The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəmyə verib
Tech-Biznes
28.12.2023
Emil Nəcəfov
The New York Times qəzeti OpenAI ilə Microsoft-u məhkəməyə verib. Səbəb isə sözügedən şirkətlərin öz çat-botlarının və digər süni zəka sistemlərinin təlimatlandırılmalarında qəzetin çoxlu sayda materiallarından istifadə etmiş olmalarıdır. Qəzet tərəfindən qaldırılmış məhkəmə iddiasında qəzetə yetirilmiş miyardlarla dollar zərərdən söz açılıb. Bu səbəbdən də The New York Times təzminat tələb edir.
Bununla yanaşı qəzet bu şirkətlərdən qəzetin materialları əsasında təlimatlandırılmış süni zəka modellərinin məhv edilməsini tələb edir. The New York Times hesab edir ki, OpenAI ilə Microsoft-un öz süni zəka sistemlərinin təlimatlandırılmalarında qəzetin materiallarından istifadə etmələri qəzet üçün böyük rəqabət yaradır. Nəticədə qəzetin trafiki, reklam gəlirləri və abunəçilərinin sayı azalır. OpenAI ilə Microsoft bu məsələyə hələ heç bir fikir bildirməyiblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft Copilot-un Android tətbiqini istifadəyə verib.
Microsoft Copilot-un Android tətbiqini istifadəyə verib.
Microsoft şirkəti özünün süni zəka əsaslı Copilot çat-botunun Android tətbiqini istifadəyə verib.
Windows 11-ə çoxdan gözlənilən yenilik əlavə edilib
Windows 11-ə çoxdan gözlənilən yenilik əlavə edilib
Microsoft şirkəti Windows 11 istifadəçilərinin çoxdan gözlədikləri yeniliyi sonunda reallaşdırıb.
ChatGPT istifadəçiləri OpenAI məhsullarında daha çox nələri istəyirlər?
ChatGPT istifadəçiləri OpenAI məhsullarında daha çox nələri istəyirlər?
OpenAI şirkətinin CEO-su Sam Altman ChatGPT istifadəçilərinin süni zəkadan daha çox nələri gözlədiklərinin siyahısını təqdim edib.
OpenAI şirkətinin bazar dəyəri 100 milyard dollara yüksələ bilər
OpenAI şirkətinin bazar dəyəri 100 milyard dollara yüksələ bilər
OpenAI şirkəti yeni maliyyələşdirmə raundunun keçirilməsi istiqamətində danışıqlar aparır.
Microsoft Windows 11-i dəstəkləyən prosessorların siyahısını genişləndirib
Microsoft Windows 11-i dəstəkləyən prosessorların siyahısını genişləndirib
Microsoft şirkəti Windows 11 əməliyyat sistemini dəstəkləyən prosessorların siyahısını genişləndirib. Şirkət sözügedən siyahıya 42 prosessor modelini əlavə edib.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!