main-post-cover

    Sam Altman: "ChatGPT axtarış sistemi mövzusunda Google-u əvəz edə bilməyəcək"

    Proqram Təminatı
    12.05.2025
    Emil Nəcəfov
         OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, artıq internet axtarışı üçün Google-dan istifadə etmir və üstünlüyü ChatGPT-yə verir. Lakin ABŞ Senatında keçirilən dinləmələr zamanı o, etiraf edib ki, süni zəka, istifadəçi davranışındakı dəyişikliklərə və süni zəka əsaslı axtarış sistemlərinin inkişafına baxmayaraq, Google-un əsas axtarış xidməti rolunu əvəz edə bilməyəcək. ABŞ Konqresində keçirilmiş dinləmələr zamanı Senatın ticarət, elm və nəqliyyat komitəsinin sədri senator Ted Cruz Altman-a belə bir sual ünvanlayıb: “ChatGPT Google-un əsas axtarış sistemi rolunu əvəz edəcəkmi və əgər belədirsə, bu nə vaxt baş verəcək?”. Bu sual Google-un Safari veb-brauzeri üzərindən aldığı axtarış trafikinin azalması ilə bağlı son hesabat fonunda səsləndirilib.
         Suala cavab verərkən Altman bildirib: “Çox güman ki, yox”. Onun sözlərinə görə, ChatGPT bəzi hallarda - məsələn, ideya yaratmaq və ya qısa məlumat almaq üçün - daha əlverişli vasitə ola bilər, lakin Google-u universal axtarış sistemi kimi əvəz edə bilməz. O, vurğulayıb ki, Google süni zəka sahəsində güclü komandaya, güclü infrastruktur və artıq süni zəka texnologiyalarını inteqrasiya etmiş sabit biznes modelinə sahib olan şiddətli rəqib olaraq qalır. Altman-ın çıxışından sonra OpenAI ChatGPT-dəki axtarış funksiyasına bütün istifadəçilər üçün açıq giriş təqdim edib. Əvvəlki şərtlərdən fərqli olaraq, yeni versiyada bu funksiyadan istifadə etmək üçün artıq aylıq 20$ dəyərində ödənişli abunə tələb olunmur. Hətta bundan sonra qeydiyyat da vacib deyil.
         Axtarış aləti tamamilə pulsuz olub və bu da onun auditoriyasını əhəmiyyətli dərəcədə genişləndirib. Ekspertlərin qeyd etdiklərinə görə, ChatGPT-nin axtarış sistemi və onun müvəqqəti prototipi olan SearchGPT, istifadəçilərin internetlə qarşılıqlı əlaqə qurma üsulunu dəyişir. Altman bu yanaşmanı “proqnozlaşdırıcı sistem” kimi xarakterizə edib, onun ənənəvi axtarışdan fərqləndiyini vurğulayıb və məlumat əldə etməyin yeni formatını təklif etdiyini bildirib. Eyni zamanda axtarış platforması olan You.com-un baş direktoru Richard Socher bildirib ki, Google-un internet axtarış sahəsindəki dominantlığı yaxın zamanda sona çata bilər. O bunu istifadəçilərin ChatGPT və You.com kimi xidmətlərdəki intellektual axtarış funksiyalarına artan marağı ilə əlaqələndirir. Bu xidmətlər internetlə qarşılıqlı əlaqə formasını dəyişir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Chrome istifadəçilərini süni zəka vasitəsilə qoruyacaq
    google-chrome-istifadecilerini-suni-zeka-vasitesile-qoruyacaq
    OpenAI "Stargate" layihəsi çərçivəsində süni zəkanı ABŞ-dan kənarda da inkişaf etdirəcək
    openai-stargate-layihesi-cercivesinde-suni-zekani-abs-dan-kenarda-da-inkisaf-etdirecek
    Elon Musk OpenAI-ya zərər yetirmək istəmədiyini sübut etməyə çalışır
    elon-musk-openai-ya-zerer-yetirmek-istemediyini-subut-etmeye-calisir
    OpenAI Microsoft-a ödənişlərini 2 dəfə azaldacaq
    openai-microsoft-a-odenislerini-2-defe-azaldacaq
    Android-də batareyanın vəziyyəti funksiyası məhdud sayda smartfonda istifadəyə veriləcək
    android-de-batareyanin-veziyyeti-funksiyasi-mehdud-sayda-smartfonda-istifadeye-verilecek