
Süni intellekt yarışında kim qalib gələcək?: ABŞ yoxsa Çin?
Süni İntellekt
01.09.2025
Emil Nəcəfov
Süni intellekt bazarındakı genişmiqyaslı qarşıdurmada ABŞ və Çinin süni intellekt texnologiyalarının inkişafına və onların təyinatına yanaşmaları əhəmiyyətli dərəcədə fərqlənir. Əgər ABŞ süni intellekt sahəsində dünya nizamını dəyişməyə imkan verəcək inqilabi sıçrayışa nail olmağa çalışırsa, Çində məqsəd dövlətin effektivliyini artıracaq və asanlıqla satıla biləcək praktik və ucuz süni intellekt alətləri yaratmaqdır. Çin rəhbərliyi israr edir ki, ölkənin texnologiya sənayesi süni intellektin aydın şəkildə praktiki tətbiqə yönəldilməsinə əsaslanmalıdır. Bu qarşıdurmada risklər yüksəkdir - əgər Çin belə bir yanaşma seçib və o, uğursuzluğa düçar olarsa, 21-ci əsrin ən vacib texnologiyalarında ABŞ-dan ciddi şəkildə geri qala bilər. Digər tərəfdən, əgər süni superintellektin yaradılması, indi Silikon Vadisində bir çoxlarının düşündüyü kimi, gerçəkləşməyən bir xəyal olaraq qalarsa, Çin süni intellektin mövcud formasından maksimum fayda götürərək və tətbiqlərini bütün dünyaya yayaraq qlobal rəqibini geridə qoya bilər.

Çində dövlətin razılığı ilə yerli süni intellekt modellərindən liseylərə qəbul imtahanlarının qiymətləndirilməsində, hava proqnozlarının dəqiqliyinin artırılmasında, fermerlərə əkin dövriyyəsi üzrə məsləhət verilməsində və polis tərəfindən fövqəladə hallara reaksiyaların qəbul edilməsində istifadə olunur. Tsinxua Universiteti süni intellekt əsasında fəaliyyət göstərəcək xəstəxana açır, burada həkimlərə xəstəliklər haqqında ən son məlumatlarla təchiz olunmuş virtual həmkarlar kömək edəcək. Ağıllı robotlar avtomobil sənayesində “qara fabriklərin” (tam avtomatlaşdırılmış) idarə olunmasında və toxuculuq dəzgahlarında məhsullarda qüsurların birbaşa yoxlanılmasında istifadə edilir. “Onlar yüksək effektiv süni intellekt tətbiqlərini gələcəkdə nəzəri müzakirə obyekti kimi deyil, buradaca və indi onlardan faydalanmaq imkanı kimi görürlər” - deyə ABŞ-ın Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı, Biden administrasiyası dövründə Çinlə texnoloji rəqabət üzrə ixtisaslaşmış Julian Gewirtz bildirib.

Çin həmçinin açıq mənbəli modelləri daha aktiv şəkildə tətbiq edir ki, bu da Çin şirkətləri üçün bu texnologiya əsasında biznes qurmağı sadələşdirir və ucuzlaşdırır, eyni zamanda Çin süni intellektin qlobal miqyasda yayılmasına töhfə verir. ABŞ-da da süni intellektin gündəlik həyata praktik tətbiqinə diqqət yetirilir, lakin ABŞ texnologiya sahəsindəki ən böyük oyunçuların çoxunun ambisiyaları xeyli yüksəkdir. Onlar hesab edirlər ki, insanları üstələyə biləcək rəqəmsal sistemlər elmdə inqilab yaradacaq, tamamilə yeni tədqiqat sahələri açacaq və ABŞ ordusunu dəyişəcək. Bəziləri hətta süni superintellektin 2027-ci ilə qədər ortaya çıxacağını proqnozlaşdırırlar. Lakin bu fikirlə bütün şirkət rəhbərləri və analitiklər razılaşmır. “Ümumi süni intellektin (AGI) nə qədər tez yaradıla biləcəyi hələ aydın deyil” - deyə Google-un keçmiş baş direktoru Eric Schmidt və texnologiya analitiki Selina Xu bildiriblər.

Onlar əlavə ediblər: “Yalnız bu məqsədə fokuslanmaqla, ölkəmiz insanı üstələyəcək qədər güclü süni intellekt yaratmaq məsələsindən çox az narahat olan, amma mövcud texnologiyalardan istifadə üzərində daha çox cəmləşən Çin qarşısında geri qalma riski daşıyır”. Əhəmiyyətli məqamlardan biri odur ki, ABŞ-dan fərqli olaraq, süni intellekt sənayesinin böyük ölçüdə öz öhdəsinə buraxıldığı yerdə, Pekin öz strategiyasını dəstəkləmək üçün dövlətin bütün gücündən istifadə edir. Yanvar ayında Çində startapları dəstəkləmək məqsədilə 8.4 milyard dollarlıq süni intellekt investisiya fondu yaradıldı, bundan sonra yerli hakimiyyət orqanları və dövlət bankları öz maliyyələşdirmə proqramlarını başladılar, şəhər administrasiyaları isə “AI+” adlı kampaniya çərçivəsində süni intellekt inkişaf planlarını dərc etdilər. Dövlət investisiyalarının əhəmiyyətli bir hissəsi məlumat emalı mərkəzlərinin (MEM) tikintisinə yönəldilir, lakin bunlar, adətən, süni intellekt təlimi üçün istifadə olunan ABŞ analoqlarından xeyli kiçik olur.

