
xAI keçmiş əməkdaşını şirkətin gizli texnologiyalarını OpenAI üçün oğurlamaqda günahlandırır
Tech-Biznes
01.09.2025
Emil Nəcəfov
Elon Musk-ın süni intellekt sahəsində fəaliyyət göstərən xAI şirkəti, keçmiş əməkdaşın Grok adlı çat-botla bağlı kommersiya sirrinə aid məlumatları oğurlayaraq rəqib şirkət OpenAI-ə ötürməsi iddiası ilə məhkəməyə müraciət edib. xAI iddianı keçən həftənin cümə axşamı Kaliforniya federal məhkəməsinə təqdim edib. Sənəddə qeyd olunur ki, Xuechen Li adlı keçmiş əməkdaş avqust ayının əvvəlində ChatGPT-nin təklif etdiklərindən üstün funksiyalara malik qabaqcıl süni intellekt texnologiyaları ilə bağlı konfidensial məlumatları oğurlayıb və həmin gizli məlumatlardan OpenAI-dəki yeni işində istifadə etmək niyyətində olub.

Dəqiqləşdirilmiş məlumata görə, OpenAI bu işdə cavabdeh deyil. İddiada göstərilir ki, Xuechen Li ötən il xAI şirkətində mühəndis kimi işləməyə başlayıb. Onun vəzifə dairəsinə Grok-un təlimi və hazırlanmasında iştirak daxil olub. xAI iddia edir ki, Li iyul ayında OpenAI-dən iş təklifi qəbul etdikdən və xAI-dakı səhmlərini 7 milyon dollara satdıqdan sonra şirkətin kommersiya sirlərinə çıxış əldə edib. İddiada qeyd olunur ki, bu məlumatlar OpenAI-yə ChatGPT məhsulunu gücləndirməyə, ona daha innovativ süni intellekt və xAI-a məxsus orijinal funksiyalar əlavə etməyə kömək edə bilər.

İddiada həmçinin qeyd olunur ki, Li 14 avqust tarixində keçirilmiş görüş zamanı şirkətə məxsus faylları oğurladığını və izləri itirməyə cəhd etdiyini etiraf edib, daha sonra isə onun cihazlarında gizlədiyi əlavə oğurlanmış materiallar aşkar edilib. xAI iddiasında göstərilməmiş məbləğdə pul kompensasiyasının ödənilməsini, həmçinin Li-nin OpenAI-də işləməsinə məhkəmə qadağası qoyulmasını tələb edir. Bu iddia Musk ilə OpenAI arasındakı münasibətləri daha da gərginləşdirib. Keçən il o, şirkətə və onun baş direktoru Sam Altman-a qarşı guya qeyri-kommersiya məqsədi ilə işləməkdən imtina etdiklərinə görə məhkəməyə müraciət etmişdi. Aprel ayında isə OpenAI Musk-a qarşı qarşılıqlı iddia qaldıraraq onu təqibdə ittiham edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
OpenAI səsli köməkçilər üçün nəzərdə tutulmuş GPT-Realtime adlı süni intellekt modelini təqdim edib

OpenAI səsli köməkçilər üçün nəzərdə tutulmuş GPT-Realtime adlı süni intellekt modelini təqdim edib
OpenAI GPT-Realtime adlı ən qabaqcıl modelinin buraxılışını elan edib. Bu model “speech-to-speech” prinsipi ilə işləyir. Tərtibatçılar onu səsli köməkçilər və avtomatlaşdırılmış çağrı mərkəzləri üçün real istehsalatda tətbiqə hazır alət kimi təqdim edirlər.
OpenAI istifadəçilərin ChatGPT-dəki təhlükəli mesajlarını polisə ötürəcək

OpenAI istifadəçilərin ChatGPT-dəki təhlükəli mesajlarını polisə ötürəcək
OpenAI elan edib ki, ChatGPT istifadəçilərinin mesajları təhdid və zorakılıq əlamətləri baxımından yoxlanılır. Risk təsdiqləndiyi halda şirkət məlumatları polisə ötürəcək.
OpenAI Microsoft ilə danışıqlar səbəbilə milyardlarla dollar investisiyalardan məhrum ola bilər
OpenAI Microsoft ilə danışıqlar səbəbilə milyardlarla dollar investisiyalardan məhrum ola bilər
Microsoft şirkəti OpenAI-nin ən böyük investoru olaraq qalır, lakin təşkilati struktur və qarşılıqlı əməkdaşlıq şərtlərinin bəzi məqamları şirkətin inkişafı üçün əlavə vəsait cəlb etmək imkanlarını məhdudlaşdırır.
ChatGPT 16 yaşlı yeniyetmənin intiharında günahlandırılır

ChatGPT 16 yaşlı yeniyetmənin intiharında günahlandırılır
OpenAI rəhbərliyi ChatGPT-nin həssas xarakterli vəziyyətlərdə işləyərkən yaranan nasazlıqların aradan qaldırılması planları barədə ətraflı məlumat verib. Şirkət bu məsələyə o zaman diqqət ayırdı ki, bir yeniyetmənin intiharından sonra ailəsi şirkətə qarşı məhkəmə iddiası qaldırdı.
Böyük Britaniyada vətəndaşlar ChatGPT-nin ödənişli versiyası ilə təmin oluna bilərlər

Böyük Britaniyada vətəndaşlar ChatGPT-nin ödənişli versiyası ilə təmin oluna bilərlər
OpenAI rəhbəri Sam Altman Böyük Britaniyanın texnologiyalar naziri Peter Kyle ilə bütün ölkəyə ChatGPT-nin ödənişli versiyasına çıxış imkanı verə biləcək mümkün çoxmilyardlıq müqavilə barədə danışıqlar aparıb.
Həftənin xəbərləri

