
Xiaomi 16 öz seqmentində ən böyük həcmli batareyanı əldə edəcək
Cihazlar+
29.04.2025
Emil Nəcəfov
Smart Pikachu ləqəbli məşhur insayderin məlumatına görə, bu il ərzində təqdim olunacaq Xiaomi 16 smartfonu rəqibləri arasında ən böyük həcmli batareyaya sahib olacaq. İnsayder smartfonun dizayn xüsusiyyətləri və texniki parametrləri barədə də bəzi detalları bölüşüb. Smart Pikachu-nun verdiyi məlumata əsasən, Xiaomi 16 smartfonu 6.3 düym ölçülü ekrana və bu ölçüdə ekran üçün ən böyük batareyaya malik olacaq.

Hazırda bu seqmentdə lider 6.32 düym ekranlı və 6260 mAh tutumlu batareyası olan OnePlus 13T modelidir. Müqayisə üçün, Xiaomi 15 modelində 5240 mAh-lıq batareya istifadə olunub. Mənbə əlavə edib ki, smartfonun bütün tərəflərində çox incə çərçivələr, nazik və yüngül gövdə, eləcə də 50 MP-lik üçlü arxa kamera sistemi olacaq. Gözlənilir ki, baza modeli nəhayət periskopik teleobyektivlə təchiz olunacaq. Prosessor olaraq isə Snapdragon 8 Elite 2-nin istifadə olunacağı ehtimal edilir. Xiaomi 16 seriyasının təqdimatının bu ilin oktyabr ayında keçirilməsi gözlənilir.
Mənbə: GSMarena
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi YU7-nin 800 km-dan çox yol qət edəcək versiyası olacaq

Xiaomi YU7-nin 800 km-dan çox yol qət edəcək versiyası olacaq
Xiaomi Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinə (MIIT) təqdim etdiyi YU7 elektrik krossoveri ilə bağlı müraciətini yeniləyib.
REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi REDMI Turbo 4 Pro subflaqman smartfonunu təqdim edib. Bu ilin yanvar ayında təqdim olunmuş adi REDMI Turbo 4-ün davamçısı olan bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 7000 mAh-dan daha böyük həcmli batareyanı əldə edib.
Təqdimatdan 1 gün öncə REDMI Turbo 4 Pro smartfonu Geekbench testlərindən keçib

Təqdimatdan 1 gün öncə REDMI Turbo 4 Pro smartfonu Geekbench testlərindən keçib
Xiaomi-nin REDMI brendi artıq sabah REDMI Turbo 4 Pro smartfonunu təqdim edəcək. Məlum olub ki, təqdimatdan 1 gün qabaq bu yeni smartfon Geekbench testlərindən keçib. Bunun sayəsində REDMI Turbo 4 Pro barəsində bəzi təfərrüatlar ortaya çıxıb.
REDMI Turbo 4 Pro-nun dizaynı sərgilənib və təqdimat tarixi elan edilib

REDMI Turbo 4 Pro-nun dizaynı sərgilənib və təqdimat tarixi elan edilib
Xiaomi şirkətinin REDMI brendi təqdimata hazırlaşan REDMI Turbo 4 Pro smartfonunun xarici görünüşünü sərgiləyib və onun təqdimat tarixini rəsmi şəkildə açıqlayıb.
REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ

REDMI Watch Move smart saatı təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi REDMI Watch Move adlı yeni smart saatını təqdim edib. REDMI Watch Move kvadrat formalı gövdəni əldə edib və 450x390 piksel keyfiyyətli 1.85 düym ölçülü AMOLED ekranla təchiz olunub.
Həftənin xəbərləri

