
OpenAI keçmiş Apple dizayn rəhbəri Jony Ive-ın io şirkətini alıb
Tech-Biznes
22.05.2025
Emil Nəcəfov
OpenAI keçmiş Apple dizayn rəhbəri Jony Ive tərəfindən təsis edilmiş io şirkətini alıb. Müqavilənin dəyəri 6.5 milyard dollar olaraq qiymətləndirilir və bu, OpenAI tarixindəki ən böyük alıntıdır. Razılaşma tam şəkildə səhmlərlə ödənilib. Təxminən 55 mütəxəssis - aparat təminatı, proqramlaşdırma və istehsalat üzrə ixtisaslaşmış şəxslər, o cümlədən şirkətin həmtəsisçiləri Scott Cannon, Evans Hankey və Tang Tan OpenAI-ya keçəcəklər. Joni Ive isə OpenAI-nin heyətində rəsmi şəkildə yer almayacaq. Onun müstəqil olaraq fəaliyyət göstərən LoveFrom adlı dizayn studiyası OpenAI-nin bütün məhsullarının, o cümlədən proqram interfeyslərinin dizaynı ilə məşğul olacaq. OpenAI tərkibindəki io startapı isə tamamilə yeni formatda süni zəka əsaslı cihazların hazırlanması üzərində işləyəcək.
Jony Ive və Sam Altman:

OpenAI rəhbəri Sam Altman bu barədə belə bildirib: "Süni zəka elə geniş imkanlara sahib inqilabi bir alətdir ki, onun üçün tamamilə yeni bir form-faktor tələb olunur". The Verge nəşrinin yazdığına görə, Jony Ive mövcud süni zəka cihazlarını, məsələn, Humane Pin və Rabbit R1 kimi məhsulları kəskin tənqid edərək onları “çox zəif məhsullar” adlandırıb və dizaynla funksionallıq baxımından yeni ideyaların çatışmazlığını vurğulayıb. Bunun əksinə olaraq, o, yeni layihənin tamamilə təxəyyülünü ələ keçirdiyini bildirib: "Hiss edirəm ki, son 30 ildə öyrəndiyim hər şey məni bu nöqtəyə gətirib". Hazırda hazırlanmaqda olan cihazla bağlı konkret məlumat verilməyib, lakin Bloomberg-in ehtimalına görə, Altman və Ive ilk iPhone səviyyəsində, lakin süni zəkanın aparıcı rol oynadığı yeni nəsil bir inqilaba imza atmaq niyyətindədirlər.

Onların ilk birgə cihazı 2026-cı ildə təqdim olunmalıdır. Eyni zamanda, OpenAI-nın baş direktoru Sam Altman vurğulayıb ki, bu yeni məhsul iPhone-nun “qatili” olmayacaq. "Smartfon noutbuku əvəz etmədi, bizim cihaz da smartfonu əvəz etməyəcək. Bu, tamamilə yeni bir şeydir" - deyə Altman qeyd edib. The Wall Street Journal-ın məlumatına əsasən, OpenAI və LoveFrom artıq 2 ildir müxtəlif konseptlər, o cümlədən qulaqlıqlar və kameralı cihazlar üzərində birgə işləyirlər. Altman bildirib ki, bu cihazlardan birinin prototipini artıq sınaqdan keçirib: "Jony mənə nümunələrdən birini verdi və mən onu evdə istifadə etdim. Düşünürəm ki, bu, dünyanın indiyə qədər görəcəyi ən təsiredici texnologiyadır".
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-də proqramlaşdırma üzrə Codex süni zəka agenti istifadəyə verilib (VİDEO)

ChatGPT-də proqramlaşdırma üzrə Codex süni zəka agenti istifadəyə verilib (VİDEO)
OpenAI proqramlaşdırmanın avtomatlaşdırılması üçün nəzərdə tutulmuş Codex adlı süni zəka agentini təqdim edib. Bu gündən etibarən Codex əlavə ödəniş olmadan ChatGPT Pro, Enterprise və Team abunəçiləri üçün əlçatandır.
Sam Altman, ChatGPT-nin bütün insan həyatını yadında saxlamasını istəyir

Sam Altman, ChatGPT-nin bütün insan həyatını yadında saxlamasını istəyir
OpenAI rəhbəri Sam Altman, ChatGPT-nin gələcəyini istifadəçinin bütün həyatını yadda saxlaya bilən şəxsi süni zəka köməkçisi kimi görür. İdeal halda bu, istifadəçi haqqında hərtərəfli məlumatları - yazışmaları, oxunmuş kitabları, izləmə tarixçəsini və digər məlumatları əhatə edən trilyon tokenlik kontekstə sahib kompakt bir model olacaq.
ChatGPT-də GPT-4.1 və 4.1 mini süni zəka modelləri istifadəyə verilib

ChatGPT-də GPT-4.1 və 4.1 mini süni zəka modelləri istifadəyə verilib
OpenAI şirkəti ChatGPT xidmətində GPT-4.1 və GPT-4.1 mini adlı yeni süni zəka modellərinin istifadəyə verildiyini elan edib. Bu barədə məlumat 14 may çərşənbə günü şirkətin X sosial şəbəkəsində yaydığı rəsmi açıqlamada bildirilib.
OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir

OpenAI BƏƏ-də məlumat emalı mərkəzinin inşasını nəzərdən keçirir
OpenAI şirkəti Birləşmiş Ərəb Əmirliklərində yeni məlumat emalı mərkəzinin tikilməsinin məqsədəuyğunluğunu nəzərdən keçirir. Bu addım şirkətin Yaxın Şərqdəki mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirə bilər.
OpenAI və Microsoft arasındakı əməkdaşlıq şərtlərinə yenidən baxılacaq

OpenAI və Microsoft arasındakı əməkdaşlıq şərtlərinə yenidən baxılacaq
OpenAI və Microsoft OpenAI-nin səhmlərinin birjalara yerləşdirilməsinə (IPO) hüquqi zəmin yaratmaq məqsədilə strateji tərəfdaşlıq şərtlərinə yenidən baxılması ilə bağlı danışıqlar aparır.
Həftənin xəbərləri

