main-post-cover

    Süni intellekt dünyanı sənaye inqilabından 10 dəfə daha sürətli və güclü şəkildə dəyişəcək

    Süni İntellekt
    06.08.2025
    Emil Nəcəfov
         Google DeepMind-ın baş direktoru Demis Hassabis The Guardian-a verdiyi müsahibədə bildirib ki, süni intellektin təsiri sənaye inqilabından 10 dəfə güclü və 10 dəfə daha sürətli olacaq. Onun proqnozuna görə, yaxın onilliklərdə süni intellekt cəmiyyəti köklü şəkildə dəyişdirəcək və bizi “radikal bolluq” dövrünə aparacaq - bu dövrdə texnologiyalar tibb, energetika və digər sahələrdə inqilabi irəliləyişlərə səbəb olacaq. Bununla yanaşı, Hassabis əmindir ki, insanlar çox uyğunlaşma qabiliyyətinə malikdirlər: beynimiz ovçu-toplayıcı həyatına uyğun şəkildə təkamül keçirsə də, biz müasir sivilizasiya qura bildik və qarşıdakı dəyişikliklərlə də bacaracağıq. Onun sözlərinə görə, yaxın 5-10 il ərzində insanın bütün idrak qabiliyyətlərini təqlid edə bilən ümumi süni intellekt (AGI) yarana bilər. O bu keçidin ani deyil, tədricən ola biləcəyini istisna etmir, lakin vurğulayır ki, biz, cəmiyyəti radikal şəkildə dəyişəcək yeni texnoloji dövrün başlanmasından əvvəlki son illərdə yaşayırıq. Bəziləri üçün bu, apokaliptik perspektivdir, digərləri, o cümlədən Hassabis üçün isə utopiyadır.
    Demis Hassabis:
         O, “radikal bolluq” imkanından danışır - yəni süni intellektin tibb, nüvə sintezi, otaq temperaturunda işləyən superkeçiricilər, materialşünaslıq və riyaziyyat sahələrində inqilabi kəşflərə yol açacağı bir dünya. Onun sözlərinə görə, bu, məhsuldarlığın nəhəng artımına və nəticədə cəmiyyəti yeni bir rifah səviyyəsinə gətirib çıxara bilər. Əsas məsələ bu nemətlərin ədalətli şəkildə bölüşdürülməsidir, lakin bu artıq siyasətçilərin vəzifəsidir. Hassabis inkar etmir ki, süni intellektin inkişafı ilə ciddi risklər də yaranır: dezinformasiyanın yayılması, iş yerlərinin yoxa çıxması, enerji istehlakının həddindən artıq artması və texnologiyaya nəzarətin itirilməsi kimi təhlükələr. Gələcək süni intellekt sistemləri böyük miqdarda su və elektrik enerjisi tələb edəcək və bütün bunlar iqlim böhranı şəraitində baş verəcək. Lakin Google DeepMind rəhbəri əmindir ki, məsələn, ekoloji problemlərə həllər şəklində əldə olunacaq faydalar bu xərcləri üstələyəcək.
         Hassabis üçün süni intellektin gələcəyi təkcə peşəkar deyil, həm də şəxsi məsələdir. Onun yeniyetmə yaşlarında iki oğlu var və o, onların necə bir dünyada yaşayacaqlarını düşünür. O, indiki vəziyyəti öz uşaqlığı ilə müqayisə edir - ev kompüterləri və internetin yeni-yeni meydana çıxmağa başladığı dövr. Hassabis hesab edir ki, süni intellekti effektiv şəkildə istifadə etməyi bacaran uşaqlar böyük üstünlük əldə edəcəklər - “bu sahədə bir növ ninja olacaqlar”. Bununla belə, gələcəkdə texnologiyalarla birbaşa əlaqəsi olmayan insanlar üçün də yer olacaq. İnsanlara hələ də fəlsəfə, iqtisadiyyat, incəsənət, idman, meditasiya kimi sahələr lazım olacaq - yəni insan varlığına mənalar bəxş edən hər şey. “O zaman texnologiyalar bizə daha çox boş vaxt qazandıracaq və biz cəmiyyət olaraq bu dəyərlərə daha çox diqqət yetirə biləcəyik” - deyə Hassabis bildirib.
