TikTok ABŞ hökumətini məhkəməyə verib
Tech-Biznes
08.05.2024
Farid Pardashunas
Bloomberg saytının vermiş olduğu məlumata əsasən TikTok ABŞ hökumətini məhkəməyə verib. Bu, ByteDance şirkətini TikTok-u satmağa məcbur etmək üçün nəzərdə tutulmuş yeni qanun layihəsi ilə bağlıdır. TikTok məhkəmə vasitəsilə sözügedən qanun layihəsinin ləğv edilməsinə çalışacaq. Dünyanın ən məşhur sosial platformalarından biri olan TikTok-un sözlərinə əsasən ABŞ hökuməti tərəfindən qəbul edilmiş və prezident Joe Biden tərəfindən imzalanmış bu yeni qanun layihəsi söz azadlığını pozur və o, ölkə istisadiyyatına zərər vura bilər.
TikTok-un bəyanatında qeyd edilib ki, bu qanun layihəsi kontent yaradıcılarına və TikTok-u öz biznesinin inkişafı və gəlir mənbəyi üçün istifadə edən sahibkarlara da zərər yetirə bilər. Qeyd etmək lazımdır ki, TikTok-un amerikalı istifadəçilərin konfidensial məlumatlarının qorunması mövzusunda reallaşdırmış olduğu tədbirlərə baxmayaraq ABŞ Konqresinin TikTok ilə bağlı narahatlığı aradan qalxmayıb. TikTok öz məhkəmə iddiasında bildirib ki, bu, tarixdə ilk haldır ki, ABŞ Konqresi bütün dünya üzrə 1 milyard istifadəçi kütləsinə sahib məşhur tətbiqi qadağan etmək niyyətindədir. Servisin fikrincə bu qanun söz azadlığının təmin olunmasına zəmanət verən ABŞ Konstitusiyasını pozur.
Qeyd etmək lazımdır ki, Joe Biden tərəfindən imzalanmış qanun layihəsinə əsasən ByteDance şirkəti 270 gün ərzində TikTok-u satmalıdır. Əks halda sözügedən servis ABŞ ərazisində tamamilə bloklanacaq. TikTok-un bəyanatına əsasən bu, 170 milyon amerikalı TikTok istifadəçisinin əlindən söz azadlığı hüququnun alınması deməkdir. Məhkəmə öz növbəsində TikTok-un bu iddialarının nə dərəcədə əsaslandırılmış olduqlarını və qanun layihəsinin söz azadlığı və ABŞ-ın digər konstitusiya normalarına zidd olub-olmadığını təyin etməlidir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
TikTok-un ABŞ-da bloklanması qlobal internetin parçalanma prosesini sürətləndirə bilər
TikTok-un ABŞ-da bloklanması qlobal internetin parçalanma prosesini sürətləndirə bilər
Dünya güclərinin qarşıdurmaları fonunda mütəxəssislər qlobal internetin parçalanmasına və ayrı-ayrı ölkələrin rəqəmsal izolyasiyasına dair narahatedici tendensiyanı müşahidə edirlər.
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
TikTok əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar
ABŞ hökumətinin TikTok-a qarşı olan təzyiqinin fonunda bu məşhur sosial platformanın əməkdaşları ABŞ dövlət sərhədində ciddi yoxlanışa məruz qalıblar.
TikTok Avropada da bloklana bilər
TikTok Avropada da bloklana bilər
Keçən həftə ABŞ prezidenti Joe Biden öz ölkəsinin ərazisində TikTok-un bloklanmasına dair qanun layihəsini imzaladı.
TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
TikTok-un Türkiyədə qadağan edilməsinə dair qanun layihəsi hazırlanır
Dünyanın ən məşhur sosial platformalarından biri olan TikTok Türkiyədə qadağan edilə bilər.
ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
ByteDance şirkəti TikTok-u amerikalılara satmaq niyyətində deyil
Dünən məlum oldu ki, ABŞ prezidenti Joe Biden, TikTok-un ABŞ ərazisində bloklanmasına istiqamətlənmiş qanun layihəsinin sənədini imzalayıb.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Red Magic 10 Pro və Red Magic 10 Pro+ təqdim edilib - QİYMƏTİ