
Süni intellekt mütəxəssisləri kütləvi şəkildə Apple şirkətini tərk edirlər
Tech-Biznes
07.08.2025
Emil Nəcəfov
Apple süni intellekt sahəsində ixtisaslaşmış mütəxəssislərin kütləvi axını ilə üzləşir. İlin əvvəlindən bəri şirkətdən təxminən 10 nəfər ayrılıb, onların arasında aparıcı mütəxəssislər və tədqiqatçılar da var. Bu şəxslər OpenAI, xAI, Meta və Cohere kimi təşkilatlara keçirlər. Məlumata əsasən, Apple artıq süni intellekt bazarında mövqelərini itirməkdən ciddi şəkildə narahatdır. Şirkətdən ayrılanlar arasında əsas model mühəndisləri Brandon McKinzie və Dian Ang Yap da var - onlar OpenAI-yə keçiblər. Əsas modellər üzrə bölmənin rəhbəri Ruoming Pang isə Meta-ya keçib - hazırda Mark Zuckerberg 100 milyon dollarlıq bonusla aparıcı mütəxəssisləri aktiv şəkildə cəlb edir.

Kanadanın süni intellekt startapı Cohere isə Apple-ın machine learning sahəsində baş tədqiqatçısı olan Liutong Zhou-nu cəlb edib. Apple-ın son aylarda üzləşdiyi digər böyük itkilər arasında Mark Lee, Tom Gunter, Bowen Zhang və Shuang Ma da var - onların hamısı Meta şirkətinə keçiblər. Ruoming Pang-ın rəhbərlik etdiyi bölmədən britaniyalı tədqiqatçı Floris Weers isə adı açıqlanmayan bir startapa keçib. Mənbələrə görə, Apple üçün ən ağrılı itki məhz Ruoming Pang-ın gedişidir. “Ruoming Pang-ın gedişi çox ciddi hadisədir. Hazırda bizim müştəri olan bir çox şirkət açıq şəkildə belə deyir: ‘Apple-a baxın, orada ov mövsümü başlayıb’” - deyə Razoroo şirkətinin süni intellekt üzrə işə götürmə direktoru Aaron Sines bildirib.

Bu hadisələrin fonunda Apple-ın rəhbəri Tim Cook əməkdaşlarla görüş keçirib və süni intellektə yatırılan investisiyaların artırılacağını vəd edib. Görüşdə şirkətin süni intellekt sahəsində “qalib gəlməsinin” vacibliyi müzakirə olunub. Lakin Apple-ın keçmiş yüksək vəzifəli menecerlərindən biri bu barədə belə şərh verib: “Tim bunu ona görə edir ki, anlayır - əlverişli anı əldən verir”. Son vaxtlar Apple Intelligence paketinə daxil edilməli olan Siri-nin yeni versiyasının istifadəyə verilməsi ciddi şəkildə gecikir. Bu gecikmələr artıq kadr dəyişikliklərinə səbəb olub: layihəyə cavabdehlik 2018-ci ildə Apple-ın Google-dan transfer etdiyi John Giannandrea-dan alınıb və Vision Pro layihəsinə cavabdeh olan Mike Rockwell-ə həvalə edilib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Google gecikdirilən yenilənmiş Siri mövzusunda Apple şirkətini trollayıb

Google gecikdirilən yenilənmiş Siri mövzusunda Apple şirkətini trollayıb
Google Pixel 10-un təqdimatına təxminən 2 həftə qalıb. Bu hadisə ərəfəsində İT nəhəngi “Google Pixel 10 | Soon” adlı tizer video yayımlayıb və bu videoda, digər məqamlarla yanaşı, Apple da istehza ilə tənqid olunub.
Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər

Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər
Heyvani qorxu şirkətləri idarə edir, onları öz süni intellektlərini inkişaf etdirmək üçün 10 milyardlarla dollar xərcləməyə vadar edir. Bu texnoloji silahlanma yarışı artıq hərəkətə keçmiş bir qatara minməyə çalışmanın parlaq nümunəsidir.
Apple özünün ChatGPT analoqu üzərində çalışır

Apple özünün ChatGPT analoqu üzərində çalışır
Apple yeni Answers, Knowledge and Information adlı bölməsi üçün 10-dan çox vakansiya elan edib. Bu bölmə Siri və Safari-nin təkmilləşdirilməsi ilə məşğul olacaq.
Tim Cook Apple şirkətinə rəhbərlik müddətinə görə Steve Jobs-un rekordunu qırıb

Tim Cook Apple şirkətinə rəhbərlik müddətinə görə Steve Jobs-un rekordunu qırıb
Tim Cook artıq 5093 gündür ki, Apple şirkətinin baş icraçı direktoru vəzifəsini tutur - bu, Steve Jobs-dan daha uzun müddətdir. Steve Jobs isə ümumilikdə 5090 gün bu vəzifədə çalışmışdı.
Apple 3 milyardıncı iPhone-nunu satıb

Apple 3 milyardıncı iPhone-nunu satıb
Apple əlamətdar bir mərhələyə çatdığını qeyd edib: 2007-ci ildə ilk iPhone təqdim olunduqdan bəri şirkət ümumilikdə 3 milyard smartfon satıb.v
Həftənin xəbərləri

