır. “Yaxşı ideyalar və pis ideyalar. Bu həyəcan içində investorlar üçün yaxşı ideyanı pis ideyadan ayırmaq çətindir. Yəqin ki, bu gün də eyni vəziyyət yaşanır. Amma bu, baş verənlərin hamısının qeyri-real olduğu demək deyil.

Süni intellekt realdır və o, hər bir sahəni dəyişəcək” - deyə Jeff Bezos bildirib. O, cəmi 6 nəfərlik heyətə malik, amma milyardlarla investisiya toplayan bir şirkəti misal çəkib. Onun fikrincə, bəzi köpüklər faydalı da ola bilər. O, biotexnologiya və əczaçılıq şirkətlərindəki boom-u müsbət nümunə kimi göstərib. Çoxu müflis olub, amma həyati əhəmiyyətli dərmanlar da meydana çıxıb. “Sənaye köpükləri o qədər də pis deyil və toz yatandan sonra, kimlərin qalib gəldiyi bəlli olanda, bu ixtiralar cəmiyyət üçün faydalı olacaq. Burada da eyni şey baş verəcək. Bu realdır: süni intellektin cəmiyyət üçün faydaları nəhəng olacaq” - deyə Bezos vurğulayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hollywood həmkarlar ittifaqı aktyorları süni intellekt ilə rəqabətdən qorumağı tələb edib

Hollywood həmkarlar ittifaqı aktyorları süni intellekt ilə rəqabətdən qorumağı tələb edib
Süni intellekt vasitəsilə yaradılmış Tilly Norwood adlı sintetik “aktrisa” sənaye daxilində sərt mübahisələrin mövzusu olub: prodüserlər agentliklər və studiyaların buna maraqlarından danışdıqları halda, Hollywood-un həmkarlar ittifaqı SAG-AFTRA bu cür təcrübələri kəskin şəkildə pisləyib.
Süni intellekt Wi-Fi vasitəsilə divarlardan o tərəfi görməyi öyrənib

Süni intellekt Wi-Fi vasitəsilə divarlardan o tərəfi görməyi öyrənib
Wi-Fi-a qoşulmuş cihazlar ətrafımızda məkan yönümlü radiodalğalarla daim siqnal mübadiləsi aparır. Bu radiodalğalar divarlardan, mebellərdən və məkandakı digər əşyalardan əks olunaraq həmin obyektlərin yerləşmə məlumatını formalaşdırır.
Sam Altman süni intellekt üzərində idarənin təsadüfən itirilə biləcəyi barəsində xəbərdarlıq edib

Sam Altman süni intellekt üzərində idarənin təsadüfən itirilə biləcəyi barəsində xəbərdarlıq edib
OpenAI rəhbəri Sam Altman MD MEETS podkastında Axel Springer-in baş direktoru Mathias Döpfner ilə söhbətində texnologiyaların inkişafı ilə bağlı narahatedici bir ssenarini səsləndirib.
Tədqiqatçılar süni intellekt səbəbilə kütləvi işsizliyi aşkar etməyiblər

Tədqiqatçılar süni intellekt səbəbilə kütləvi işsizliyi aşkar etməyiblər
Generativ süni intellekt sistemlərinin tərtibatçıları investorların vəsaitini cəlb etməkdə maraqlıdırlar və buna görə də bu cür sistemlərin iqtisadiyyatın bütün sahələrinə nə dərəcədə təsir göstərə biləcəyi barədə proqnozlar verməkdən çəkinmirlər.
OpenAI süni intellekt əsaslı Sora 2 video generatorunu təqdim edib (VİDEO)

OpenAI süni intellekt əsaslı Sora 2 video generatorunu təqdim edib (VİDEO)
OpenAI video və audio generasiyası üçün flaqman süni intellekt modeli Sora 2-ni təqdim edib. Şirkət bunu orijinal Sora ilə müqayisədə böyük keyfiyyət sıçrayışı kimi təqdim edir və mətn generasiyası üçün inqilabi olan GPT-3.5 ilə müqayisə edir.
Həftənin xəbərləri

