
OpenAI sayəsində digər şirkətlərin də dəyərləri artıb
Tech-Biznes
08.10.2025
Emil Nəcəfov
OpenAI artıq dəfələrlə süni intellekt əsaslı məhsullarını inkişaf etdirən digər texnoloji şirkətlərlə əməkdaşlıq qabiliyyətini sübut edib. Bloomberg agentliyinin qeyd etdiyi kimi, OpenAI-nin kommersiya uğuru onun tərəfdaşlarına da müsbət təsir göstərir. Həftənin əvvəlində ChatGPT-nin yaradıcısı özünün illik tərtibatçılar konfransını keçirdi və tədbir zamanı digər ictimai şirkətlərin adlarının sadəcə bir dəfə çəkilməsi belə, onların səhmlərinin artmasına səbəb oldu. Ən diqqətçəkən nümunələr Figma (səhmlər +7.4%), HubSpot (+2.6%) və Salesforce (+2.3%) şirkətləri oldu. Turizm sektorunda fəaliyyət göstərən Expedia və TripAdvisor şirkətlərinin səhmləri də azı 7% bahalaşdı, lakin onlar bu artımı birjada saxlaya bilmədilər.

Oyuncaq istehsalçısı Mattel-in səhmləri təxminən 6% yüksəldi, amma ticarət gününün sonuna doğru bu artım da tamamilə geri çəkildi. Bu şirkətlərin əksəriyyəti ChatGPT-yə inteqrasiya olunacaq tətbiqlərin tərəfdaşı kimi təqdim edilib. Platformanın həftəlik auditoriyası artıq 800 milyon nəfərə çatıb. Daha ciddi əməkdaşlıq isə OpenAI ilə AMD arasında baş tutub - AMD-nin səhmləri 24% bahalaşıb, şirkətin bazar dəyəri isə 63 milyard dollar artıb. Analitiklər oxşar effekti daha əvvəl NVIDIA şirkətində də müşahidə etmişdilər: onun baş direktoru Jensen Huang GTC konfransında yeni tərəfdaşlardan bəhs etdikdə, həmin şirkətlərin səhmləri də yüksəlmişdi.

Bu, Synopsys, Cadence və Ansys kimi şirkətlərin qiymətli kağızlarında da baş verdi - onların hamısı öz məhsullarına süni intellekt funksiyalarını əlavə etmək üçün yeni Blackwell prosessor seriyasını istifadə etməyə hazır olduqlarını bildirmişdilər. Təxminən 500 milyard dollarlıq dəyərlə OpenAI bu yaxınlarda dünyanın ən böyük startapı statusunu qazanıb. Analitiklərin fikrincə, bu qədər böyük maliyyə göstəriciləri investorların həddindən artıq eyforiya içində olduğunu göstərə bilər. Süni intellekt boom-u getdikcə dotcom balonu ilə müqayisə olunur. Digər şirkətlərin səhmlərinə bu qədər güclü təsir göstəriləcəyini OpenAI-nin baş direktoru Sam Altman özü də gözləmirmiş: “Qəribə şeylər baş verməyə başlayıb. Biz bu yeni dünyaya necə uyğunlaşacağımızı anlamağa çalışırıq, amma bu, doğrudan da qəribədir” - deyə o, etiraf edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Keçmiş Apple baş dizayneri OpenAI üçün artıq 15-20 fərqli süni intellekt cihazını fikirləşib

Keçmiş Apple baş dizayneri OpenAI üçün artıq 15-20 fərqli süni intellekt cihazını fikirləşib
Bu ilin may ayına qədər artıq aydın olmuşdu ki, OpenAI təsir dairəsini yalnız proqram təminatı bazarı ilə məhdudlaşdırmaq niyyətində deyil və Apple şirkətinin keçmiş baş dizayneri Jony Ive tərəfindən yaradılmış startapı almaqla ağıllı cihazlar bazarına çıxmağı planlaşdırır.
OpenAI proqramlaşdırma üçün olan Codex süni intellekt agentini hamı üçün istifadəyə verib

OpenAI proqramlaşdırma üçün olan Codex süni intellekt agentini hamı üçün istifadəyə verib
Keçən ay OpenAI dinamik şəkildə tapşırıqlara vaxt ayıra bilən yenilənmiş süni intellekt agenti GPT-5-Codex-i təqdim etdi. Həmin vaxt o, ChatGPT Plus, Pro, Business, Edu və Enterprise abunəçiləri üçün əlçatan idi.
OpenAI süni intellekt agentlərinin dəqiqələr ərzində yaradılmasına imkan verən AgentKit alətini istifadəyə verib (VİDEO)

OpenAI süni intellekt agentlərinin dəqiqələr ərzində yaradılmasına imkan verən AgentKit alətini istifadəyə verib (VİDEO)
OpenAI şirkəti Dev Day adlı tədbirdə müxtəlif mürəkkəblik səviyyəli tapşırıqlar üçün süni intellekt agentlərinin hazırlanmasını və yerləşdirilməsini sadələşdirmək məqsədi daşıyan yeni alət - AgentKit-i təqdim edib.
ChatGPT birbaşa çatda Spotify, Canva, Figma və s. tətbiqləri işə salmağı öyrənib (VİDEO)

ChatGPT birbaşa çatda Spotify, Canva, Figma və s. tətbiqləri işə salmağı öyrənib (VİDEO)
OpenAI şirkəti illik DevDay 2025 tədbirində ChatGPT daxilində üçüncü tərəf tətbiqlərini yaratmaq və onlarla qarşılıqlı əlaqə qurmaq üçün yeni üsul təqdim edib. Bazar ertəsindən etibarən çat-bot istifadəçiləri Booking.com, Expedia, Spotify, Figma, Coursera, Zillow və Canva kimi şirkətlərin tətbiqlərinə birbaşa daxil ola biləcəklər.
ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 800 milyona çatıb

ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 800 milyona çatıb
OpenAI şirkətinin baş direktoru Sam Altman bildirib ki, ChatGPT-nin həftəlik aktiv istifadəçilərinin sayı 800 milyona çatıb. Bu göstərici süni intellekt əsaslı çat-botun dünya üzrə istifadəçilər, proqramçılar və şirkətlər arasında məşhurluğunun artmaqda davam etdiyini göstərir.
Həftənin xəbərləri

