
Elon Musk Apple şirkətini məhkəmə ilə hədələyib
Tech-Biznes
12.08.2025
Emil Nəcəfov
Elon Musk, süni intellekt sahəsindəki startapı xAI tərəfindən hazırlanmış Grok adlı çat-bot tətbiqinin reytinqinin aşağı salınması ilə bağlı Apple-ı antiinhisar qanunvericiliyini pozmaqda ittiham edərək şirkəti məhkəməyə verməklə hədələyib. "Apple elə hərəkət edir ki, süni intellekt sahəsində çalışan heç bir şirkət App Store-da birinci yerə çıxa bilmir və bu, antiinhisar qanunvericiliyinin açıq şəkildə pozulmasıdır. xAI şirkəti dərhal məhkəməyə müraciət edəcək" - deyə Musk özünün X sosial şəbəkəsindəki hesabında yazıb. "Niyə X və ya Grok-u 'Tövsiyə edilənlər' bölməsinə əlavə etməkdən imtina edirsiniz, əgər X dünyanın №1 xəbər tətbiqidir, Grok isə bütün tətbiqlər arasında ilk 5-dədir? Siyasətmi oynayırsınız?" - deyə o, digər paylaşımında qeyd edib.

Keçən il Apple, OpenAI ilə əməkdaşlıq və ChatGPT-nin iPhone, iPad və kompüterlərə inteqrasiyasını elan etmişdi. Həmin vaxt Musk xəbərdarlıq etmişdi: "Əgər Apple, OpenAI-ni əməliyyat sistemi səviyyəsində inteqrasiya etsə, mənim şirkətlərimdə Apple cihazları qadağan olunacaq. Bu, qəbuledilməz təhlükəsizlik pozuntusudur". Bundan əvvəl Musk, Grok-un Google-u keçərək App Store-un pulsuz tətbiqlər siyahısında 5-ci olmasına sevinmişdi. Məlumata görə, ABŞ bölməsinin ən yaxşı pulsuz tətbiqlər siyahısında lider ChatGPT-dir; “Tövsiyə edilənlər” bölməsində isə ChatGPT yeganə çat-bot olaraq qalır.

Elon Musk, 2015-ci ildə həmtəsisçisi olduğu və ChatGPT-yə cavabdeh olan OpenAI şirkəti ilə uzunmüddətli münaqişə içindədir. O, 2018-ci ildə şirkətin idarə heyətindən ayrılıb və hazırda şirkəti məhkəməyə verərək iddia edir ki, OpenAI “bütün bəşəriyyətin xeyrinə” süni intellekt hazırlamaq missiyasından imtina edib. Musk-ın Apple-a ünvanladığı hədələrə OpenAI-nin baş direktoru Sam Altman cavab verib: “Eşitdiyimə görə, Elon X platformasında özünü və şirkətlərini üstün tutmaq, həmçinin rəqiblərinə və xoşuna gəlməyən şəxslərə zərər vermək üçün manipulyasiyalar aparır. Bu baxımdan onun bəyanatı diqqətəlayiqdir” - deyə Altman qeyd edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Grok 4 hamı üçün pulsuz istifadəyə verilib

Grok 4 hamı üçün pulsuz istifadəyə verilib
Elon Musk-ın xAI şirkəti Grok 4 modelinə pulsuz giriş imkanı açıb. Bu, onun SuperGrok və Premium+ abunəçilərinə təqdim edilməsindən 1 ay, GPT-5-in çıxışından isə bir neçə gün sonra baş verib.
Yenilənmiş Apple Siri gələn ilin yaz fəslində istifadəyə verilməlidir

Yenilənmiş Apple Siri gələn ilin yaz fəslində istifadəyə verilməlidir
Apple, gələn ilin yazında iOS-in yenilənməsi çərçivəsində - ehtimal ki, 26.4 versiyasında - yeni App Intents funksiyasını və səsli köməkçi Siri-nin genişmiqyaslı yeniləməsini istifadəyə verməyi planlaşdırır.
OpenAI o3 modeli şahmat turnirində Grok-u məğlub edib

OpenAI o3 modeli şahmat turnirində Grok-u məğlub edib
OpenAI-nin o3 modeli xAI şirkətinin hazırladığı Grok 4 modelini Kaggle AI Exhibition şahmat turnirinin finalında 4:0 hesabı ilə məğlub edib.
GPT-5 Apple-ın yeni əməliyyat sistemlərinə inteqrasiya ediləcək

GPT-5 Apple-ın yeni əməliyyat sistemlərinə inteqrasiya ediləcək
OpenAI şirkətinin əvvəl təqdim etdiyi GPT-5 süni intellekt modelinin Apple Intelligence ekosistemində dəstəyi iOS 26, iPadOS 26 və macOS Tahoe 26 əməliyyat sistemlərinin buraxılışı ilə istifadəyə veriləcək.
Grok Imagine video generatoru hamı üçün pulsuz əlçatan olub

Grok Imagine video generatoru hamı üçün pulsuz əlçatan olub
Elon Musk-ın süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan xAI şirkəti, OpenAI-nin yeni flaqman modeli GPT-5-in təqdimatına tez bir cavab verib - şirkət süni intellekt əsaslı video generatoru Grok Imagine-i hamı üçün pulsuz istifadəyə açıb.
Həftənin xəbərləri

