
Microsoft Windows 10-un dəstəyinin genişləndirilməsi hesabına 7 milyard dollar gəlir əldə edəcək
Tech-Biznes
05.09.2025
Emil Nəcəfov
Dünyada 120 milyondan çox kompüter 14 oktyabr 2025-ci ildən sonra, yəni dəstəyinin rəsmi olaraq dayandırılma tarixindən sonra da Windows 10 ilə işləməyə davam edəcək. Analitik şirkət Nexthink hesab edir ki, Windows 10-un genişləndirilmiş dəstəyi biznes icmasına təxminən 7.3 milyard dollara başa gələcək. Proqnoz ondan ibarətdir ki, hələ də Windows 10 istifadə edən bütün 120 milyon kompüterin genişləndirilmiş dəstəyinin ilk ilində hər cihaz üçün 61$ ödəniləcək. Və yenə də Windows 10-un genişləndirilmiş dəstəyi ilə bağlı əlavə xərclər, bu sistemi daha uzun müddət istifadə etməyin verdiyi üstünlüklərlə kompensasiya olunur.

Nexthink-in analizi göstərir ki, hazırda Windows 11 ilə işləyən cihazlar daha az stabil fəaliyyət göstərir - onlarda sistem nasazlıqları daha tez-tez baş verir (Windows 10-da 0.6% ilə müqayisədə 1.2%). Belə hallarda aparat vasitəsilə məcburi yenidən başladılma daha çox tələb olunur (Windows 10-da 8.5% ilə müqayisədə 9.9%). Stabillik və etibarlılıq isə xüsusilə korporativ istifadə üçün önəmlidir. Qeyd edilmiş rəqəmlər yalnız Windows 10-un genişləndirilmiş dəstəyi üçün ödəniş etməli olan şirkətlər və dövlət qurumlarına aiddir. Fərdi istifadəçilərə isə Windows 10-un pullu Extended Security Updates (ESU) proqramına əlavə olaraq 2 pulsuz genişləndirilmiş dəstək variantı təqdim olunur:
- Windows-un ehtiyat nüsxələmə funksiyasını aktivləşdirmək olar, bu da kompüterin parametrlərini OneDrive buludunda sinxronlaşdırır. Bunun üçün Microsoft hesabı tələb olunur. OneDrive 5 GB həcmində pulsuz yaddaş təqdim edir
- Microsoft Rewards proqramı üzrə 1000 xal toplamaq və dəyişmək olar. İstifadəçilər bu xalları Microsoft xidmətlərindən, məsələn Bing axtarışından istifadə etməklə qazanırlar. Bunun üçün də Microsoft hesabı tələb olunur.
- Windows 10-un ən azı 1 il də pulsuz təhlükəsizlik yeniləmələrini almaq imkanı, yəqin ki, Windows 10-un hələ də istifadəçilər arasında bu qədər məşhur qalmasının əsas səbəblərindən biridir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft mətnlərin Windows-dan Android-ə ötürülməsi imkanını hazırlayır

Microsoft mətnlərin Windows-dan Android-ə ötürülməsi imkanını hazırlayır
Microsoft kompüter və smartfon sahibləri üçün faydalı bir funksiya hazırlayır. Hazırlanan funksiya Windows əməliyyat sistemli kompüterdəki mətni kopyalayıb onu birbaşa Android cihazına yerləşdirməyə imkan verəcək.
Microsoft öz 2 süni intellekt modelini təqdim edib

Microsoft öz 2 süni intellekt modelini təqdim edib
İndiyə qədər Microsoft böyük ölçüdə OpenAI şirkətinin süni intellekt modellərinə güvənirdi. OpenAI hər dəfə öz ən yeni modellərini təqdim etdikdə, Microsoft onların Azure infrastrukturunda, eləcə də bütün məhsul və xidmətlərində əlçatan olduğunu elan edirdi.
Microsoft mətni 90 dəqiqəlik podkasta çevirən açıq mənbəli süni intellekti təqdim edib (VİDEO)

Microsoft mətni 90 dəqiqəlik podkasta çevirən açıq mənbəli süni intellekti təqdim edib (VİDEO)
Microsoft süni intellekt sahəsində açıq mənbəli VibeVoice layihəsini təqdim edib - bu, mətndən ingilis və ya çin dilində 90 dəqiqəyə qədər audio-podkastlar yarada bilən yeni nitq sintezi sistemidir.
OpenAI Microsoft ilə danışıqlar səbəbilə milyardlarla dollar investisiyalardan məhrum ola bilər
OpenAI Microsoft ilə danışıqlar səbəbilə milyardlarla dollar investisiyalardan məhrum ola bilər
Microsoft şirkəti OpenAI-nin ən böyük investoru olaraq qalır, lakin təşkilati struktur və qarşılıqlı əməkdaşlıq şərtlərinin bəzi məqamları şirkətin inkişafı üçün əlavə vəsait cəlb etmək imkanlarını məhdudlaşdırır.
Windows 95 əməliyyat sisteminin 30 yaşı tamam olub

Windows 95 əməliyyat sisteminin 30 yaşı tamam olub
Ötən bazar günü, Windows 95 əməliyyat sistemi 30 yaşını tamamladı. Məhz həmin gün, 3 onillik əvvəl, istifadəyə verilmiş bu platforma Microsoft əməliyyat sistemlərinin inkişaf tarixində yeni bir səhifə açdı və proqram təminatı sənayesinin, eləcə də ümumilikdə IT sahəsinin inkişafına əhəmiyyətli təsir göstərdi.
Həftənin xəbərləri

