
Məhkəmə Google-un monopoliyasının daha yumşaq tədbirlərlə aradan qaldırılmasını nəzərdən keçirir
Tech-Biznes
02.06.2025
Emil Nəcəfov
Ötən həftənin cümə günü ABŞ Ədliyyə Nazirliyi və Google arasında onlayn axtarış və onunla bağlı reklam sahəsində Google-un inhisar mövqeyini zəiflətmək məqsədilə verilmiş təkliflər üzrə yekun arqumentləri dinləyən dairə hakimi Amit Mehta, çıxışında bildirdi ki, Google-a qarşı rəqabəti bərpa etmək üçün ABŞ Ədliyyə Nazirliyinin təklif etdiyi 10 illik məhdudiyyət rejimindən daha yumşaq tədbirlərin qəbulunu nəzərdən keçirir. ABŞ Ədliyyə Nazirliyinin və bir sıra ştatların koalisiyasının təkliflərinə əsasən, Google rəqibləri ilə axtarış nəticələri və reklam məlumatlarını paylaşmalı və Apple və digər smartfon istehsalçılarına Google axtarış sisteminin yeni cihazlarda əsas seçim kimi istifadəsinə görə ödədiyi milyardlarla dollarlıq ödənişləri dayandırmalıdır. Həmçinin, Google-un biznesinin bölünməsi, o cümlədən Chrome brauzerinin satışa çıxarılması ilə bağlı təklif də hələ gündəmdə qalır.

Hakim dinləmələr zamanı bildirdi ki, məlumatların məhdud şəkildə paylaşılması və ödənişlərin dayandırılması yalnız digər tədbirlər rəqabətin bərpasına kömək etmədiyi halda tətbiq oluna bilər. “10 il qısa müddət kimi görünə bilər, lakin bu sahədə bir neçə həftə ərzində belə çox şeyi dəyişə bilər” - deyə Amit Mehta əlavə etdi və misal olaraq Jony Ive tərəfindən yaradılmış cihaz istehsalı üzrə io adlı startapın OpenAI tərəfindən alınmasını göstərdi. Hakim, süni zəka sahəsində artan məhsulların ənənəvi axtarış sistemlərini əvəz edə biləcəyinə də diqqət çəkdi. Onun sözlərinə görə, Safari brauzerində DuckDuckGo və ya Bing kimi rəqib axtarış sistemlərinin əsas seçim kimi təqdim ediləcəyini gözləməyə dəyməz. “Əgər nəsə ortaya çıxacaqsa, bu yalnız axtarışdan daha çox şey edə bilən süni zəka sahəsindəki şirkətlərdən biri olacaq. Niyə? Çünki ola bilsin, insanlar artıq 10 ədəd mavi keçidə ehtiyac duymurlar” - deyə hakim Google-un əvvəlki versiyalarına işarə edərək qeyd edib.

OpenAI-də ChatGPT məhsulları üzrə rəhbər olan Nick Turley, bildirib ki, şirkətin sorğuların 80%-nə cavab vermək üçün öz axtarış texnologiyasını tam istifadə edə bilməsi hələ uzun vaxt alacaq. O, əgər Google Chrome-u satmaq məcburiyyətində qalarsa, OpenAI-nin bu brauzeri almaqda maraqlı olduğunu da təsdiqləyib. Lakin hakim şübhə ilə yanaşıb ki, OpenAI və ya Perplexity kimi şirkətləri Google-un rəqibi hesab etmək olarmı və Google onlarla məlumat paylaşmağa məcbur edilməlidirmi - xüsusilə də məsələ axtarış sistemləri bazarındakı rəqabətlə bağlıdırsa. “Mənə elə gəlir ki, siz indi bu yeni texnologiyanı axtarış sistemləri ümumi bazarının tərifinə daxil etmək istəyirsiniz, amma əmin deyiləm ki, bu texnologiya oraya uyğun gəlir” - deyə hakim ABŞ Ədliyyə Nazirliyinin vəkili Adam Severt-ə bildirib. Severt isə cavab olaraq qeyd edib ki, hüquqi müdafiə tədbirləri gələcəyə yönəlik nəzərdə tutulmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google Veo 3 video generatoru Android və iOS-də istifadəyə verilib

Google Veo 3 video generatoru Android və iOS-də istifadəyə verilib
Google I/O 2025 konfransında Veo 3 adlı süni zəka əsaslı video generatorunun təqdimatından sonra Google, aylıq 19$ dəyərində olan Google AI Pro abunə paketinə giriş imkanlarını genişləndirib.
Google tətbiqində Pinterest analoqu istifadəyə verilə bilər

Google tətbiqində Pinterest analoqu istifadəyə verilə bilər
Google tətbiqində məşhur Pinterest xidmətinə bənzər bir funksiyanın meydana çıxması mümkündür. Android Authority jurnalistləri Google tətbiqinin yeni versiyasının proqram kodunu araşdırarkən Images adlı yeni bir bölməyə dair istinada rast gəliblər.
Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş

Apple, Google, Microsoft və digər servislərin 180 milyon istifadəçisinin məlumatları internetdə yerləşibmiş
Kibertəhlükəsizlik üzrə tədqiqatçı Jeremiah Fowler açıq şəkildə əlçatan olan bir məlumat bazası aşkarlayıb. Bu bazada Apple, Google, Facebook, Microsoft, Discord və digər xidmətlərə aid 184 milyondan çox istifadəçi adı və şifrə mövcuddur.
Google süni zəka vasitəsilə yaradılan kontentləri təyin edən yeni alətini təqdim edib

Google süni zəka vasitəsilə yaradılan kontentləri təyin edən yeni alətini təqdim edib
Google şirkəti Google I/O 2025 konfransında yeni SynthID Detector alətini təqdim edib. Bu alət məzmunun süni zəka vasitəsilə yaradılıb-yaradılmadığını müəyyən etməyə imkan verir.
Android XR eynəyin gündəlik həyatda necə çalışacağı sərgilənib (VİDEO)

Android XR eynəyin gündəlik həyatda necə çalışacağı sərgilənib (VİDEO)
Google, I/O 2025 konfransında Android XR ağıllı eynəyinin gündəlik həyatda necə işləyəcəklərini ətraflı şəkildə nümayiş etdirib. Bu qurğu kamera, mikrofonlar, dinamiklər və linzaların içində yerləşən ekran ilə təchiz olunacaq.
Həftənin xəbərləri

