
Tencent 3D dünyalar yarada bilən süni intellektini təqdim edib (VİDEO)
Süni İntellekt
28.07.2025
Emil Nəcəfov
Çinin Tencent şirkəti sənayedə mətn təsviri və ya statik təsvir əsasında interaktiv 3D dünyalar yarada bilən ilk açıq mənbəli süni intellekt modelini təqdim edib. Söhbət, Hunyuan 3D World Model 1.0 alqoritmindən gedir. Bu alqoritm virtual reallıq tətbiqlərində, rəqəmsal kontentin yaradılmasında və oyunların hazırlanmasında istifadə üçün uyğun olan 360 dərəcəlik səhnələr yaradır. Qeyd olunur ki, Hunyuan 3D vasitəsilə yaradılmış dünyaları 3D mesh formatında ixrac etmək və daha sonra məşhur oyun mühərriklərinə və modelləşdirmə proqram təminatlarına idxal edərək oyunların hazırlanmasında istifadə etmək mümkündür.
Sosial şəbəkə X-də bəzi istifadəçilər artıq bu alqoritmi sınaqdan keçirib və müxtəlif üslubları, detallı teksturaları və səhnənin mərkəzində məhdud hərəkət imkanını nümayiş etdirən işlərini paylaşıblar. İstifadəçilər tərəfindən yaradılan 3D dünyalar əvvəl Tencent tərəfindən nümayiş etdirilən nümunələrə uyğundur. Məsələn, bir istifadəçi sadə bir mətn göstərişi ilə tam şəkildə tədqiq oluna bilən 360 dərəcəlik səhnə yaradıb. Başqa bir istifadəçi isə nağıl kitabının səhifələrindən çıxmış kimi görünən üçölçülü bir dünya yaradıb. Hunyuan alqoritmi ilə yaradılan obyektlərin üçölçülü təbiətini nəzərə alaraq, bu model virtual reallıq cihazlarına - məsələn, Apple Vision Pro və Meta Quest kimi qurğulara uyğunlaşdırılmış kontentin hazırlanması üçün istifadə edilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin süni intellektin qlobal tənzimlənməsini təklif edib

Çin süni intellektin qlobal tənzimlənməsini təklif edib
Şanxayda 26 iyul tarixindən etibarən Ümumdünya Süni İntellekt Konfransı (WAIC) keçirilir. Bu, hər il baş tutan tədbirdir və süni intellekt sahəsində mövcud tendensiyaları və yenilikləri müzakirə etmək üçün şirkətləri, startapları, siyasətçiləri və alimləri bir araya gətirir.
ABŞ-da federal qaydaların yarısı süni intellekt vasitəsilə ləğv ediləcək

ABŞ-da federal qaydaların yarısı süni intellekt vasitəsilə ləğv ediləcək
The Washington Post-un (WP) nəşri məxfi sənədlərlə tanış olduqdan sonra verdiyi məlumata əsasən, ABŞ-da Hökumətin Effektivlik Departamenti (DOGE) süni intellekt əsaslı bir alət yaradacaq.
Türinq Mükafatçısı insan səviyyəsində süni intellektin nə zaman ortaya çıxacağını açıqlayıb

Türinq Mükafatçısı insan səviyyəsində süni intellektin nə zaman ortaya çıxacağını açıqlayıb
Şanxayda keçirilmiş Ümumdünya Süni İntellekt Konfransında Yoshia Bengio süni intellektin inkişafı ilə bağlı proqnozunu açıqlayıb.
GPT-5 proqramlaşdırmada əhəmiyyətli irəliləyiş söz verir

GPT-5 proqramlaşdırmada əhəmiyyətli irəliləyiş söz verir
OpenAI tərəfindən hazırlanan GPT-5 süni intellekt modelinin yeni versiyası artıq avqust ayında təqdim oluna bilər və o artıq proqramlaşdırma və məntiqi düşünmə sahəsində əhəmiyyətli irəliləyişlər göstərib. Model sorğunu analiz edərkən avtomatik olaraq mürəkkəblik səviyyəsini seçə bilir ki, bu da onu xüsusilə proqramçılar üçün faydalı edir.
Dələduzlar süni intellekt vasitəsilə pul vəsaitlərini oğurlaya biləcəklər

Dələduzlar süni intellekt vasitəsilə pul vəsaitlərini oğurlaya biləcəklər
Süni intellekt sistemlərinin yaradıcıları onların qeyri-qanuni məqsədlərlə istifadəsi məsələsindən narahatdırlar və OpenAI-ın rəhbəri Sam Altman da istisna deyil.
Həftənin xəbərləri

