Süni intellekt köməkçilərinin cavablarında ciddi səhvlər aşkar edilib
Süni İntellekt
23.10.2025
Emil Nəcəfov
Avropa Yayım Birliyi (EBU) və BBC tərəfindən aparılmış yeni araşdırmaya görə, aparıcı süni intellekt köməkçiləri cavablarının demək olar ki, yarısında xəbər məzmununu təhrif edir. Təxminən 45% hallarda süni intellekt köməkçilərinin cavablarında azı bir ciddi səhv aşkarlanıb, 81% cavabda isə ümumiyyətlə müəyyən problem mövcud olub. Araşdırmada Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ABŞ da daxil olmaqla 18 ölkədən 22 dövlət media qurumu iştirak edib. EBU və BBC mütəxəssisləri ChatGPT, Copilot, Gemini və Perplexity kimi aparıcı süni intellekt köməkçilərinin 14 dildə verilmiş 3000 xəbər sualına cavablarını təhlil ediblər. Qiymətləndirmə cavabların dəqiqliyinə, məlumat mənbəyinin göstərilməsinə və fikri faktlardan ayırmaq qabiliyyətinə əsaslanıb.
OpenAI və Microsoft daha əvvəl hallüsinasiyalar probleminin mövcudluğunu - yəni süni intellekt modellərinin məlumat çatışmazlığı kimi səbəblər üzündən yanlış və ya çaşdırıcı məlumat yaratması hallarını - etiraf etmişdilər. Hər iki şirkət bu problemi aradan qaldırmaq üzərində çalışdıqlarını bildiriblər. Öz növbəsində, Perplexity AI xidməti “Dərin tədqiqat” adlı rejimlərindən birinin faktlara uyğunluq baxımından 93.9% dəqiqliyə malik olduğunu iddia edir. Araşdırmaya əsasən, süni intellekt köməkçilərinin cavablarının 1/3-i məlumat mənbəyi ilə bağlı ciddi səhvlər ehtiva edir - məsələn, mənbənin olmaması, çaşdırıcı və ya yanlış şəkildə göstərilməsi. Google-un süni intellekt köməkçisi Gemini cavablarının təxminən 72%-də məlumat mənbəyi ilə bağlı ciddi problemlər aşkarlanıb, digər süni intellekt köməkçilərində isə bu göstərici 25%-dən az olub.
Cavabların təxminən 20%-də isə dəqiqlik problemləri, o cümlədən köhnəlmiş məlumatların təqdim edilməsi halları qeydə alınıb. Reuters Institute tərəfindən hazırlanmış Digital News Report 2025 hesabatına görə, onlayn xəbər istehlakçılarının təxminən 7%-i və 25 yaşdan aşağı insanların 15%-i xəbərləri almaq üçün süni intellekt köməkçilərindən istifadə edir. Avropa Yayım Birliyi bəyan edib ki, süni intellekt köməkçilərinin getdikcə ənənəvi xəbər axtarış sistemlərini əvəz etməsi cəmiyyətin onlara olan etimadını zəiflədə bilər. Bu səbəbdən tədqiqatçılar süni intellekt sahəsində fəaliyyət göstərən şirkətləri xəbər sorğuları ilə işləyən köməkçilərinin keyfiyyətini artırmağa çağırıblar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Dövlət xadimləri və digər məşhur şəxslər süni superintellektin yaradılmasına qarşı çıxıblar
Dövlət xadimləri və digər məşhur şəxslər süni superintellektin yaradılmasına qarşı çıxıblar
Aparıcı texnoloji şirkətlər insanlardan qat-qat ağıllı bir varlıq yaratmağın nəticələrini nəzərə almadan, süni superintellektin sistemləri yaratmağa can atırlar. Bu vəziyyət fonunda texnologiya, siyasət, media, təhsil, din və hətta kral ailəsi dünyasından olan yüzlərlə ictimai xadim müəyyən şərtlər yerinə yetirilməyincə superintellektin yaradılmasının qadağan edilməsinə çağırış edən açıq məktub imzalayıblar.
BƏƏ süni intellekt sahəsində "superdövlət"ə çevrilmək istəyir
BƏƏ süni intellekt sahəsində "superdövlət"ə çevrilmək istəyir
Birləşmiş Ərəb Əmirliklərində süni intellekt layihələrindən cavabdeh olan nazir Omar Sultan Al Olama ölkədə İT-startapların inkişafını stimullaşdırmaq planlarını açıqlayıb. Onun sözlərinə görə, 5 ildən sonra BƏƏ-də bu cür şirkətlərin sayı 10 000-ə çatacaq,
Wikipedia süni intellekt əsaslı axtarış sistemləri səbəbilə istifadəçilərini itirir
Wikipedia süni intellekt əsaslı axtarış sistemləri səbəbilə istifadəçilərini itirir
Veb-saytlar süni intellektin təsiri nəticəsində getdikcə daha çox trafik itirirlər. Wikipedia bu tendensiyada istisna deyil. Onlayn ensiklopediyanın arxasında duran fond bu mövzu ilə bağlı bəyanat yayıb. Fondun nümayəndələri süni intellekti demonizə etmək istəmədiklərini bildiriblər, lakin istifadəçiləri məlumatı əldə etdikləri mənbələrə qarşı tənqidi yanaşmağa çağırıblar.
Keçmiş OpenAI əməkdaşı ChatGPT-nin bir insanı az qala dəli səviyyəsinə çatdırmağından danışıb
Keçmiş OpenAI əməkdaşı ChatGPT-nin bir insanı az qala dəli səviyyəsinə çatdırmağından danışıb
Bəzi süni intellekt xidmətlərinin istifadəçiləri üçün müasir çat-botlar faydalı köməkçi rolunu oynayır, digərləri onları sadəcə ünsiyyət üçün yoldaş kimi istifadə edirlər. Lakin Fortune nəşrinin yazdığına görə, bəzi insanların bəxti gətirmir - onlar üçün süni intellekt psixi sağlamlığa təhdidə çevrilir.
Süni intellekt özü-özünü insan beyni kimi bərpa etməyi öyrənib
Süni intellekt özü-özünü insan beyni kimi bərpa etməyi öyrənib
Alimlər özünü bərpa edə bilən və ənənəvi modellərlə müqayisədə daha sürətli öyrənən yeni tip süni intellekt təqdim ediblər. Sistem insan beyninin sabitliyi qoruma və yüklənmədən sonra bərpa olunma qabiliyyətini təmin edən homeostaz və özünütənzimləmə prinsiplərinə əsaslanır.
Həftənin xəbərləri