main-post-cover

    Windows 95 əməliyyat sisteminin 30 yaşı tamam olub

    Proqram Təminatı
    25.08.2025
    Emil Nəcəfov
         Ötən bazar günü, Windows 95 əməliyyat sistemi 30 yaşını tamamladı. Məhz həmin gün, 3 onillik əvvəl, istifadəyə verilmiş bu platforma Microsoft əməliyyat sistemlərinin inkişaf tarixində yeni bir səhifə açdı və proqram təminatı sənayesinin, eləcə də ümumilikdə IT sahəsinin inkişafına əhəmiyyətli təsir göstərdi. Windows 95 tamamilə müstəqil əməliyyat sistemi idi, çoxtapşırıqlılığı, 16 32-bitlik kodun icrasını dəstəkləyirdi. Bununla yanaşı, yükləyici kimi və köhnə proqram təminatı ilə uyğunluğu təmin etmək üçün sistemin tərkibinə daxil olan MS-DOS mühiti istifadə olunurdu. Windows 95-də ilk dəfə Start menyusu, TaskbarExplorer təqdim edildi ki, bunlar zamanla proqram təminatı nəhənginin bütün platformalarının interfeysinin ayrılmaz elementlərinə çevrildi.
         Microsoft-un böyük nailiyyətlərindən biri Windows 95-də Plug and Play standartının dəstəklənməsi oldu. Bu standart kompüterə qoşulan avadanlıqların avtomatik tənzimlənməsini təmin edirdi. Əhəmiyyətli diqqət oyun və multimedia tətbiqlərinin dəstəklənməsinə yönəldilmişdi. Bütün bunlar genişmiqyaslı reklam kampaniyası ilə birlikdə yeniliyin böyük uğur qazanmasına səbəb oldu: ilk 5 həftə ərzində Microsoft 7 milyon ədəd Windows 95 satdı. Təəssüf ki, bütün mütərəqqiliyinə baxmayaraq, Windows 95 işində sabitliyi ilə seçilmirdi və tez-tez baş verən nasazlıqlar nəticəsində “mavi ölüm ekranı”nın (Blue Screen of Death, BSoD) nümayişi sistem üçün adi hal idi. Buna baxmayaraq, bu yenilik Microsoft-un fərdi kompüterlər üçün ən çox tələb olunan əməliyyat sistemlərindən birinə çevrilməsinə mane olmadı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft Vaşinqton Universiteti ilə birlikdə yosunlardan "yaşıl" sement hazırlayıb
    microsoft-vasinqton-universiteti-ile-birlikde-yosunlardan-yasil-sement-hazirlayib
    GitHub tamamilə Microsoft-un idarəsi altına keçib
    github-tamamile-microsoft-un-idaresi-altina-kecib
    Kaliforniyadan olan şəxs Windows 10 dəstəyinin dayandırılması səbəbilə Microsoft-u məhkəməyə verib
    kaliforniyadan-olan-sexs-windows-10-desteyinin-dayandirilmasi-sebebile-microsoft-u-mehkemeye-verib
    Microsoft ən məşhur mobil tətbiqinin dəstəyini yaxın zamanda dayandıracaq
    microsoft-en-meshur-mobil-tetbiqinin-desteyini-yaxin-zamanda-dayandiracaq
    Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib
    microsoft-gpt-5-i-artiq-copilot-a-inteqrasiya-edib