main-post-cover

    Grok Imagine video generatoru hamı üçün pulsuz əlçatan olub

    Proqram Təminatı
    08.08.2025
    Emil Nəcəfov
         Elon Musk-ın süni intellekt texnologiyalarının hazırlanması ilə məşğul olan xAI şirkəti, OpenAI-nin yeni flaqman modeli GPT-5-in təqdimatına tez bir cavab verib - şirkət süni intellekt əsaslı video generatoru Grok Imagine-i hamı üçün pulsuz istifadəyə açıb. Bu barədə X sosial şəbəkəsinin administrasiyasının açıqlamasında bildirilir. Grok Imagine, süni intellekt əsaslı açıq və pulsuz video generatorlarından biridir. O, istifadəçilərin yüklədikləri şəkillər əsasında qısa videolar yaradır. Xidmət Aurora modelinə əsaslanır və uzunluğu 15 saniyəyə qədər olan videolar yarada bilir.
         Əvvəlcə bu funksiya yalnız Grok tətbiqindəki SuperGrok abunəçilərinə və X sosial şəbəkəsindəki Premium+ abunəçilərinə əlçatan idi, lakin indi Grok tətbiqinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Xidmət 3 rejimdə video yaratma imkanı təqdim edir: Normal rejimdə “peşəkar” videolar hazırlanır, Fun rejimi əyləncəli məzmun üçün nəzərdə tutulub, Spicy isə məhdudiyyətlər və ciddi moderasiya ilə həssas xarakterli materialların yaradılmasına imkan verir. Fikir olaraq qeyd olunur ki, hələlik Grok Imagine video və audio realizmi baxımından Google Veo 3OpenAI Sora kimi sənaye liderlərindən geri qalır. Grok Imagine video generatorundan istifadə etmək üçün AndroidiOS-də Grok tətbiqini ən son versiyaya yeniləmək kifayətdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    X Grok-un cavablarına reklamlar yerləşdirməyə imkan verəcək
    x-grok-un-cavablarina-reklamlar-yerlesdirmeye-imkan-verecek
    Foto və video generatoru olan Grok Imagine istifadəyə verilib
    foto-ve-video-generatoru-olan-grok-imagine-istifadeye-verilib
    Elon Musk-ın xAI şirkəti MacroHard adlı yeni ticarət nişanını qeydiyyatdan keçirməyə hazırlaşır
    elon-musk-in-xai-sirketi-macrohard-adli-yeni-ticaret-nisanini-qeydiyyatdan-kecirmeye-hazirlasir
    xAI Grok-un uşaqlar üçün olan versiyasını istifadəyə verə bilər
    xai-grok-un-usaqlar-ucun-olan-versiyasini-istifadeye-vere-biler
    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib
    google-openai-xai-ve-anthropic-in-her-biri-pentaqondan-200-milyon-dollarliq-muqavile-elde-edib