main-post-cover

    ABŞ hökuməti Intel ilə yanaşı digər yerli şirkətlərin səhmlərini almağı hədəfləyib

    Tech-Biznes
    26.08.2025
    Emil Nəcəfov
         ABŞ Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett bildirib ki , hökumət Intel ilə müqavilə bağlandıqdan sonra digər ABŞ şirkətlərinin səhmlərini də əldə etməyə hazırdır. Maraqlıdır ki, ABŞ hakimiyyətinin bu sahədə maraqları yalnız yarımkeçirici sektor şirkətləri ilə məhdudlaşmır. Reuters-in qeyd etdiyinə görə, məmur etiraf edib ki, Intel ilə bağlanan müqavilədən sonra oxşar sazişlər də imzalana bilər. Bununla yanaşı, Hassett vurğulayıb ki, Intel ilə bağlı hadisə xüsusi xarakter daşıyır: «Mən düşünürəm ki, bu, çox, çox xüsusi şəraitdir, çünki Intel “Çiplər haqqında Qanun” çərçivəsində nəhəng məbləğdə subsidiyalar almalı idi”. O həmçinin əlavə edib ki, prezident Donald Trump ümumilikdə bir növ suveren investisiya fondu yaradılması ideyasına müsbət yanaşır.
         “Ona görə də əminəm ki, müəyyən məqamda başqa sazişlər də imzalanacaq - bu sahədə olmasa belə, digər sahələrdə” - deyə ABŞ prezidentinin müşaviri izah edib. Qeyd edək ki, Intel ilə bağlı “intervensiya” Trump administrasiyasının ABŞ ictimai şirkətlərinin fəaliyyətinə müdaxiləsinin yeganə nümunəsi deyil. Bir müddət əvvəl Pentaqona nadir torpaq mineralları ilə məşğul olan MP Materials şirkətinin ən böyük səhmdarı olmağa icazə verilib. Bundan əlavə, ABŞ hakimiyyəti yaponrə rəqibə aktivlərinin satışı çərçivəsində metallurgiya şirkəti U.S. Steel-in “qızıl səhm” sahibinə çevrilib. Bu, ABŞ hökumətinə metallurgiya şirkətinin idarə edilməsində özünə sərfəli istənilən qərarları həyata keçirməyə imkan verəcək. Bir sözlə, dövlətin iqtisadiyyatda iştirakı ideyası Donald Trump və onun yaxın tərəfdarları üçün heç də yad deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ hökuməti Intel-i xilas edir: Şirkət qismən dövlət şirkətinə çevrilir
    abs-hokumeti-intel-i-xilas-edir-sirket-qismen-dovlet-sirketine-cevrilir
    ABŞ İT şirkətləri süni intellekt səbəbilə yeni işçi qəbulunu dayandırırlar
    abs-it-sirketleri-suni-intellekt-sebebile-yeni-isci-qebulunu-dayandirirlar
    Intel CEO-su Çin ilə əlaqələrini təkzib edib
    intel-ceo-su-cin-ile-elaqelerini-tekzib-edib
    Donald Trump Intel-in CEO-dan vəzifəsini dərhal tərk etməyi tələb edib
    donald-trump-intel-in-ceo-dan-vezifesini-derhal-terk-etmeyi-teleb-edib
    Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
    boyuk-texnoloji-sirketler-ilin-evvelinden-100-000-den-cox-iscini-ixtisar-edibler