
TikTok yüzlərlə moderatoru süni intellekt ilə əvəz edəcək
Tech-Biznes
25.08.2025
Emil Nəcəfov
TikTok-un London bölməsi məzmunun moderasiyası və təhlükəsizliyi ilə məşğul olan yüzlərlə əməkdaşını işdən çıxarmağa hazırlaşır. Bu, elə bir vaxta təsadüf edir ki, Böyük Britaniyada beynəlxalq texnologiya şirkətlərindən təhlükəli materialların yayılmasının qarşısını almağı tələb edən “Onlayn təhlükəsizlik haqqında qanun” qüvvəyə minir. Şirkət açıqlamasında bildirib ki, məzmunun moderasiyası üzrə fəaliyyətinin qlobal yenidən təşkili çərçivəsində kollektiv məsləhətləşmələr prosesinə başlayır. TikTok-un etimad və təhlükəsizlik şöbəsindəki bir neçə yüz iş yeri Böyük Britaniyada, həmçinin Cənubi və Cənub-Şərqi Asiyada ixtisar olunacaq, çünki şirkət nümayəndəsinin sözlərinə görə, “böyük dil modellərinin təkmilləşdirilməsi kimi texnoloji nailiyyətlər onların yanaşmasını dəyişir. Bu addım Böyük Britaniyanın “Onlayn təhlükəsizlik haqqında qanun”unun əsas müddəalarının qüvvəyə minməsindən cəmi bir neçə həftə sonra atılıb.

Həmin qanun şirkətləri potensial təhlükəli məzmuna giriş əldə etməyə çalışan istifadəçilərin yaşını yoxlamağa məcbur edir. Yeni tələblərə uyğun olaraq təhlükəli və qanunsuz materialları operativ şəkildə silməyən şirkətlər ya 18 milyon funt-sterlinqədək, ya da qlobal dövriyyələrinin 10%-i həcmində cərimə edilə bilərlər - hansı məbləğ daha çoxdursa, o tətbiq olunacaq. Keçən ay TikTok zərərli məzmunun 18 yaşdan kiçiklərə təsirini məhdudlaşdırmaq üçün son tələblərə uyğun olaraq yeni “yaş nəzarəti” qaydalarını tətbiq etdi. Digər sosial şəbəkələr kimi, TikTok da istifadəçinin yaşını sayt istifadəsi tarixçəsinə və ünsiyyət dairəsinə əsaslanaraq müəyyən etmək üçün machine learning texnologiyalarından istifadə etməyi planlaşdırır. Lakin bu süni intellekt əsaslı sistemlər hələ tənzimləyici qurum tərəfindən təsdiqlənməyib.

TikTok-un əməkdaşları işdən azad etmək qərarı şirkətin Avropadakı fəaliyyətini optimallaşdırmaq üçün Çin texnologiya qrupunun daha genişmiqyaslı səyləri fonunda qəbul edilib. Şirkət ayrı-ayrı bazarlarda moderator qruplarını ixtisar etməyə və ya bağlamağa, bu funksiyaları isə Dublin və Lissabon kimi regional mərkəzlərdə cəmləşdirməyə xüsusi diqqət yetirir. Bu ay TikTok-un Berlin şəhərindəki etimad və təhlükəsizlik komandası bağlanıb. Şirkət nümayəndəsi bildirib: “Biz ötən il başladığımız yenidən təşkili davam etdiririk ki, etimad və təhlükəsizlik üzrə qlobal əməliyyat modelimizi gücləndirək. Bu model fəaliyyətimizi dünyada daha az sayda məkanlarda cəmləşdirməyi nəzərdə tutur ki, şirkət üçün kritik əhəmiyyət kəsb edən bu funksiyanın inkişafını texnoloji nailiyyətlərdən istifadə etməklə maksimal effektivlik və sürətlə təmin edək”.
Milli rabitə işçiləri həmkarlar ittifaqının təşkilatçısı John Chadfield əmindir ki, şirkət sadəcə olaraq fəaliyyətini daha ucuz işçi qüvvəsinə malik yurisdiksiyalara köçürməyi planlaşdırır. O bildirib: “Onlara insan moderatorlar lazım deyil, məqsədləri bütün bunları süni intellektə həvalə etməkdir. Süni intellekt onların ağıllı və qabaqcıl olduqları təəssüratını yaradır, amma əslində sadəcə ölkədən kənara çıxarmaq niyyətindədirlər”. TikTok-dakı ixtisarlar şirkətin Böyük Britaniya və Avropadakı gəlirlərinin artmağa davam etdiyi bir vaxtda baş verir. Şirkətin gəlirləri 2024-cü ildə illik hesablamada 38% artaraq 6.3 milyard dollara çatıb, vergidən əvvəlki zərərləri isə 2023-cü ildəki 1.4 milyard dollardan ötən il 485 milyon dollara enib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Smartfon istifadəçiləri mobil trafikin istifadəsində yeni rekordlar qırırlar

Smartfon istifadəçiləri mobil trafikin istifadəsində yeni rekordlar qırırlar
Müasir smartfon istifadəçiləri mobil trafik istehlakı baxımından yeni rekordlar müəyyən edirlər. TRG Datacenters tərəfindən aparılmış son araşdırmaya görə, orta hesabla bir mobil cihaz sahibi ayda 11 GB-dan çox məlumat istifadə edir ki, bu da cəmi 2 il əvvəlki göstəricilərlə müqayisədə 40% artım deməkdir.
TikTok-da faktların yoxlanılması sistemi istifadəyə verilib

TikTok-da faktların yoxlanılması sistemi istifadəyə verilib
TikTok-da faktların yoxlanılması üçün TikTok Footnotes adlı yeni funksiya istifadəyə verilib. Bu funksiya sosial şəbəkə X-dəki Community Notes sisteminə bənzəyir.
ABŞ TikTok-dan tövsiyə alqoritmlərini tələb edir

ABŞ TikTok-dan tövsiyə alqoritmlərini tələb edir
ABŞ-ın hazırkı prezidenti Donald Trump yanvar ayında vəzifəyə başlamazdan əvvəl Çin sosial şəbəkəsi TikTok-un ABŞ yurisdiksiyasında fəaliyyətinə qoyulan qadağanı təxirə salmalı oldu, lakin daha sonra bu qərarı 2 dəfə uzatdı.
TikTok-un sahibi ByteDance öz AR cihazını hazırlamağı planlaşdırır

TikTok-un sahibi ByteDance öz AR cihazını hazırlamağı planlaşdırır
Texnoloji nailiyyətlərin artırılmış və virtual reallıq sahəsində mütləq uğur qazanacağına fanatik inam təkcə Meta-nın təsisçisi Mark Zuckerberg-ə xas deyil.
TikTok artıq ABŞ-dakı biznesinin restrukturizasiyasına start verib

TikTok artıq ABŞ-dakı biznesinin restrukturizasiyasına start verib
Bu həftə yayılmış TikTok-un ABŞ üçün ayrıca iki tətbiq yaratmaq niyyəti ilə bağlı şayiələr qismən təkzib edilib. Ən azı Çin mənbələri bildiriblər ki, ABŞ tərəfi ilə razılaşma hələ əldə olunmayıb və bu tətbiqlərin yaradılması cəhdləri hələ ilkin mərhələdədir.
Həftənin xəbərləri