Pekinin süni intellekt inkişafında yeni yol açmaqdan başqa seçimi yoxdur, çünki ABŞ-ın Çinə yüksək texnologiyalı yarımkeçiricilərin tədarükünə qoyduğu məhdudiyyətlər Çin süni intellekt şirkətlərinin ən qabaqcıl modellərin təlimini genişləndirməkdə ABŞ nəhəngləri ilə rəqabət aparmaq imkanlarını çətinləşdirir. Keçən həftə isə Çin Nazirlər Kabineti daha geniş məqsədlər elan edərək, 2030-cu ilə qədər ölkənin hərtərəfli inkişafı üçün süni intellektin elmi-texniki tədqiqatlara, sənaye inkişafına və digər sahələrə daha fəal inteqrasiyasına çağırış edib. Əlbəttə, Çində də DeepSeek və Alibaba kimi şirkətlər var ki, onlar AGI inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər. Lakin analitiklərin fikrincə, bu istiqamətdəki səyləri potensial risklər nəzərə alınaraq hökumət tərəfindən nəzarətdə saxlanılacaq. Corc Vaşinqton Universitetinin professoru Jeffrey Ding qeyd edib ki, ABŞ-ın yeni texnologiyaları mənimsəməkdə Çin üzərində mühüm üstünlükləri var, o cümlədən geniş yayılmış təhsil sistemi. Onun sözlərinə görə, əgər bu üstünlüklərdən istifadə olunarsa, ölkənin süni intellekt yarışında Çini qabaqlamaq üçün yaxşı şansı olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni intellektin xaç atası: "Avtonom ölümcül silahlar müharibələri başlatmağı sadələşdirir"

Süni intellektin xaç atası: "Avtonom ölümcül silahlar müharibələri başlatmağı sadələşdirir"
“Süni intellektin xaç atası” adlandırılan alim Geoffrey Hinton, qatil robotların meydana çıxmasının müharibələri daha təhlükəsiz etməyəcəyini bildirib.
Süni intellekt kadr seçimi üzrə daha yaxşı nəticələr sərgiləyib

Süni intellekt kadr seçimi üzrə daha yaxşı nəticələr sərgiləyib
Bu həftə Çikaqo Universitetinin Booth Biznes Məktəbinin və Erasmus Rotterdam Universitetinin tədqiqatçıları süni intellektin işə qəbul üçün namizəd axtarışı imkanlarını araşdıran bir tədqiqatın nəticələrini dərc ediblər.
Süni intellekt elektrik şəbəkələrinə fiziki zərər yetirə bilər

Süni intellekt elektrik şəbəkələrinə fiziki zərər yetirə bilər
İllərlə kibertəhlükəsizlik sahəsində mütəxəssislər əsas diqqəti kritik infrastrukturun, xüsusən də elektrik şəbəkələrinin, rəqəmsal hücumlardan qorunmasına yönəldirdilər və müxtəlif sistemlərdən istifadə edərək təhlükənin yaranmasının qarşısını alırdılar.
OpenAI səsli köməkçilər üçün nəzərdə tutulmuş GPT-Realtime adlı süni intellekt modelini təqdim edib

OpenAI səsli köməkçilər üçün nəzərdə tutulmuş GPT-Realtime adlı süni intellekt modelini təqdim edib
OpenAI GPT-Realtime adlı ən qabaqcıl modelinin buraxılışını elan edib. Bu model “speech-to-speech” prinsipi ilə işləyir. Tərtibatçılar onu səsli köməkçilər və avtomatlaşdırılmış çağrı mərkəzləri üçün real istehsalatda tətbiqə hazır alət kimi təqdim edirlər.
Microsoft öz 2 süni intellekt modelini təqdim edib

Microsoft öz 2 süni intellekt modelini təqdim edib
İndiyə qədər Microsoft böyük ölçüdə OpenAI şirkətinin süni intellekt modellərinə güvənirdi. OpenAI hər dəfə öz ən yeni modellərini təqdim etdikdə, Microsoft onların Azure infrastrukturunda, eləcə də bütün məhsul və xidmətlərində əlçatan olduğunu elan edirdi.
Həftənin xəbərləri

