main-post-cover

    OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir

    Tech-Biznes
    14.05.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti Birləşmiş Ərəb Əmirliklərində yeni məlumat emalı mərkəzinin tikilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirir. Bu addım şirkətin Yaxın Şərqdəki mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirə bilər. Qərar hələ qəbul edilməyib və vəziyyət ABŞ prezidenti Donald Trump-ın ölkəyə səfərinin nəticələrinə görə dəyişə bilər. OpenAI rəhbəri Sam Altman da hazırda regionda texnologiya liderlərinin işgüzar turu çərçivəsində səfərdədir. OpenAI daxilində bu barədə yayılan şayiələr hələlik şərh olunmur. Lakin bir müddət əvvəl şirkət bildirmişdi ki, ABŞ xaricində süni zəka infrastrukturunun qurulması və bu sahədə ABŞ-ın liderliyinin təşviqi məqsədilə hökumətlərlə əməkdaşlıq axtarışındadır.
         Ehtimal olunan bu razılaşma Trump-ın regiona səfəri zamanı aparılan investisiya fəaliyyəti ilə bağlı ola bilər. Səfər çərçivəsində Səudiyyə Ərəbistanındakı bizneslərə qabaqcıl yarımkeçiricilərə genişləndirilmiş çıxış imkanı verilməsi də planlaşdırılır. Halbuki bundan əvvəl ABŞ bu çıxışı dünyanın böyük hissəsi üçün məhdudlaşdırmışdı. OpenAI artıq Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edir. Şirkət Əbu-Dabidən olan G42 ilə birgə layihələrin icrasına 2023-cü ildə başlayıb. 2024-cü ildə isə G42, OpenAI-nin sponsoru olan Microsoft-dan 1.5 milyard dollar investisiya alıb. Əmirliklərin kral ailəsinin nəzarətində olan MGX adlı investisiya şirkəti vaxtilə OpenAI-yə 6.6 milyard dollarlıq maliyyələşmə raundunda iştirak edib.
         Həmin raund 2023-cü ilin oktyabrında bağlanıb. MGX eyni zamanda OpenAI, SoftBankOracle-ın birgə iştirak etdiyi ABŞ-da həyata keçirilən “Stargate” adlı layihəyə də töhfə verməyi planlaşdırır. Hazırda OpenAI-nin BƏƏ-də hansı gücdə məlumat emalı mərkəzi tikməyi planlaşdırdığına dair məlumat yoxdur. Bu layihənin taleyi əsasən şirkətin ABŞ tərəfindən 2023-cü ildən etibarən satışına məhdudiyyət qoyulmuş qabaqcıl NVIDIA sürətləndiricilərini ölkəyə idxal edib-edə bilməyəcəyindən asılıdır. Bununla belə, Trump administrasiyası Yaxın Şərq tərəfdaşlarına Biden administrasiyasından daha yumşaq yanaşır, bu səbəbdən Fars körfəzi ölkələri üçün yarımkeçiricilərə çıxışın əhəmiyyətli dərəcədə asanlaşdırılması ilə bağlı razılaşma ehtimalı istisna edilmir.
         ABŞ ilə əldə ediləcək razılaşma, BƏƏ-yə 1 milyondan çox NVIDIA sürətləndiricisinin idxalına səbəb ola bilər. Bu sürətləndiricilərin böyük hissəsi region ölkələrində məlumat mərkəzləri quran ABŞ şirkətlərinə ayrılacaq. Fars körfəzi ölkələrinin ABŞ iqtisadiyyatına böyük həcmdə investisiya yatıracaqlarına dair vədləri fonunda, Trump administrasiyası yarımkeçiricilərin Yaxın Şərqə tədarükünə daha müsbət yanaşır. Daha əvvəl Trump administrasiyası, Biden dövrünə aid olan və bəzi tənzimləmə məsələlərini əhatə edən çərçivə proqramının yenidən nəzərdən keçiriləcəyini açıqlamışdı. Hazırda Trump-ın məmurları çiplərin dövriyyəsinə dair yeni qlobal qaydalar üzərində işləyirlər.
    Mənbə: Bloomberg
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OpenAI və Microsoft arasındakı əməkdaşlıq şərtlərinə yenidən baxılacaq
    openai-ve-microsoft-arasindaki-emekdasliq-sertlerine-yeniden-baxilacaq
    Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"
    sam-altman-chatgpt-axtaris-sistemi-movzusunda-google-u-evez-ede-bilmeyecek
    OpenAI "Stargate" layihəsi çərçivəsində süni zəkanı ABŞ-dan kənarda da inkişaf etdirəcək
    openai-stargate-layihesi-cercivesinde-suni-zekani-abs-dan-kenarda-da-inkisaf-etdirecek
    Elon Musk OpenAI-ya zərər yetirmək istəmədiyini sübut etməyə çalışır
    elon-musk-openai-ya-zerer-yetirmek-istemediyini-subut-etmeye-calisir
    OpenAI Microsoft-a ödənişlərini 2 dəfə azaldacaq
    openai-microsoft-a-odenislerini-2-defe-azaldacaq