main-post-cover

    NVIDIA CEO-sunun sərvəti Intel-in bazar dəyərindən daha böyük olub

    Tech-Biznes
    07.10.2024
    Emil Nəcəfov
         NVIDIA 1 il ərzində öz bazar dəyərini 3 dəfə yüksəldərək dünyanın ən böyük texnoloji şirkətlərindən birinə çevrildi. Şirkət bu nailiyyəti süni zəkaya və onun hazırlanmasına istiqamətlənmiş texnologiyalara tələbat sayəsində əldə edib. Intel-dən fərqli olaraq NVIDIA öz prioritetlərini düzgün şəkildə təşkil etdi, bazarın tələbini doğru şəkildə təyin etdi və formalaşmış tələbi qarşılaya bildi. Bütün bunların sayəsində NVIDIA-nın CEO-su Jensen Huang, 109 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı şəxslərindən birinə çevrildi.
         Nəticədə Jensen Huang-ın sərvəti Intel şirkətinin bazar dəyərindən daha yüksək olub. Belə ki, Intel-in hal-hazırda bazar dəyəri 97 milyard dollar təşkil edir. Bu cür nəticəyə təkcə NVIDIA-nın uğurları deyil, həmçinin Intel-in uğursuzluqları da gətirdi. Məsələn bir neçə müddət bundan öncə Intel-in bazar dəyəri 24 milyard dollar aşağı düşdü. Keçən ay isə məlum oldu ki, AMD şirkəti PlayStation 6 üçün nəzərdə tutulmuş prosessor istehsalı mövzusunda tenderde qalib gələrək Intel-i 30 milyard dollarlıq gəlirdən məhrum edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NVIDIA GeForce RTX 5090 və RTX 5080 videokartları barəsində yeni təfərrüatlar verilib
    nvidia-geforce-rtx-5090-ve-rtx-5080-videokartlari-baresinde-yeni-teferruatlar-verilib
    Qualcomm şirkəti həqiqətən də Intel-i almağı planlaşdırır
    qualcomm-sirketi-heqiqeten-de-intel-i-almagi-planlasdirir
    PlayStation 6-nın hansı şirkətin prosessorunu əldə edəcəyi məlum olub
    playstation-6-nin-hansi-sirketin-prosessorunu-elde-edeceyi-melum-olub
    Qualcomm, Intel-in prosessor biznesinin bir hissəsini almağı planlaşdırır
    qualcomm-intel-in-prosessor-biznesinin-bir-hissesini-almagi-planlasdirir
    ABŞ Ədliyyə Nazirliyi NVIDIA şirkəti ilə bağlı istintaqa start verib
    abs-edliyye-nazirliyi-nvidia-sirketi-ile-bagli-istintaqa-start-verib