main-post-cover

    Google öz biznesinin potensial bölünməsinə qaşıdır

    Tech-Biznes
    22.04.2025
    Emil Nəcəfov
         Bu həftə ABŞ Ədliyyə Nazirliyinin Google-a qarşı açdığı antiinhisar işi üzrə məhkəmə prosesi başlayıb. Şirkət internet axtarış bazarında monopoliyanı formalaşdırmaqda ittiham olunur. Bu, texnologiya sənayesində son illərin ən əhəmiyyətli məhkəmə proseslərindən biri sayılır. Belə ki, prosesin nəticəsində məhkəmə İT nəhəngi olan Google-u Chrome brauzerini satmağa məcbur edə bilər və bu da Silikon Vadisində qüvvələr balansını ciddi şəkildə dəyişə bilər. Ədliyyə Nazirliyi həftənin əvvəlində keçirilmiş məhkəmə iclasında çıxışı zamanı Google-un internet brauzerini satmasını və axtarış məlumatlarını rəqiblər üçün əlçatan etməsini tələb edib.
         Google isə bu bəyanata tez cavab verərək öz bloqunda bildirib ki, belə bir addım ABŞ-ın maraqlarına uyğun deyil, xüsusilə də süni zəka sahəsindəki liderlik uğrunda mübarizənin kəskinləşdiyi bir vaxtda. Google-un açıqlamasında Çin şirkəti DeepSeek süni zəka sahəsində əsas rəqiblərdən biri kimi göstərilib. Google-un tənzimləmə məsələləri üzrə vitse-prezidenti Lee-Anne Mulholland bəyan edib ki, Ədliyyə Nazirliyinin təklifi “süni zəkanın inkişafını çətinləşdirəcək” və hökumət tərəfindən təyin olunan komitə şirkətin məhsullarının layihələndirilməsi və hazırlanmasına nəzarət edəcək.
         “O, həmçinin ABŞ innovasiyalarını kritik bir məqamda ləngidəcək. Biz texnoloji liderlik uğrunda Çinlə sərt rəqabət aparırıq və Google elmi və texnoloji irəliləyişlər edən Amerika şirkətlərinin önündə gedir” - deyə o, əlavə edib. Google, prezident Donald Trump-ın administrasiyası tərəfindən irəli sürülən və əvvəlki prezidentin dövründə başlanmış antiinhisar fəaliyyətlərinə qarşı çıxmağa çalışan bir çox texnologiya şirkətindən biridir. Bu ayın əvvəlində Google başqa bir məhkəmə prosesində uduzub - həmin iş çərçivəsində məhkəmə şirkəti onlayn reklam bazarının bəzi seqmentlərində monopolist kimi tanıyıb.
         Apple, Meta Platforms Amazon kimi digər İT şirkətləri də müxtəlif sahələrdə monopol mövqe əldə etməkdə və onu qoruyub saxlamaqda ittiham olunurlar. Məsələn, Federal Ticarət Komissiyası Meta-nı sosial şəbəkələr bazarını monopoliyaya almaqda ittiham edib və şirkətin Instagram WhatsApp platformalarını almasının qanuniliyini sual altına alıb. Bundan əlavə, Federal Ticarət Komissiyası Uber şirkətini müştəriləri hesab-faktura təqdimatında aldatmaqda və abunəliklərin ləğvində qeyri-şəffaflıqda günahlandıraraq məhkəməyə verib. Google-a gəlincə, şirkət ötən ilin avqust ayında onlayn axtarış sahəsində monopolist olaraq tanınıb.
         İndi isə məhkəmə bu seqmentdə vəziyyəti dəyişə biləcək tədbirlər barədə tərəflərin təkliflərini dinləyir. Dinləmələr 3 həftə davam edəcək və yekun qərar yay sonunda hakim tərəfindən elan ediləcək. Əgər Google məhkəməni uduzarsa, apellyasiyaya müraciət etmək hüququna sahib olacaq. Məhkəmədə Google sübut etməyə çalışacaq ki, Chrome insanlara internetə çıxış imkanı verir və tətbiqin açıq mənbə kodundan digər tərtibatçılar da istifadə edir. Google hesab edir ki, Ədliyyə Nazirliyinin axtarış məlumatlarını digər şirkətlər üçün açmaq təklifi “yalnız kibertəhlükəsizlik və hətta milli təhlükəsizlik üçün risklər yaratmayacaq, həm də istifadəçilər üçün xidmətlərin dəyərini artıracaq”. Google-un əsas məqsədi odur ki, şirkət ABŞ innovasiyaları üçün vacib hesab olunsun, lakin o qədər də vacib sayılmasın ki, digər şirkətlər onunla rəqabət apara bilməsin.
    Mənbə: CNBC
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google şirkətinin potensial bölünməsinə istiqamətlənmiş məhkəmə prosesinə start verilib
    google-sirketinin-potensial-bolunmesine-istiqametlenmis-mehkeme-prosesine-start-verilib
    Google Gemini Live bütün Android istifadəçiləri üçün istifadəyə verilib
    google-gemini-live-butun-android-istifadecileri-ucun-istifadeye-verilib
    Google rəsmi şəkildə internet-reklam sahəsində monopolist təyin edilib
    google-resmi-sekilde-internet-reklam-sahesinde-monopolist-teyin-edilib
    Böyük Britaniyada Google şirkətinə qarşı kollektiv məhkəmə iddiası qaldırılıb
    boyuk-britaniyada-google-sirketine-qarsi-kollektiv-mehkeme-iddiasi-qaldirilib
    Android ən çox enerji sərf edən tətbiqləri daha effektiv təyin edəcək
    android-en-cox-enerji-serf-eden-tetbiqleri-daha-effektiv-teyin-edecek