
GitHub tamamilə Microsoft-un idarəsi altına keçib
Tech-Biznes
12.08.2025
Emil Nəcəfov
GitHub-ın baş direktoru Thomas Dohmke şirkətə təxminən 4 il rəhbərlik etdikdən sonra istefa verdiyini elan edib. Məlumata görə, o, Microsoft və GitHub-dan kənarda yeni layihələrə diqqət yetirmək üçün vəzifəsini tərk edir. Eyni zamanda Microsoft GitHub-ın idarəetmə strukturunu dəyişərək baş direktor vəzifəsini ləğv edir və komandanı birbaşa öz süni intellekt bölməsi olan CoreAI-ya tabe edir. İşçilərə göndərilmiş xidməti qeyddə Dohmke bildirib ki, GitHub CoreAI tərkibində öz missiyasını davam etdirəcək və yenidən təşkilatlanmanın detalları sonradan açıqlanacaq. “Mən 2025-ci ilin sonuna qədər şirkətin problemsiz keçidini təmin etmək üçün qalacağam və bütün dünyada distant şəkildə işləməyə yönəlmiş bir təşkilat olaraq əldə etdiyimiz nailiyyətlərdən dərin qürur hissi ilə ayrılıram” - deyə o bildirib.

Microsoft tərəfindən 2018-ci ildə 7.5 milyard dollara alınmış GitHub indiyədək nisbətən müstəqil şirkət kimi fəaliyyət göstərib. Dohmke-nin gedişi platformanın Microsoft ekosisteminə inteqrasiyasında yeni mərhələni əks etdirir. GitHub-a yeni rəhbər təyin etmək əvəzinə, şirkət rəhbərliyi, keçmiş Meta top-meneceri Jay Parikh tərəfindən idarə olunan CoreAI komandasına hesabat verəcək. 2025-ci ilin əvvəlində Microsoft-un tərtibatçılar bölməsinə rəhbərlik edən Julia Liuson Parikh-ə tabe olub ki, bu da əvvəlki GitHub baş direktoru Nat Friedman vəzifədən getdikdən sonra 2021-ci ildən başlayan daha genişmiqyaslı yenidən təşkilatlanmanın bir hissəsi olub.
Thomas Dohmke:

CoreAI - Microsoft-un yeni mühəndislik bölməsidir və həm daxili istifadə, həm də şirkətin müştəriləri üçün proqram həllərinin hazırlanmasına yönəlmiş platformaları və süni intellekt alətlərini özündə birləşdirir. Parikh öz baxışını izah edərkən, CoreAI-nın gələcəyini müəssisələrin Microsoft platforması əsasında öz həllərini yarada biləcəyi “Süni İntellekt agentləri fabriki”nə bənzədib. Bu arada, ötən həftə GitHub Copilot və süni intellekt inkişaflarının perspektivlərini podkastda müzakirə etmiş Dohmke, öz startapını quraraq bu sahədə Microsoft-un yeni rəqibinə çevrilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Kaliforniyadan olan şəxs Windows 10 dəstəyinin dayandırılması səbəbilə Microsoft-u məhkəməyə verib

Kaliforniyadan olan şəxs Windows 10 dəstəyinin dayandırılması səbəbilə Microsoft-u məhkəməyə verib
Cənubi Kaliforniya sakini Lawrence Klein San-Dieqo dairəsi Ali Məhkəməsinə Microsoft şirkətinə qarşı şikayət ərizəsi verib.
Microsoft ən məşhur mobil tətbiqinin dəstəyini yaxın zamanda dayandıracaq

Microsoft ən məşhur mobil tətbiqinin dəstəyini yaxın zamanda dayandıracaq
Microsoft ekosistemində sənədlərin skan edilməsi və rəqəmsallaşdırılması üçün nəzərdə tutulmuş ən məşhur pulsuz mobil alətlərdən biri olan Microsoft Lens tətbiqini mərhələli şəkildə deaktiv etməyə başlayacaq.
Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib

Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib
OpenAI rəsmi olaraq GPT-5-i təqdim edib və Microsoft artıq onu Copilot, Microsoft 365 Copilot, Azure AI Foundry, GitHub Copilot və digər xidmətlərinə inteqrasiya etməyə başlayıb.
Microsoft Google DeepMind mütəxəssislərini özünə cəlb edir

Microsoft Google DeepMind mütəxəssislərini özünə cəlb edir
2024-cü ildə süni intellekt texnologiyaları uğrunda yarışda Microsoft, Inflection AI startapının əhəmiyyətli sayda əməkdaşını öz komandasına cəlb etdi və şirkətin baş direktoru, əvvəllər DeepMind-in həmtəsisçisi olmuş Mustafa Suleyman, Microsoft AI bölməsinin rəhbəri oldu.
Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb

Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb
Microsoft hesab edir ki, 5 il sonra süni intellekt Windows əməliyyat sistemində əsas rol oynayacaq. Şirkət “Windows 2030 Vision” adlı video yayımlayıb və burada qeyd olunur ki, insanla əməliyyat sistemi arasında əsas ünsiyyət vasitəsi təbii danışıq olacaq.
Həftənin xəbərləri

