main-post-cover

    Apple yenidən dünyanın ən bahalı brendi seçilib

    Tech-Biznes
    16.05.2025
    Emil Nəcəfov
         Kantar adlı analitik şirkətin məlumatına görə, Apple artıq dördüncü ildir ki, dünyanın ən dəyərli qlobal brendləri reytinqinə başçılıq edir. Brendin dəyəri 1.3 trilyon dollara çatıb ki, bu da ötən ilin göstəricisindən 28% çoxdur. Hazırda Apple, BrandZ-in ilk 100-lüyündə yer alan şirkətlərin ümumi dəyərinin 12%-dən çoxunu təşkil edir. Kantar mütəxəssisləri qeyd edirlər ki, Apple “mənalı, unikal və yadda qalan” (Meaningful, Different and Salient) meyarlara cavab verir. Tədqiqat metodologiyasına əsasən, məhz bu keyfiyyətlər brendin güclü qalmasına və şirkətin qlobal bazarda iqtisadi qeyri-sabitliyə və kəskin rəqabətə baxmayaraq liderliyini qoruyub saxlamasına imkan verir.
         BrandZ hesabatının əsas tendensiyalarından biri süni zəka ilə bağlı brendlərin sürətli yüksəlişi olub. NVIDIA 1 il ərzində dəyərinin 152% artması sayəsində beşinci yerə yüksəlib, OpenAI tərəfindən yaradılmış ChatGPT isə reytinqə birbaşa 60-cı yerdən daxil olub və 43.5 milyard dollar dəyərində qiymətləndirilib. Kantar qeyd edir ki, süni zəka marketinq, məhsul inkişafı və media strategiyalarına yanaşmaları köklü şəkildə dəyişir. Bu texnologiyaları uğurla tətbiq edən şirkətlər arasında Coca-Cola, Reckitt PepsiCo da yer alır.
         Həmin brendlər süni zəkadan reklam kampaniyalarının lokallaşdırılması, yeni məhsulların yaradılması və biznes proseslərinin optimallaşdırılması üçün istifadə edirlər. Qeyd edək ki, BrandZ reytinqi artıq 20 ilə yaxındır tərtib olunur və burada şirkətlərin həm maliyyə göstəriciləri, həm də istehlakçılar tərəfindən brendin qavranılması nəzərə alınır. Bu il top-100-də yer alan şirkətlərin ümumi dəyəri 29% artıb ki, bu da qlobal bazarın iqtisadi qeyri-müəyyənlik dövründən sonra bərpasını əks etdirir.
    Mənbə: 9to5mac
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple 3 foto əsasında 3D obyektlər yaradan süni zəka alqoritmi hazırlayıb
    apple-3-foto-esasinda-3d-obyektler-yaradan-suni-zeka-alqoritmi-hazirlayib
    Çində iPhone-ların qiymətləri kəskin şəkildə aşağı düşüb
    cinde-iphone-larin-qiymetleri-keskin-sekilde-asagi-dusub
    Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır
    apple-oz-cihazlarinin-fikir-gucu-ile-idaresi-texnologiyasini-hazirlayir
    iPhone-larda batareya enerjisinin sərfiyyatına süni zəka nəzarət edəcək
    iphone-larda-batareya-enerjisinin-serfiyyatina-suni-zeka-nezaret-edecek
    Apple bu ilki iPhone-ların qiymətlərini qaldırmaq üçün uyğun arqument axtarışındadır
    apple-bu-ilki-iphone-larin-qiymetlerini-qaldirmaq-ucun-uygun-arqument-axtarisindadir