main-post-cover

    Xiaomi məntiq yürüdə bilən MiMo adlı süni zəka modelini istifadəyə verib

    Süni İntellekt
    30.04.2025
    Emil Nəcəfov
         Süni zəka ilə əlaqəli proqram təminatının əhəmiyyəti bu gün əksər şirkətlər üçün olduqca böyükdür. Buna görə də Çin şirkəti Xiaomi rəqiblərindən geri qalmamaq üçün açıq mənbə kodlu öz məntiqi süni zəka modeli olan MiMo-nu təqdim edib. Bu model müxtəlif problemlərin həllində insanın düşüncə məntiqinə bənzər şəkildə fəaliyyət göstərir. Bloomberg-in məlumatına görə, Xiaomi Çinin WeChat sosial şəbəkəsindəki hesabında öz dil modelinin test nəticələrini paylaşaraq, onun sürət baxımından ABŞ-ın OpenAI şirkətinin o1-mini modeli və Çin internet nəhəngi Alibaba-nın Qwen modeli ilə müqayisədə üstün olduğunu bildirib. MiMo modelinin analoqu kimi Çin istehsalı olan DeepSeek R1 də göstərilə bilər.
         Ənənəyə uyğun olaraq, Xiaomi rəhbərliyi şirkətin ilk dil modelinin təqdimatı ilə kifayətlənməyib və bu həftə insan səviyyəsində imkanlara malik olan ümumi süni zəka (AGI) yaratmaq iddialarını da bəyan edib. Bu açıqlamadan sonra Xiaomi-nin səhm qiymətləri 5% artıb, bu da digər bir çox emitentlərin qiymətlərinin yüksəlməsinə təsir göstərib. Bu artıma qismən Çin dövlət başçısı Xi Jinping-in süni zəka ilə məşğul olan startaplar üçün yaradılmış inkubasiya mərkəzlərindən birinə etdiyi səfər də səbəb olub. Xiaomi nümayəndələri WeChat platformasında yayımladıqları açıqlamada qeyd ediblər.
         "Baxmayaraq ki, 2025-ci il böyük modellərlə bağlı arzuların həyata keçirilməsi üçün gec bir mərhələ kimi görünə bilər, biz inanırıq ki, uzunmüddətli perspektivdə AGI üzərində işləyəcəyik”. Son bir neçə il ərzində bu, Xiaomi-nin özü üçün yeni fəaliyyət sahəsinə daxil olmasının ikinci nümunəsidir. 2024-cü ildə şirkət elektromobil bazarına daxil oldu və uyğun təcrübəsi olmayan yeni iştirakçı üçün olduqca uğurlu başlanğıc etdi - xüsusilə də Çinin yüksək rəqabətli regionunda. Bloomberg-in qeyd etdiyinə görə, YU7 krossover modelinin yaxınlarda Şanxayda keçirilmiş sərgidə iştirak etməməsinə baxmayaraq, Xiaomi onun bazara çıxışının hələ də cari ilin iyun və ya iyul aylarına planlaşdırıldığını təsdiqləyib.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft-un proqram təminatı kodunun artıq 30%-i süni zəka vasitəsilə tərtib edilib
    microsoft-un-proqram-teminati-kodunun-artiq-30-i-suni-zeka-vasitesile-tertib-edilib
    Reddit-də süni zəka botlarının iştirakı ilə qanunsuz təcrübə keçirilib
    reddit-de-suni-zeka-botlarinin-istiraki-ile-qanunsuz-tecrube-kecirilib
    Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək
    xiaomi-16-oz-seqmentinde-en-boyuk-hecmli-batareyani-elde-edecek
    Xiaomi YU7-nin 800 km-dan çox yol qət edəcək versiyası olacaq
    xiaomi-yu7-nin-800-km-dan-cox-yol-qet-edecek-versiyasi-olacaq
    Alibaba şirkəti Qwen 3 flaqman süni zəka modelləri ailəsi Qwen 3-ü təqdim edib
    alibaba-sirketi-qwen-3-flaqman-suni-zeka-modelleri-ailesi-qwen-3-u-teqdim-edib