
Süni zəkanın dövlət tənzimlənməsi ABŞ-ı liderlikdən məhrum edə bilər
Süni İntellekt
12.05.2025
Emil Nəcəfov
ABŞ prezidenti vəzifəsinə Donald Trump-ın gəlişindən sonra texnologiya sahəsində süni zəkanın inkişafı ilə bağlı potensial risklərə münasibət kəskin şəkildə dəyişib. Texnologiya şirkətlərinin rəhbərləri artıq süni zəkanın hazırlanması ilə bağlı istənilən məhdudiyyətlərin tamamilə ləğv edilməsini müdafiə edirlər. Süni zəkaya münasibətdəki bu dəyişiklik ABŞ Konqresində OpenAI şirkətinin baş direktoru Sam Altman-ın çıxışında aydın şəkildə özünü göstərib. Əgər o, 2023-cü ildə elə həmin yerdə çıxış edərkən texnologiyanın təhlükəsizliyini təmin etmək üçün süni zəka üzrə lisenziyalaşdırma agentliyinin yaradılmasını tövsiyə edirdisə, bu dəfə bildirib ki, güclü süni zəka proqram təminatının buraxılışının hökumət tərəfindən təsdiqlənməsi tələbi Birləşmiş Ştatların süni zəka texnologiyalarının inkişafında liderliyinə “fəlakətli” təsir göstərə bilər.

Daha əvvəl səsləndirilmiş “Süni zəka bəşəriyyət üçün risk yaradır” kimi xəbərdarlıqlar və bu yeni texnologiyanın sürətli, qabaqlayıcı şəkildə tənzimlənməsi çağırışları artıq keçmişdə qalıb. The Washington Post qeyd edib ki, bunun əvəzinə, aparıcı şirkətlərin rəhbərləri və Trump-ın yeni administrasiyasındakı məmurlar arasında demək olar ki, yekdil fikir formalaşıb: ABŞ şirkətlərə tam fəaliyyət azadlığı verməlidir ki, onlar süni zəka sahəsində daha sürətli inkişaf etsin, bu texnologiyadan mənfəət əldə etsin və ölkənin Çin üzərindəki üstünlüyünü qoruya bilsinlər. “Birləşmiş Ştatlar süni zəka sahəsində lider olmaq istəyirsə, o zaman tənzimləməyə - hətta zahirən müsbət görünsə belə - innovasiyanı və tətbiqi boğmağa imkan verə bilməz” - deyə ABŞ Konqresində keçirilmiş dinləmələrin əvvəlində senator Ted Cruz bildirib.

Əgər 2023-cü ilin noyabrında Böyük Britaniyada keçirilmiş beynəlxalq süni zəka sammitində gələcək risklərə dair narahatlıqlar tədbir iştirakçılarının əsas diqqət mərkəzində idisə, bu il Parisdə keçirilmiş tədbirdə süni zəkanın tənzimlənməsinə olan münasibətin dəyişdiyi açıq şəkildə hiss olunurdu. Paris sammitinin yekun bəyanatında dünya liderləri ölkələri və şirkətləri daha intellektual süni zəkanın hazırlanmasını sürətləndirməyə çağırıblar, risklərə isə xüsusi vurğu edilməyib. ABŞ-ın vitse-prezidenti JD Vance çıxışında süni zəka texnologiyasının tənzimlənməsi cəhdlərini tənqid edib: “Biz hesab edirik ki, süni zəka sektorunun həddindən artıq tənzimlənməsi bu transformativ sahəni hələ başlanğıc mərhələsindəcə məhv edə bilər və biz artımı təşviq edən süni zəka siyasətini dəstəkləmək üçün əlimizdən gələni edəcəyik” - deyə Vance bildirib.

“Süni zəkanın gələcəyi təhlükəsizliklə bağlı həlləri başa qoyaraq təşvişə düşməklə əldə olunmayacaq”. Massaçusets Texnologiya İnstitutunun süni zəka üzrə professoru və fövqəl-ağıl səviyyəsində süni zəkanın potensial risklərini araşdıran qeyri-kommersiya təşkilatı olan Future of Life Institute-un prezidenti Max Tegmark isə Birləşmiş Ştatlarda süni zəkanın tənzimlənməsinin yoxluğunu tənqid edib. “Hətta OpenAI, Anthropic və ya digər bir şirkətin qarşısındakı sendviç mağazası belə, bir sendviç satmağa başlamazdan əvvəl öz mətbəxində təhlükəsizlik standartlarına uyğunluğu təmin etməlidir. Amma əgər şirkətlər sabah fövqəlağıllı bir sistem buraxmaq istəsələr, bunu sərbəst şəkildə edə bilərlər” - Tegmark bildirib.
Mənbə: The Washington Post
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka selfi fotosu vasitəsilə xərçəng xəstəliyini təyin etməyi öyrənib

Süni zəka selfi fotosu vasitəsilə xərçəng xəstəliyini təyin etməyi öyrənib
Machine learning xəstəliklərin diaqnostikasında inqilabi dəyişiklik vəd edir, çünki bir çox xəstəliklər yalnız gec mərhələdə aşkarlanır, bu zaman müalicə çətinləşir və bəzən mümkünsüz olur.
Süni zəka çat-botlarından qısa cavab tələb olunduqda, onların yanlış məlumat təqdim etmə ehtimalı daha yüksək olur

Süni zəka çat-botlarından qısa cavab tələb olunduqda, onların yanlış məlumat təqdim etmə ehtimalı daha yüksək olur
Süni zəkanın testdən keçirilməsi ilə məşğul olan Fransanın Giskard şirkətinin tədqiqatçıları belə qənaətə gəliblər ki, ChatGPT və digər süni zəka köməkçilərinin cavabları nə qədər qısa olarsa, yanlış məlumat təqdim etmə ehtimalı bir o qədər yüksək olur.
OpenAI "Stargate" layihəsi çərçivəsində süni zəkanı ABŞ-dan kənarda da inkişaf etdirəcək

OpenAI "Stargate" layihəsi çərçivəsində süni zəkanı ABŞ-dan kənarda da inkişaf etdirəcək
OpenAI 500 milyard dollar dəyərində olan və əvvəlcə ABŞ-da süni zəka üçün məlumat emalı mərkəzləri şəbəkəsinin qurulmasına yönəlmiş “Stargate” layihəsinin fəaliyyətini ölkə xaricinə genişləndirməyi planlaşdırır və bu məqsədlə xaricə investisiyalar yönəltməklə “demokratik süni zəkanın” inkişafına töhfə vermək istəyir.
Mark Zuckerberg-in fikrincə süni zəka tənhalıq problemini aradan qaldıra bilər

Mark Zuckerberg-in fikrincə süni zəka tənhalıq problemini aradan qaldıra bilər
Meta şirkətinin baş direktoru Mark Zuckerberg bildirib ki, süni zəka tənha qalmaq və insan ünsiyyətinin çatışmazlığı probleminin həlli ola bilər. Onun fikrincə, süni zəka dost və hətta psixoloq funksiyasını yerinə yetirə bilər, xüsusilə də peşəkar yardıma müraciət etmək imkanı olmayan insanlar üçün.
Meta rəqəmsal reklam sahəsində innovativ süni zəka sistemi üzərində çalışır

Meta rəqəmsal reklam sahəsində innovativ süni zəka sistemi üzərində çalışır
Mark Zuckerberg bildirib ki, Meta bütün reklam kampaniyası dövrünü avtomatlaşdırmağa qadir olan bir süni zəka sistemi üzərində çalışır.
Həftənin xəbərləri

