main-post-cover

    OpenAI-nin bazar dəyəri 500 milyard dollara çatıb

    Tech-Biznes
    02.10.2025
    Emil Nəcəfov
         10 illik tarixə sahib bir şirkət üçün OpenAI kifayət qədər dinamik inkişaf edir və investorların ona inamlarının yeni sübutu kimi baş tutmuş 6.6 milyard dollarlıq ikincil səhm yerləşdirməsi göstərilə bilər. Bu əməliyyat şirkətin bazar dəyərinin 500 milyard dollar səviyyəsində qiymətləndirilməsinə imkan yaradıb. Bloomberg-in qeyd etdiyinə görə, sövdələşmə çərçivəsində OpenAI-in hazırkı və keçmiş əməkdaşları öz səhm paketlərini sata biliblər və ümumilikdə 6.6 milyard dollar dəyərində satış həyata keçirilib. İyul ayında Elon Musk tərəfindən təsis edilmiş aerokosmik şirkət SpaceX-in bazar dəyəri 400 milyard dollar səviyyəsində qiymətləndirilirdi.
         Beləliklə, mövcud səviyyədə OpenAI-in dünyanın ən bahalı startapı hesab olunması üçün bütün əsaslar mövcuddur. Halbuki mart ayında şirkətin kapitallaşması 300 milyard dolları aşmırdı. Bildirilir ki, OpenAI əməkdaşlarının səhm satışında alıcılar arasında müxtəlif institusional investorlar və həmçinin yapon korporasiyası SoftBank olub. Məhz bu şirkət startapla birlikdə ABŞ-da süni intellekt infrastrukturuna xidmət edəcək bir neçə iri data mərkəzin inşasını nəzərdə tutan 500 milyard dollarlıq “Stargate” layihəsində iştirak edir. Qeyd etmək lazımdır ki, ikincil səhm yerləşdirilməsinə hazırlıq zamanı OpenAI əməkdaşlarına 10 milyard dollara qədər qiymətli kağız satmağa icazə verilsə də, faktiki olaraq bu limit tam istifadə olunmayıb.
         Bu da göstərir ki, bəzi səhmdarlar qiymətlərin daha da artacağını gözləyərək səhmləri daha sərfəli qiymətə sonradan satmağı planlaşdırırlar. OpenAI üçün ikincil səhm yerləşdirilməsinin əlavə müsbət təsiri də olub. Bu, əməkdaşların şirkətdə qalmaq motivasiyasını artırıb, çünki onlar özlərinə məxsus səhmləri satmaqla əlavə gəlir əldə edə bilirlər. Süni intellekt sahəsi çəçrçivəsindəki əmək bazarında rəqabət kifayət qədər yüksəkdir və texnoqigantlar dəyərli mütəxəssisləri asanlıqla cəlb etmək üçün onlara səxavətli maddi stimullar təklif edirlər. Belə şəraitdə personalın loyallığının artırılması şirkət biznesi üçün xüsusi əhəmiyyət kəsb edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sam Altman süni intellekt üzərində idarənin təsadüfən itirilə biləcəyi barəsində xəbərdarlıq edib
    sam-altman-suni-intellekt-uzerinde-idarenin-tesadufen-itirile-bileceyi-baresinde-xeberdarliq-edib
    OpenAI süni intellekt əsaslı Sora 2 video generatorunu təqdim edib (VİDEO)
    openai-suni-intellekt-esasli-sora-2-video-generatorunu-teqdim-edib-video
    OpenAI 10 saniyəlik şaquli süni intellekt videoları üçün TikTok analoqunu istifadəyə verməyə hazırlaşır
    openai-10-saniyelik-saquli-suni-intellekt-videolari-ucun-tiktok-analoqunu-istifadeye-vermeye-hazirlasir
    OpenAI prezidenti: "Bütün insanlar üçün ümumilikdə 10 milyard süni intellekt sürətləndiricisi lazım olacaq"
    openai-prezidenti-butun-insanlar-ucun-umumilikde-10-milyard-suni-intellekt-suretlendiricisi-lazim-olacaq
    ChatGPT-yə onlayn alış-veriş imkanı inteqrasiya edilib
    chatgpt-ye-onlayn-alis-veris-imkani-inteqrasiya-edilib