Analitiklər artıq müəyyən müddət ərzində proqnozlaşdırırlar ki, Microsoft bazar dəyəri mövzusunda Apple şirkətini geridə qoyaraq dünyanın ən bahalı şirkəti olacaq. Dünən gecə bu, baş verdi. Belə ki, Microsoft-un səhmlərinin ümumi dəyəri 0.7% yüksəldi, Apple səhmlərinin ümumi dəyəri isə 1% aşağı düşdü. Bunun sayəsində Microsoft dünyanın ən bahalı şirkəti statusunu əldə etdi. Şirkətin səhmlərinin ümumi dəyərinin yüksəlməsi nəticəsində onun bazar dəyəri 2.887 trilyon dollara yüksəldi.
Apple şirkətinin səhmlərinin ümumi dəyərinin 1% aşağı düşməsi nəticəsində isə onun bazar dəyəri 2.871 trilyon dollar təşkil etdi. Lakin dünyanın ən bahalı şirkəti statusu Microsoft-a qısa müddətlik nəsib oldu. Belə ki, müəyyən müddətdən sonra Apple yenidən dünyanın ən bahalı şirkəti statusunu özünə qaytardı. Microsoft sonuncu dəfə bu statusu 2021-ci ildə əldə etmişdi. Hal-hazırda süni zəka sahəsində uğurları səbəbilə Microsoft-un səhmlərinin ümumi dəyəri yüksəlməkdə davam edir. Apple şirkətinin zəif satış göstəriciləri isə onun səhmlərinin ümumi dəyərini aşağı salır.