
Süni zəka selfi fotosu vasitəsilə xərçəng xəstəliyini təyin etməyi öyrənib
Süni İntellekt
12.05.2025
Emil Nəcəfov
Machine learning xəstəliklərin diaqnostikasında inqilabi dəyişiklik vəd edir, çünki bir çox xəstəliklər yalnız gec mərhələdə aşkarlanır, bu zaman müalicə çətinləşir və bəzən mümkünsüz olur. Əsasən onkoloji xəstəliklərdən söhbət gedir. Bu xəstəliklər adətən təsadüfən aşkarlanır və həmin anda müalicənin təsiri artıq azalmış olur. Xəstəliyin gedişatını və terapiyanın təsirini öncədən proqnozlaşdırmaq da çətindir - ideal halda bu funksiyanı süni zəka yerinə yetirə bilər. Massaçusets ştatının Boston şəhərində yerləşən Brigham and Women’s Hospital adlı tibb şəbəkəsinin bir xəstəxanasında onkoloji xəstəliklərin kifayət qədər sadə şəkildə diaqnostikasını təmin edən alqoritm hazırlanıb. Bu metodika pasientlər üzərində sınaqdan keçirilib və digər tibb müəssisələrində də test olunmaq üçün tövsiyə olunub.

Hazırda kütləvi klinik tətbiqdən söhbət getmir. Yeni dərmanlar kimi, diaqnostika metodları və müalicə protokolları da hərtərəfli yoxlanmalı və tənzimləyici qurum tərəfindən sertifikatlaşdırılmalıdır. Metodikanın ideyası yaxşı tanınan bir prinsipə əsaslanır: İnsan əgər sağlamdırsa, öz yaşında və ya ondan da gənc görünür. Süni zəka fotoşəkil vasitəsilə insanın neçə yaşında göründüyünü müəyyən edə və bunu onun xronoloji yaşı və tibbi vəziyyəti ilə müqayisə edə bilər. 58 851 ehtimal olunan sağlam insanın fotosu üzərində süni zəkanın öyrədilməsindən sonra, FaceAge adlı model iki onkoloji mərkəzdən 6196 xərçəng xəstəsi üzərində test edilib. Bunun üçün adətən şüa terapiyasının başlanğıcında çəkilmiş şəkillərdən istifadə olunub.

Nəticələr göstərib ki, onkoloji xəstələr eyni yaşda olan sağlam insanlarla müqayisədə əhəmiyyətli dərəcədə daha yaşlı görünürlər. FaceAge modeli vasitəsilə aparılan yaş qiymətləndirməsi, orta hesabla, xronoloji yaşdan təxminən 5 il daha çox nəticə verir: Yəni pasientlər real yaşlarından daha yaşlı görünürlər. Bu göstəricilər arasındakı fərq nə qədər çox olarsa, pasientin qısamüddətli sağ qalma ehtimalı da bir o qədər aşağı olur. Həkimlər bu cür əlaqəni əvvəllər də müşahidə etmişdilər, lakin proqram subyektiv dəyərləndirmədən asılı olmayan daha dəqiq proqnozlar təqdim edir. Təklif olunan metodika həmçinin terapiyanın effektivliyini keyfiyyətcə qiymətləndirməyə imkan verir ki, bu da müalicə kursunun hələ tamamlanmamış koreksiyasına şərait yaradır. Üstəlik, bu metod digər xəstəliklərin diaqnostikası üçün də istifadə oluna bilər.

“Biz süni zəkadan insanın üz şəkilləri əsasında bioloji yaşını qiymətləndirmək üçün istifadə edə bilərik və tədqiqatımız göstərir ki, bu informasiya klinik baxımdan əhəmiyyət daşıya bilər” - deyə tədqiqatın həmmüəllifi, Massaçusets Brigham Ümumi Xəstəxanasının “Tibbdə Süni Zəka” (AIM) proqramının direktoru Hugo Aerts bildirib. “Bu iş göstərir ki, sadə bir foto - məsələn, selfi - mühüm məlumat daşıyır və bu məlumat həkimlərə və pasientlərə klinik qərarların qəbulunda və müalicə planlarının hazırlanmasında kömək edə bilər. Bir insanın xronoloji yaşı ilə görünüşü arasındakı fərq həqiqətən önəmlidir: FaceAge göstəricisi xronoloji yaşdan aşağı olan şəxslər xərçəng müalicəsini daha yaxşı keçirirlər”.
Mənbə: Eurekalert
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka çat-botlarından qısa cavab tələb olunduqda, onların yanlış məlumat təqdim etmə ehtimalı daha yüksək olur

Süni zəka çat-botlarından qısa cavab tələb olunduqda, onların yanlış məlumat təqdim etmə ehtimalı daha yüksək olur
Süni zəkanın testdən keçirilməsi ilə məşğul olan Fransanın Giskard şirkətinin tədqiqatçıları belə qənaətə gəliblər ki, ChatGPT və digər süni zəka köməkçilərinin cavabları nə qədər qısa olarsa, yanlış məlumat təqdim etmə ehtimalı bir o qədər yüksək olur.
OpenAI "Stargate" layihəsi çərçivəsində süni zəkanı ABŞ-dan kənarda da inkişaf etdirəcək

OpenAI "Stargate" layihəsi çərçivəsində süni zəkanı ABŞ-dan kənarda da inkişaf etdirəcək
OpenAI 500 milyard dollar dəyərində olan və əvvəlcə ABŞ-da süni zəka üçün məlumat emalı mərkəzləri şəbəkəsinin qurulmasına yönəlmiş “Stargate” layihəsinin fəaliyyətini ölkə xaricinə genişləndirməyi planlaşdırır və bu məqsədlə xaricə investisiyalar yönəltməklə “demokratik süni zəkanın” inkişafına töhfə vermək istəyir.
Mark Zuckerberg-in fikrincə süni zəka tənhalıq problemini aradan qaldıra bilər

Mark Zuckerberg-in fikrincə süni zəka tənhalıq problemini aradan qaldıra bilər
Meta şirkətinin baş direktoru Mark Zuckerberg bildirib ki, süni zəka tənha qalmaq və insan ünsiyyətinin çatışmazlığı probleminin həlli ola bilər. Onun fikrincə, süni zəka dost və hətta psixoloq funksiyasını yerinə yetirə bilər, xüsusilə də peşəkar yardıma müraciət etmək imkanı olmayan insanlar üçün.
Meta rəqəmsal reklam sahəsində innovativ süni zəka sistemi üzərində çalışır

Meta rəqəmsal reklam sahəsində innovativ süni zəka sistemi üzərində çalışır
Mark Zuckerberg bildirib ki, Meta bütün reklam kampaniyası dövrünü avtomatlaşdırmağa qadir olan bir süni zəka sistemi üzərində çalışır.
Tibbi çat-botlar hələ ki, düzgün məsləhətlər verə bilmirlər

Tibbi çat-botlar hələ ki, düzgün məsləhətlər verə bilmirlər
Hamının həkimə və ya xəstəxanaya getmək imkanı yoxdur, buna görə də tibbi çat-botların meydana çıxması, peşəkar tibbi məsləhət almaq üçün sadə və daimi çıxış yolu kimi ümid yaratdı.
Həftənin xəbərləri

