main-post-cover

    Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

    Tech-Biznes
    22.04.2025
    Emil Nəcəfov
         Bir neçə müddət bundan öncə məhkəmə Google şirkətini antiinhisar qanunvericiliyini pozmaqda günahkar hesab etdi - şirkət öz axtarış sisteminin smartfon istehsalçıları tərəfindən əvvəlcədən quraşdırılması üçün onlara ödəniş edib. Bu gün isə məlum olub ki, Google eyni şəkildə süni zəka sistemi olan Gemini-nin Samsung Galaxy cihazlarında əvvəlcədən quraşdırılması üçün də maliyyə ayırıb. Bu faktı Google-un platformalar və tərəfdaş cihazları üzrə vitse-prezidenti Peter Fitzgerald başqa bir məhkəmə iclası zamanı təsdiqləyib. Hazırda davam edən 3 həftəlik məhkəmə dinləmələrində ABŞ Ədliyyə Nazirliyi, Google-a qarşı açılmış antiinhisar işi çərçivəsində, bazar dəyəri 1.81 trilyon dollar olan şirkətin bölünməsini tələb edib.
         Bu proses texnologiya nəhənginin simasını köklü şəkildə dəyişə və Silikon Vadisində qüvvələr balansına ciddi təsir göstərə bilər. Məhkəmə prosesində Fitzgerald bildirib ki, Samsung Galaxy cihazlarında Gemini-nin əvvəlcədən quraşdırılması üçün aylıq ödənişlər yanvar ayından başlayıb və müqavilə ən azı 2 il müddətinə nəzərdə tutulub. Ümumi məbləğ açıqlanmasa da, ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Google-un Samsung-a “böyük məbləğdə pul” ödədiyini deyib. Bundan əlavə, Fitzgerald-ın sözlərinə görə, müqavilə Samsung-un Gemini-də göstərilən reklamlardan əldə olunan gəlirdən faiz payı almasını da nəzərdə tutur.
         Bu ifadələr Google üçün mövcud hüquqi problemlərə əlavə olaraq ciddi hüquqi nəticələr doğura bilər. Bir neçə gün bundan öncə ABŞ Ədliyyə Nazirliyi Google-a qarşı reklam texnologiyaları sahəsindəki monopolist mövqeyinə görə açılmış məhkəmə prosesində qalib gəlib. Məhkəmə qərarında qeyd olunub ki, Google “qəsdən bir sıra rəqabətə zidd fəaliyyətlərdə iştirak edib” və texnologiya nəhənginin bu cür rəqabətə mane olan təcrübələri müştərilərə və istifadəçilərə zərər vurub. İndi məhkəmə Fitzgerald-ın ifadələrini mövcud iddia işinə əlavə edəcək və Google-un hüquqi məğlubiyyət halında öz biznesində etməli olduğu dəyişikliklərlə bağlı yekun qərarı qəbul edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google öz biznesinin potensial bölünməsinə qaşıdır
    google-oz-biznesinin-potensial-bolunmesine-qasidir
    Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib
    google-sirketinin-potensial-bolunmesine-istiqametlenmis-mehkeme-prosesine-start-verilib
    OneUI 8.0-ı əldə edəcək Samsung cihazlarının qeyri-rəsmi siyahısı təqdim edilib
    oneui-80-i-elde-edecek-samsung-cihazlarinin-qeyri-resmi-siyahisi-teqdim-edilib
    Google Gemini Live bütün Android istifadəçiləri üçün istifadəyə verilib
    google-gemini-live-butun-android-istifadecileri-ucun-istifadeye-verilib
    Samsung Galaxy cihazlarına Perplexity süni zəka köməkçisinin inteqrasiyası nəzərdən keçirilir
    samsung-galaxy-cihazlarina-perplexity-suni-zeka-komekcisinin-inteqrasiyasi-nezerden-kecirilir