         Hassabis 2010-cu ildə DeepMind şirkətini Shane LeggMustafa Suleyman ilə birlikdə təsis edib. Kembric Universitetinin informatika üzrə məzunu və neyroelmlər üzrə doktor olan Həssabis şirkət qarşısında iddialı bir məqsəd qoymuşdu: “İntellekti anlamaq və sonra onu bütün digər problemlərin həlli üçün istifadə etmək”. Şirkətin ilk investorları arasında Peter Thiel, Google Elon Musk olub. Artıq 2014-cü ildə DeepMind əvvəlcədən heç bir məlumata malik olmadan Atari oyunlarını öyrənə bilən süni intellekt hazırladı. Həmin il Google bu şirkəti 400 milyon funt sterlinqə aldı. 2016-cı ildə DeepMind növbəti irəliləyişə imza atdı - o, go oyununda dünya çempionunu məğlub etdi, daha sonra isə zülal strukturlarını deşifrə edən AlphaFold sistemini təqdim etdi.
         Bu nailiyyətə görə Hassabis və digər alimlər Kimya üzrə Nobel mükafatına layiq görüldülər. 2020-ci ildə ChatGPT-nin istifadəyə verilməsindən sonra sənaye kəskin şəkildə dəyişdi və DeepMind Google-un “machine learning şöbəsi”nə çevrilərək süni intellekti axtarış sisteminə, tərcümə xidmətlərinə və digər servislərə inteqrasiya etməyə başladı. OpenAI, Microsoft Meta kimi şirkətlərlə rəqabətə baxmayaraq - hansılar ki, mütəxəssisləri cəlb edir və milyardlarla vəsait xərcləyirlər - DeepMind fundamental tədqiqatların flaqmanı olaraq qalır. Hassabis vurğulayır ki, komandası əsas diqqəti texnoloji irəliləyişlərə yönəldib, kommersiyalaşma isə onların əsas məqsədi deyil. Hassabis uşaqlıqdan qeyri-adi qabiliyyətləri ilə seçilirdi.
         O, 4 yaşında artıq şahmatda vunderkind səviyyəsində oynayırdı və 13 yaşında İngiltərənin yeniyetmələrdən ibarət yığmasında çıxış edirdi. Şahmat onun strateji düşüncə tərzini formalaşdırdı və təzyiq altında işləməyi öyrətdi. Onun ilham mənbələri Alan Turing Richard Feynman idi. Hassabis erkən yaşlarından kompüterlərə maraq göstərirdi: şahmat turnirlərindən qazandığı mükafat pullarını ilk fərdi kompüterlərə sərf edir, proqramlaşdırmanı öyrənir və 17 yaşında Theme Park oyununa kod yazır - burada parkın virtual ziyarətçiləri oyunçunun hərəkətlərinə reaksiya verirdilər. The Guardian jurnalistinin qeyd etdiyi kimi, Hassabis-in kabinetində əfsanəvi qrossmeysterlər - Garry Kasparov, Magnus CarlsenJudit Polgar tərəfindən imzalanmış şahmat taxtaları asılıb. Yanında isə oyun taxtası durur: gərgin iş qrafikinə baxmayaraq, o hələ də bir partiya oyuna vaxt tapır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google DeepMind-ın yeni süni intellekti açıq mənbəli proqram təminatında 20 təhlükəsizlik boşluğunu aşkar edə bilib
    google-deepmind-in-yeni-suni-intellekti-aciq-menbeli-proqram-teminatinda-20-tehlukesizlik-boslugunu-askar-ede-bilib
    Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər
    boyuk-sirketler-bu-il-suni-intellekte-umumilikde-344-miyard-dollar-xercleyecekler
    Meta dünyanın ən böyük süni intellekt klasterini inşa edir
    meta-dunyanin-en-boyuk-suni-intellekt-klasterini-insa-edir
    Süni intellekti arzuolunmaz hərəkətlərə meylli hala gətirə bilən amillər araşdırılıb
    suni-intellekti-arzuolunmaz-hereketlere-meylli-hala-getire-bilen-amiller-arasdirilib
    Google Gemini 2.5 Deep Think süni intellekt modeli istifadəyə verilib
    google-gemini-25-deep-think-suni-intellekt-modeli-istifadeye-verilib