Nothing özünün CMF brendini müstəqil törəmə şirkətə çevirir
Tech-Biznes
25.09.2025
Emil Nəcəfov
Nothing şirkəti elan edib ki, büdcə seqmentinə aid cihazları buraxdığı CMF brendini müstəqil törəmə şirkətə çevirir və bu şirkətin baş ofisi Hindistanda yerləşəcək. 2023-cü ildən etibarən şirkət CMF brendi altında münasib qiymətli smartfonlar, qulaqlıqlar və ağıllı saatlar istehsal edir. Nothing həmçinin Hindistanın ODM istehsalçısı Optiemus ilə tərəfdaşlıq müqaviləsi bağladığını açıqlayıb. Məqsəd birgə istehsal müəssisəsi yaratmaqdır. Şirkət gələcək müəssisənin mülkiyyət strukturuna dair detallara toxunmayıb. Bununla belə, qarşıdakı 3 ildə bu müəssisəyə 100 milyon dollardan artıq sərmayə yatırmağı və bunun nəticəsində 1800-dən çox iş yeri yaratmağı planlaşdırdığını bildirib.
Bundan əlavə, Nothing bir müddət əvvəl Tiger Global-ın rəhbərlik etdiyi C seriyalı maliyyələşdirmə raundu çərçivəsində 200 milyon dollar vəsait cəlb edib. Lakin şirkət bu raunddan toplanmış vəsaitin nə qədərinin yeni müəssisənin yaradılmasına yönəldiləcəyini açıqlamayıb. Məlumata görə, Nothing şirkətinin Hindistanı CMF-in əməliyyat qərargahı kimi seçməsi bir neçə səbəbdən məntiqli görünür. CMF smartfonları 200$-dan aşağı qiymətə təklif olunur. Bu kateqoriya Hindistanda dominantdır: IDC məlumatına görə, 2025-ci ilin ikinci rübündə çatdırılan smartfonların 42%-dən çoxu 100-200$ qiymət diapazonunda olub.
Hindistan həm də Nothing üçün ən perspektivli bazardır, çünki burada qlobal smartfon bazarının 2%-dən çoxu cəmlənib. IDC bildirib ki, Nothing 2025-ci ilin ikinci rübündə ölkədə ən sürətlə böyüyən brendə çevrilib və illik müqayisədə tədarük həcmini 85% artırıb. “Hindi̇stan qlobal smartfon sənayesinin gələcəyinin formalaşmasında açar rol oynayacaq. CMF bazarda 2 il əvvəl fəaliyyətə başladığımız andan yaxşı qarşılanıb. Geniş imkanlarımız sayəsində biz onu Hindistanda ilk həqiqətən qlobal smartfon brendinə çevirmək üçün unikal mövqedəyik. Optiemus ilə birgə müəssisəmiz bu ideyanı gerçəkləşdirmək yolunda əsas addımdır” - deyə Nothing şirkətinin baş icraçı direktoru Carl Pei bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Nothing Ear (3) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Nothing Ear (3) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Nothing şirkəti rəsmi olaraq yeni flaqman naqilsiz qulaqlığı olan Ear (3)-ü təqdim edib. Bu yeni qulaqlıq həm dizayn, həm də texniki baxımdan ciddi yeniliklər alıb.
Nothing süni intellekt dəstəkli məhsullarını gələn il təqdim edəcək
Nothing süni intellekt dəstəkli məhsullarını gələn il təqdim edəcək
Şəffaf dizaynlı Nothing Phone smartfonları ilə tanınan brend Nothing şirkəti 200 milyon dollar investisiya alıb və bununla da onun bazar dəyəri 1.3 milyard dollara yüksəlib.
Nothing Ear (3) naqilsiz qulaqlığının təqdimatı anons edilib
Nothing Ear (3) naqilsiz qulaqlığının təqdimatı anons edilib
Nothing şirkəti yeni naqilsiz qulaqlığı olacaq Ear (3)-ün təqdimat tarixini rəsmi şəkildə elan edib.
CMF Watch 3 Pro ağıllı saatı təqdim edilib - QİYMƏTİ
CMF Watch 3 Pro ağıllı saatı təqdim edilib - QİYMƏTİ
Nothing şirkətinin CMF adlı subbrendi öz yeni ağıllı saatını təqdim edib. Söhbət, CMF Watch 3 Pro-dan gedir. Subbrendin bu yeni ağıllı saatı metal materialdan hazırlanmış dairəvi gövdəni və yastı çərçivəni əldə edib.
Tam ölçülü naqilsiz Nothing Headphones (1) qulaqlığı təqdim edilib - QİYMƏTİ
Tam ölçülü naqilsiz Nothing Headphones (1) qulaqlığı təqdim edilib - QİYMƏTİ
Nothing şirkəti Nothing Phone (3) subflaqman smartfonu ilə yanaşı öz ilk tam ölçülü qulaqlığını təqdim edib. Nothing Headphones (1) adlı yeni qulaqlıq brendə məxsus şəffaf dizayna və genişləndirilmiş funksiyalara malikdir.
Həftənin xəbərləri