
Meta pornoqrafik materialları yaymaqda ittiham edilir
Tech-Biznes
29.07.2025
Emil Nəcəfov
Meta şirkəti yeni bir məhkəmə qalmaqalının mərkəzinə düşüb. Onu süni intellektini “böyüklər üçün” videolar yaratmağa öyrətmək məqsədilə pirat pornoqrafik kontentin yayılmasında ittiham edirlər. İddiaya əsasən, bu məqsədlə BitTorrent şəbəkəsindən istifadə olunub. İddianı qaldıran Strike 3 Holdings (S3H) şirkətidir. Meta isə bu ittihamları rədd edir və onları əsassız adlandırır. İddiaçı tərəf olan Strike 3 Holdings özünü “Hollywood səviyyəsində” pornofilmlər istehsal edən bir holdinq kimi təqdim edir. Şirkətin iddiasına görə, Meta 2018-ci ildən bəri BitTorrent peer-to-peer şəbəkəsində icazəsiz şəkildə böyüklər üçün nəzərdə tutulmuş ən azı 2396 ədəd film yayıb.

BitTorrent-in təbiəti nəzərə alınaraq həmin videoları başqa şəxslər, o cümlədən yetkinlik yaşına çatmayanlar da yükləyə bilərdi. İddiada deyilir ki, Meta guya bu filmlərin ən məşhur olanlarını elə yayımlandığı gün “qəsdən seçir” və daha sonra həmin videolar həftələrlə, bəzən aylarla şəbəkədə əlçatan qalır. İddiaçılar həmçinin bildirirlər ki, Meta bu fəaliyyətini gizlətmək məqsədilə anonim IP ünvanlarına malik 6 virtual buluddan ibarət bütöv bir şəbəkə yaradıb. Bu ünvanların bir qismi Meta-nın daxili şəbəkələri ilə əlaqələndirilib, ən azı bir ünvan isə şirkət əməkdaşlarından birinin ev IP ünvanına bağlı olub. S3H hesab edir ki, bu hallar Meta-nın süni intellekt əsaslı pornoqrafik videolar generatoru yaratmağı planlaşdırdığını göstərə bilər.

İddiada məhkəmədən Mark Zuckerberg-ə məxsus şirkətə bu cür kontentdən istifadəni qadağan etməsi və müəllif hüququ sahibinə kompensasiya ödənilməsi tələb olunur. Meta isə ittihamlara cavab olaraq bildirir ki, onun nə vaxtsa BitTorrent və ya digər peer-to-peer şəbəkələr vasitəsilə pirat kontent yaydığına dair heç bir sübut yoxdur. Şirkət əlavə edib ki, hazırda hüquqşünasları bu iddianı araşdırır. Qeyd edək ki, S3H-nin iddiası tamamilə yeni bir hal deyil: Meta daha əvvəl də süni intellekti öyrətmək üçün BitTorrent şəbəkəsi vasitəsilə yayımlanmış pirat kitab nüsxələrindən istifadə etdiyi iddiası ilə məhkəməyə verilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-nin yaradıcılarından biri Meta-nın süni intellekt laboratoriyasına keçid edib

ChatGPT-nin yaradıcılarından biri Meta-nın süni intellekt laboratoriyasına keçid edib
Meta şirkəti süni intellekt sahəsində mövqelərini gücləndirməyə davam edir. Baş direktor Mark Zuckerberg, ChatGPT-nin yaradıcılarından biri olan Shengjia Zhao-nun Meta Superintelligence Labs bölməsində baş elmi əməkdaş vəzifəsini tutacağını elan edib.
Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər

Böyük texnoloji şirkətlər ilin əvvəlindən 100 000-dən çox işçini ixtisar ediblər
2025-ci ildə texnologiya şirkətlərində işdən çıxarılanların sayı 100 000 nəfəri keçərək heyrətamiz bir səviyyəyə çatıb. Intel, Microsoft, Meta və digər aparıcı şirkətlər kütləvi ixtisarlar barədə elan veriblər.
Meta jestlərlə kompüteri idarə etməyə imkan verəcək qolbaq üzərində çalışır

Meta jestlərlə kompüteri idarə etməyə imkan verəcək qolbaq üzərində çalışır
Meta Platforms şirkətindən olan tədqiqatçılar kompüterə jestlər vasitəsilə nəzarət etməyə imkan verəcək qolbaq üzərində çalışırlar.
Meta süni intellekt mütəxəssisinə 1.25 milyard dollar təklif edib

Meta süni intellekt mütəxəssisinə 1.25 milyard dollar təklif edib
Süni intellekt sahəsində ən yaxşı kadrlar uğrunda mübarizə getdikcə daha da sərtləşir. Abel startapının həmtəsisçisi Daniel Francis sosial şəbəkələrdə Meta şirkətinin süni intellekt üzrə aparıcı mütəxəssislərdən birini işə cəlb etməyə çalışdığını açıqlayıb.
Meta Apple-ın daha iki süni zəka mütəxəssisini özünə cəlb edib

Meta Apple-ın daha iki süni zəka mütəxəssisini özünə cəlb edib
Meta süni zəka bölməsini gücləndirməyə davam edir və Apple şirkətindən daha iki əsas mütəxəssisi - Mark Lee və Tom Gunter-i öz komandasına cəlb edib.
Həftənin xəbərləri

