
Trump ABŞ-ın İT nəhənglərini Avropa dövlətlərinə qarşı sanksiyalar vasitəsilə dəstəkləməyi planlaşdırır
Tech-Biznes
26.08.2025
Emil Nəcəfov
ABŞ prezidenti Donald Trump-ın administrasiyası Avropa Birliyinə daxil olan ölkələrə və ya rəsmilərə qarşı bölgədə qüvvədə olan “Rəqəmsal Xidmətlər Qanunu”na (Digital Services Act, DSA) əməl etdiklərinə görə sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir. Fikirlər var ki, bu sənəd amerikalı vətəndaşlara senzura tətbiq edir və ABŞ texnologiya şirkətlərinə əlavə xərclər yükləyir. Bu misilsiz addım Trump-ın Avropanın konservativ baxış bucağını boğmaq cəhdi kimi qəbul etdiyi hallara qarşı mübarizəsini gücləndirəcək. Dövlət Departamenti rəhbərliyi hələ ki, çox güman ki, viza məhdudiyyətləri formasında olacaq sanksiyaların tətbiqi barədə qərar verməyib. Amerikalı rəsmilər ötən həftə bu məsələ ilə bağlı bir neçə müşavirə keçiriblər, lakin hələ də Avropalı həmkarlarından kimə qarşı sanksiya tətbiq ediləcəyini söyləmək mümkün deyil.

Əvvəlki gün Trump rəqəmsal vergilərin tətbiq olunduğu ölkələri hədələyərək bildirib ki, əgər bu vergilər ləğv edilməsə, onların mallarına əlavə rüsumlar tətbiq olunacaq. ABŞ şirkətləri tez-tez fəaliyyət göstərdikləri ölkələrin qanunvericiliyindən şikayətlənirlər - bəzən hətta fəaliyyətə ədalətsiz məhdudiyyətlər qoymaqda ittiham edirlər, lakin rəsmilərə qarşı sanksiyaların tətbiqi çox nadir hallarda baş verir. Trump administrasiyası ilə Avropa Birliyi rəhbərliyi arasındakı münasibətlər artıq gərginləşib - ABŞ tərəfinin gömrük rüsumları tətbiq etmək hədələri, bu mövzuda gərgin danışıqlar, həmçinin avropalı məmurların ABŞ texnologiya şirkətlərinə yönəlmiş tənqidlərindən sonra. Əvvəllər Trump administrasiyası Avropadakı amerikalı diplomatlara “Rəqəmsal Xidmətlər Qanunu”nun dəyişdirilməsi və ya ləğvinə yönəlmiş lobbiçilik kampaniyası aparmağı tapşırmışdı.

Bu qanun onlayn mühitin təhlükəsizliyini artırmaq məqsədi daşıyır - xüsusilə, texnologiya nəhənglərinin nifrət çıxışları və uşaqlara qarşı zorakılıq materialları kimi qanunsuz kontentlə mübarizədə daha fəal tədbirlər görmələrini tələb edir. Vaşinqton isə bu sənəddə qanunsuz kontentlə mübarizə bəhanəsi altında fikir ifadə azadlığının məhdudlaşdırılmasını görür. May ayında ABŞ dövlət katibi Marco Rubio amerikalıların fikirlərinə senzura tətbiq edənlərə viza verilməsindən imtina ediləcəyi ilə hədələmiş və bu tədbirin ABŞ şirkətlərinin fəaliyyətini tənzimləyən rəsmilərə də şamil oluna biləcəyini istisna etməmişdi. Avqustun əvvəlində isə o, amerikalı diplomatlara Avropa hakimiyyət orqanları ilə mütəmadi olaraq təmasda olmağı tapşırdı ki, Vaşinqtonun DSA və ABŞ texnologiya şirkətləri üçün maliyyə nəticələri ilə bağlı narahatlıqlarını onlara çatdırsınlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Donald Trump TikTok-un ABŞ-da qadağasını dördüncü dəfə təxirə salmağa hazırdır

Donald Trump TikTok-un ABŞ-da qadağasını dördüncü dəfə təxirə salmağa hazırdır
Hələ bu ilin yanvarında keçirilmiş andiçmədən əvvəl Donald Trump ABŞ-da Çin sosial şəbəkəsi TikTok-un taleyini həll etməli olmuşdu, çünki onun fəaliyyəti əvvəlki prezident Joe Biden-in fərmanı ilə qadağan edilmişdi.
Avropa Birliyində istifadəçi çatlarının skan qanunu yenidən təklif edilib

Avropa Birliyində istifadəçi çatlarının skan qanunu yenidən təklif edilib
Avropa Birliyində sədrliyə başlayan Danimarka ilk addım olaraq “Chat Control” adlı qanun layihəsini yenidən təqdim edib. Ölkənin baş naziri Mette Frederiksen oktyabrın ortalarınadək bu qanunun qəbul olunması üçün bütün imkanları səfərbər etmək niyyətindədir.
Donald Trump ABŞ İT nəhənglərinin milyonlarla dollar dəyərində səhmlərinə sahibdir

Donald Trump ABŞ İT nəhənglərinin milyonlarla dollar dəyərində səhmlərinə sahibdir
ABŞ qanunları ölkə prezidentindən dövlət xidməti ilə əlaqəsi olmayan gəlir mənbələri barədə məlumat açıqlamasını tələb edir. Bu səbəbdən, Donald Trump-ın ABŞ texnologiya sektoruna aid şirkətlərdə milyonlarla dollar dəyərində iri səhmlərə sahib olması barədə məlumat ictimaiyyətə açıqlanıb.
Apple hələlik sakit ola bilər: Trump Çin məhsullarına gömrük rüsumlarının tətbiqini 90 günlük təxirə salıb

Apple hələlik sakit ola bilər: Trump Çin məhsullarına gömrük rüsumlarının tətbiqini 90 günlük təxirə salıb
ABŞ prezidenti Donald Trump dəfələrlə vurğulayıb ki, Apple şirkəti daha çox məhsulu öz ölkəsində istehsal etməlidir. Cavab olaraq isə o, adətən, elektronika yığımı istisna olmaqla, müxtəlif fəaliyyət sahələrinə investisiyaların artırılmasına hazır olduqları barədə vədlər eşidib.
Trump-ın sosial şəbəkəsində süni intellekt əsaslı axtarış istifadəyə verilib

Trump-ın sosial şəbəkəsində süni intellekt əsaslı axtarış istifadəyə verilib
Donald Trump-a məxsus Truth Social sosial şəbəkəsi yeni süni intellekt əsaslı axtarış funksiyasını - Truth Search AI-ni istifadəyə verib. Bu alət startap Perplexity tərəfindən hazırlanıb və artıq Trump-ın sosial şəbəkəsinin veb versiyasında əlçatandır, yaxın vaxtlarda isə iOS və Android tətbiqlərində açıq sınaq mərhələsinə çıxarılması gözlənilir.
Həftənin xəbərləri

