
OpenAI prezidenti: "Bütün insanlar üçün ümumilikdə 10 milyard süni intellekt sürətləndiricisi lazım olacaq"
Elm & Texnologiya
30.09.2025
Emil Nəcəfov
Hazırda OpenAI yalnız maliyyə resurslarını cəlb etmək üçün deyil, həm də hesablama sürətləndiricilərinin təchizatçıları ilə müqavilələr bağlamaq üçün hər fürsətdən istifadə edir, bunlara NVIDIA da daxildir. Şirkətin prezidenti Greg Brockman əmindir ki, bəşəriyyətə 10 milyardadək hesablama sürətləndiricisi lazım olacaq və planetin hər bir sakininə sözün əsl mənasında ayrıca bir süni intellekt çipi xidmət göstərəcək. Öz fikirlərini OpenAI prezidenti CNBC-yə verdiyi müsahibəsində bölüşüb. Müsahibədə həmçinin şirkətin baş direktoru Sam Altman, eləcə də NVIDIA-nın rəhbəri və təsisçisi Jensen Huang iştirak ediblər. Altman-ın fikrincə, NVIDIA ilə əməkdaşlığın miqyası əhəmiyyətinə görə insanlıq üçün ötən əsrdə NASA-nın amerikalı astronavtları Aya çatdırma proqramından da vacib olacaq.

Altman insanlığın gələcəyini süni intellektlə yaradılmış və insanların gündəlik həyatına fəal təsir edən “superbeyin”in ayrılmaz iştirakı ilə görür. Brockman isə hesab edir ki, süni intellekt siz yatarkən belə qabaqlayıcı işləyən agent rolunu oynayacaq. Onun fikrincə, Yer üzündə işləyən hər bir insan öz vəzifə öhdəliklərini yerinə yetirərkən azı bir hesablama sürətləndiricisinin resurslarından istifadə edəcək. “Əslində siz istəyəcəksiniz ki, hər bir insanın özünəməxsus ayrıca GPU-su olsun” - deyə Brockman öz proqnozunu xarakterizə edib. Hazırda bu cür proqnoz qeyri-real görünə bilər, amma xatırlatmaq kifayətdir ki, ötən əsrin 90-cı illərinin əvvəlində Microsoft-un təsisçilərindən biri Bill Gates hər evdə deyil, həm də hər iş masasının üstündə mütləq kompüter olacağının qaçılmaz olduğunu vurğulamışdı.

Bir mənada onun proqnozu gerçəkləşdi, hətta klassik formada kompüterlərdən deyil, cibə yerləşən smartfonlardan söhbət getsə belə. Brockman hesab edir ki, hazırda süni intellekt sənayesi hesablama gücünə olan potensial tələbatdan 3 pillə geri qalır və daimi fəaliyyət göstərən qlobal süni intellekt sistemini yaratmaq üçün bəşəriyyətin 10 milyardadək hesablama sürətləndiricisinə ehtiyacı ola bilər. Əslində bu, Yer üzündə yaşayan insanların sayından (8.2 milyard nəfər) da çoxdur. Brockman-ın fikrincə, dünya elə bir mərhələyə doğru gedir ki, burada iqtisadiyyatın dayaq nöqtəsi hesablama gücü olacaq. Hazırda hesablama resursları çatışmır və gələcəkdə kifayət qədər güclü məlumat emalı mərkəzlərinin mövcudluğu bütöv ölkələrin iqtisadi gücünü müəyyənləşdirəcək. Bir mənada onlar iqtisadi inkişaf üçün resurs mənbəyi kimi valyutanı əvəz edəcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-yə onlayn alış-veriş imkanı inteqrasiya edilib

ChatGPT-yə onlayn alış-veriş imkanı inteqrasiya edilib
ABŞ bazarında OpenAI müəyyən ticarət platformalarının müştərilərinə ChatGPT-nin dialoq pəncərəsinə onlayn alış-veriş inteqrasiyası funksiyasını təklif edib ki, onlar lazım olan məhsulları çat-bot vasitəsilə tapa və elə oradaca ala bilsinlər.
Leonidas adlı mikrodalğalı sistem bir zərbə ilə 49 dronu sıradan çıxarıb (VİDEO)

Leonidas adlı mikrodalğalı sistem bir zərbə ilə 49 dronu sıradan çıxarıb (VİDEO)
ABŞ-ın radioelektron mübarizə vasitələri üzrə ixtisaslaşmış Epirus şirkəti İndiana ştatında keçirilmiş atış sınaqlarında özünün flaqman sistemi Leonidas-ı nümayiş etdirib. Bu mikrodalğalı silah pilotsuz uçuş aparatlarından (PUA) təşkil edilmiş sürülərə qarşı mübarizə aparmaq üçün elektromaqnit maneələri yaradır.
Havadan birbaşa CO2 qazının tutulması hələ də baha başa gələn bir prosesdir

Havadan birbaşa CO2 qazının tutulması hələ də baha başa gələn bir prosesdir
İnsanın fəaliyyəti atmosferə karbon qazı emissiyalarını artırır, bu isə ümumilikdə ekosistemə mənfi təsir göstərir, lakin alimlər bu tendensiyaya qarşı müxtəlif üsullar təklif edirlər.
ChatGPT-də valideyn nəzarəti imkanı istifadəyə verilib

ChatGPT-də valideyn nəzarəti imkanı istifadəyə verilib
OpenAI şirkəti Kaliforniyadan olan bir yeniyetmənin valideynlərinin iddiasından sonra ChatGPT-nin veb və mobil versiyalarında valideyn nəzarəti sisteminin tətbiqini elan edib.
ABŞ-ın gəmiqayırma zavodlarına insanabənzər robotların inteqrasiyası planlaşdırılır

ABŞ-ın gəmiqayırma zavodlarına insanabənzər robotların inteqrasiyası planlaşdırılır
ABŞ Gəmiçilik Bürosu (ABS) Hyustonun humanoid (insanabənzər) robotlar hazırlayan şirkəti Persona AI ilə əməkdaşlıq elan edib. Tərəfdaşlığın məqsədi - gəmiqayırma zavodlarında humanoid robotların tətbiqi və onların müxtəlif tapşırıqların icrasında istifadə olunmasıdır.
Həftənin xəbərləri

