
Xiaomi HyperOS 3 təqdim edilib
Proqram Təminatı
28.08.2025
Emil Nəcəfov
Xiaomi HyperOS 3-ü təqdim edib - bu, Android 16 əməliyyat sistemi əsasında hazırlanmış yeni nəsil proqram platformasıdır və gələcəkdə Xiaomi, REDMI və POCO markalarının mövcud və yeni smartfonlarında istifadə olunacaq. Yeni proqram təminatı bir çox optimizasiyalar, yenilənmiş dizayn və əlavə funksiyalar qazanıb. Xiaomi bildirir ki, HyperOS-in yeni versiyasında oyun performansı 15% artırılıb, ümumi enerji sərfiyyatı və GPU yüklənməsi isə müvafiq olaraq təxminən 9% və 10% azaldılıb. Bundan əlavə, yeni interfeys tətbiqlərin cavab sürətini 21% yüksəldib. Şirkət ekran kilidinə də dəyişikliklər edib. İndi daha geniş fərdiləşdirmə imkanı mövcuddur, zəngin saat və fon şəkilləri seçimi təqdim olunur. Dinamik fon şəkilləri yaratmaq üçün generativ süni intellekt alətləri əlavə olunub. Gallery-də isə fotoların görüntülənmə üsulunu vaxt, növ, şəxs üzrə filtrlərlə və albomları yuxarıda bərkitmə imkanı ilə tənzimləmək mümkündür.

HyperOS 3-də iş masası ikonları, status paneli və tətbiqlər şəbəkəsi də yenilənib. Bundan başqa, iOS-dəkı Dynamic Island-ın analoqu olan Super Island funksiyası da əlavə edilib. Super Island funksiyası gözəl animasiyalar təqdim edir və çoxsaylı tətbiqləri dəstəkləyir. Real vaxtda baş verən prosesləri aktiv tətbiqi bağlamadan mini-pəncərədə açmaq mümkündür. Tətbiqləri və əlavə məlumatı birbaşa Super Island üzərinə toxunmaqla görmək olar. Apple cihazları ilə iş də təkmilləşdirilib. İndi smartfon ekranını Mac və iPad ekranlarına çıxararaq mobil tətbiqlərdən istifadə etmək mümkündür (Mac-də eyni anda 3 tətbiqə qədər), bu isə kompüterdə işləyərkən smartfona daha az müraciət etməyə imkan verir. iPad üzərində Touch ID/Face ID funksiyaları vasitəsilə Xiaomi smartfon kilidinin açılması dəstəklənir. Bundan başqa, Xiaomi cihazlarından iPhone-a şəkillərin, faylların və bildirişlərin ötürülməsi imkanı əlavə olunub, həmçinin bulud qalereya ilə sinxronizasiya dəstəklənir.

Ümumilikdə şirkət HyperOS 3 üçün 100-dən çox dəyişiklik və sistem təkmilləşdirməsi vəd edib. Bunlara fərdiləşdirilə bilən foto albomlar, iş və istirahət qrafikinə uyğun şəxsi zəngli saat dövrləri, genişləndirilmiş süni intellekt funksiyaları, oxunmamış mesajların sürətli silinməsi, iş masasında iki dəfə toxunmaqla ekranın bloklanması və çoxsaylı optimizasiyalar daxildir. Bundan əlavə, HyperOS 3 kvant şifrələməsi və post-kvant kriptoqrafiyası ilə məlumatların qorunmasını, müştəri-bulud məxfi hesablamaları vasitəsilə süni intellekt əsaslı end-to-end məlumat mühafizəsini, cihazların söndürülmüş halda belə oflayn izlənməsini və çoxfaktorlu autentifikasiya ilə iki səviyyəli hesab girişinin qorunmasını təklif edir.

29 avqustdan etibarən HyperOS 3-ün açıq beta versiyası Redmi K80 Extreme Edition, Redmi K80 Pro, Xiaomi 15, Xiaomi 15 Pro, Xiaomi 15 Ultra, Xiaomi 15S Pro, Xiaomi Pad 7 Pro və Xiaomi Pad 7S Pro 12.5 sahibləri üçün əlçatan olacaq. 17 sentyabrdan Redmi K Pad, Redmi K80, Xiaomi Mix Flip 2, Xiaomi Pad 7, Xiaomi Pad 7 Ultra, Xiaomi TV S Pro Mini-LED və Xiaomi TV S Pro Mini-LED 2025 istifadəçiləri üçün açılacaq. 30 sentyabrdan etibarən isə HyperOS 3 Redmi K70, Redmi K70 Pro, Redmi K70E, Xiaomi 14, Xiaomi 14 Pro, Xiaomi 14 Ultra, Xiaomi Mix Flip, Xiaomi Mix Fold 4 və Xiaomi Pad 6S Pro 12.4 modellərinin sahibləri üçün əlçatan olacaq.


Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Orta büdcəli REDMI Note 15R təqdim olunub - QİYMƏTİ

Orta büdcəli REDMI Note 15R təqdim olunub - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi orta büdcəli REDMI Note 15R smartfonunu təqdim edib. Sözügedən yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Orta büdcəli REDMI Note 15 Pro Plus smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli REDMI Note 15 Pro Plus smartfonu təqdim edilib - QİYMƏTİ
REDMI brendi büdcəli REDMI Note 15 və orta büdcəli REDMI Note 15 Pro-dan əlavə olaraq orta büdcəli REDMI Note 15 Pro+ smartfonunu da təqdim edib.
Orta büdcəli REDMI Note 15 Pro smartfonu təqdim edilib - QİYMƏTİ

Orta büdcəli REDMI Note 15 Pro smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi büdcəli REDMI Note 15 ilə yanaşı orta büdcəli REDMI Note 15 Pro smartfonunu təqdim edib.
Büdcəli REDMI Note 15 smartfonu təqdim edilib - QİYMƏTİ

Büdcəli REDMI Note 15 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin REDMI brendi büdcəli REDMI Note 15 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib.
Xiaomi rəsmi şəkildə Avropanın elektromobil bazarına daxil olma planını elan edib

Xiaomi rəsmi şəkildə Avropanın elektromobil bazarına daxil olma planını elan edib
Xiaomi prezidenti Lu Weibing açıqlayıb ki, şirkət ən gec 2027-ci ilə qədər Avropa elektromobil bazarına genişmiqyaslı çıxış etməyi planlaşdırır.
Həftənin xəbərləri

