main-post-cover

    Meta şirkəti Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər

    Tech-Biznes
    14.11.2024
    Emil Nəcəfov
         Meta şirkəti ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən antimonopoliya mövzusunda qaldırılmış məhkəmə iddiası səbəbilə məhkəmə qarşısına çıxmalı olacaq. Komissiya şirkəti rəqabətin boğulmasında və Instagram ilə WhatsApp-ın alınması yolu ilə sosial şəbəkələr bazarında özünə dominant vəziyyətin təmin olunmasında günahlandırır. Əgər məhkəmə şirkətin əleyhinə qərar çıxartsa, o, Instagram ilə WhatsApp-ı satmaq məcburiyyətində qala bilər. FTC hələ 2020-ci ildə Meta-nı məhkəməyə vermişdi. Həmin vaxtda komissiya iddia edirdi ki, şirkət Instagram və WhatsApp-ı almaqla rəqabəti boğmağa cəhd göstərib.
         Kolumbiya dairəsi məhkəməsinin hakimi James Boasberg, 2021-ci ildə bu məhkəmə iddiasını rədd etmişdi. Lakin FTC yenilənmiş məhkəmə iddiasını qaldırmış və proses bərpa olunmuşdu. 2023-cü ilin yaz fəslində Meta yenidən məhkəməyə müraciət edərək FTC-nin məhkəmə iddiasının rədd edilməsini xahiş etmişdi. Məhkəmə hakimi James Boasberg öz növbəsində bu dəfə Meta-nın xahişini qəbul etmədi.
         Bununla belə məhkəmə hakimi Meta-nın kənar tərtibatçıların şirkət API-dan istifadə müqabilində Meta tətbiqləri ilə rəqabəti dayandırmaq şərtini qoymaqla ədalətli davranmadığı fikrini rədd etdi. İndi isə FTC sübut etməyə çalışacaq ki, şirkət həqiqətən də ədalətli davranmayıb və onun Instagram ilə WhatsApp-ı alması rəqabətə və istehlakçılara zərər yetirib. Şirkətin nümayəndəsi Christopher Sgro öz növbəsində The Verge saytına bəyanatında qeyd edib ki, o, şirkətin Instagram və WhatsApp-ın əldə edilməsinin istifadəçilərə faydalı olduğunu məhkəmədə sübut edəcəyindən əmindir.
         “Zamanında FTC bu müqavilələri nəzərdən keçirib və onları təsdiqləyib. Bizim servislərin YouTube, TikTok, X (keçmiş Twitter), iMessage və digər servislərlə ədalətli şəkildə rəqabət apardıqlarına dair olan sübutlara baxmayaraq komissiya Meta-nın Instagram və WhatsApp-ı əldə etməsini qanunsuz hesab edir” - deyə Christopher Sgro qeyd edib. FTC-nin bu antimonopoliya məhkəmə iddiasının Donald Trump-ın keçmiş prezidentlik dövründə qaldırılmasına baxmayaraq gözləntilərə əsasən onun administrasiyası bu cür mövzularda daha yumşaq davranacaq. Mark Zuckerberg isə digər texnoloji nəhənglərin rəhbərləri kimi Trump ilə ünsiyyətini yavaş-yavaş yoluna qoymağa başlayıb. Gözləntilərə əsasən Trump hətta FTC-nin hal-hazırki rəhbəri olan Lina Khan-ı istefaya göndərə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Avtraliyada 16 yaşından aşaöı uşaqlar üçün sosial media platformaları qadağan olunacaq
    avtraliyada-16-yasindan-asaoi-usaqlar-ucun-sosial-media-platformalari-qadagan-olunacaq
    Artıq WhatsApp-dan göndərilən şəkilləri tək toxunuşla internetdə axtarış etmək mümkün olacaq!
    artiq-whatsapp-dan-gonderilen-sekilleri-tek-toxunusla-internetde-axtaris-etmek-olacaq
    Instagram süni zəka vasitəsilə yeniyetmələri təyin edə biləcək
    instagram-suni-zeka-vasitesile-yeniyetmeleri-teyin-ede-bilecek
    WhatsApp-da çat siyahılarının yaradılması funksiyası istifadəyə verilib
    whatsapp-da-cat-siyahilarinin-yaradilmasi-funksiyasi-istifadeye-verilib
    Meta süni zəka əsaslı fərdi axtarış sistemini hazırlayır
    meta-suni-zeka-esasli-ferdi-axtaris-sistemini-hazirlayir