
NVIDIA CEO-su: "Süni intellekt boom-u fonaldan hələ uzaqdır"
Tech-Biznes
28.08.2025
Emil Nəcəfov
Süni intellekt bazarının inkişafı fonunda NVIDIA-nın gəlir artım tempi sabitləşməyə və açıq şəkildə zəifləməyə başladığından, şirkətin rəhbəri və qurucusu Jensen Huang investorları orta müddətli proqnozlarla motivasiya etməyi lazım bildi. Onun fikrincə, onilliyin sonuna qədər süni intellekt avadanlıqlarına illik xərclər 4 trilyon dollara çata bilər. “Yeni sənaye inqilabı başladı. Süni intellekt yarışı start götürdü. Biz hesab edirik ki, onilliyin sonuna qədər süni intellekt infrastrukturuna xərclər 3-dən 4 trilyon dollara qədər ölçüləcək” - deyə Jensen Huang rüblük hesabat konfransında bildirib.

O, sevimli ifadəsini işlətməyə davam edir: “nə qədər çox alsanız, bir o qədər güclü inkişaf edirsiniz”. Onun sözlərinə görə, davamlı təkmilləşdirilən NVIDIA sürətləndiriciləri müştərilərə daha az enerji sərfiyyatı ilə daha çox məlumat emal etməyə imkan verir. Yeganə problem isə odur ki, artıq hər şey satılıb. Qismən NVIDIA komponentlərinə yüksək tələbat başqa bir nümunə ilə də təsdiqlənir. Keçən rübdə şirkətin Çindən olmayan bir müştərisi ümumi dəyəri 650 milyon dollar olan H20 sürətləndiriciləri partiyasını almağa razılaşıb və dövrün sonuna qədər NVIDIA bu məbləğin 180 milyon dollarını əldə edə bilib, baxmayaraq ki, Çinə birbaşa heç bir H20 sürətləndiricisi sata bilməyib.

Bu bir daha sübut edir ki, NVIDIA müştəriləri süni intellekt hesablama infrastrukturunun inkişafı üçün yararlı olan hər hansı məhsulunu almağa hazırdır. Bu il həmin infrastrukturun inkişafına çəkilən xərclərin 600 milyard dollara çatacağı NVIDIA rəhbərliyi tərəfindən gözlənilir. Müvafiq olaraq, onilliyin sonuna qədər belə bir məbləğin dəfələrlə artacağı ehtimal olunur. NVIDIA rəhbəri başqa bir nümunə də gətirib: şərti olaraq 60 milyard dollar dəyərində olan məlumat emalı mərkəzində NVIDIA komponentlərinin payı bu məbləğin 35 milyard dollarına qədər ola bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Donald Trump ABŞ İT nəhənglərinin milyonlarla dollar dəyərində səhmlərinə sahibdir

Donald Trump ABŞ İT nəhənglərinin milyonlarla dollar dəyərində səhmlərinə sahibdir
ABŞ qanunları ölkə prezidentindən dövlət xidməti ilə əlaqəsi olmayan gəlir mənbələri barədə məlumat açıqlamasını tələb edir. Bu səbəbdən, Donald Trump-ın ABŞ texnologiya sektoruna aid şirkətlərdə milyonlarla dollar dəyərində iri səhmlərə sahib olması barədə məlumat ictimaiyyətə açıqlanıb.
İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb

İT nəhənglərin rəhbərlərinin təhlükəsizliklərinə xərclər artırılıb
Böyük korporasiyaların fəaliyyəti cəmiyyətin bir çox üzvlərinin şüurunda onların rəhbərlərinin fiqurları ilə assosiasiya olunur. Buna görə də, bu sahənin mütəxəssislərinin fikrincə, onlara qarşı düşmənçilik və şəxsi təhlükəsizliklərinə yönəlmiş təhdid halları getdikcə daha çox müşahidə olunacaq.
Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər

Aparıcı İT şirkətlər süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər
Aparıcı texnologiya şirkətləri rüblük hesabatlarda təsirli maliyyə nəticələri nümayiş etdirərək süni intellektə yönəltdikləri böyük investisiyaların artıq gəlir gətirməyə başladığını göstəriblər.
NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçib

NVIDIA-nın bazar dəyəri 4.3 trilyon dolları keçib
Dünya fond bazarı NVIDIA-nın bazar dəyərindəki fenomenal artımı izləməyə davam edir. 9 iyul tarixində ABŞ nəhəngi 4 trilyon dollar bazar dəyəri həddinə çatmış ilk şirkət oldu və indi isə növbəti rekord qeydə alınıb.
NVIDIA CEO-su Çin mənşəli süni zəka modellərini dünya səviyyəsinə uyğun hesab edir

NVIDIA CEO-su Çin mənşəli süni zəka modellərini dünya səviyyəsinə uyğun hesab edir
Həftənin əvvəlində artıq məlum olduğu kimi, NVIDIA-nın qurucusu Jensen Huang Çinə yaxşı xəbər gətirib - çünki ABŞ hakimiyyəti şirkətə yerli müştərilər üçün H20 sürətləndiricilərinin tədarükünü bərpa etməyə icazə verib.
Həftənin xəbərləri

