main-post-cover

    1 ili 8 saata bərabər olan maraqlı bir planet: Dəmiri buxarlaşdıracaq qədər isti səthə sahibdir!

    Elm & Texnologiya
    03.12.2024
    Farid Pardashunas

         "GJ 367 b" adlanan kiçik və eyni zamanda olduqca isti bir planetdə 1 il cəmi 8 saatdan ibarətdir. Üstəlik, onun maraqlı xüsusiyyətləri bununla bitmir.

         Marsdan bir qədər böyük olsa da, kifayət qədər sıx olan GJ 367 b, Dünyanın yarısı qədər kütləyə malikdir. Lakin onun strukturunun əsasən dəmirdən ibarət olduğu düşünülür. Ən təəccüblü məqam isə planetin inanılmaz istiliyidir. Ulduzuna təhlükəli dərəcədə yaxın olduğu üçün onun səthində temperatur 1500 dərəcəyə qədər qalxa bilir. Bu isə metalların əriyəcəyi, hətta bəzi elementlərin buxarlaşacağı bir cəhənnəm mühiti deməkdir. Belə bir temperaturda atmosferin uzun müddət davam gətirməsi demək olar ki, mümkün deyil. Əgər həyat üçün yararlı bir yer axtarırsınızsa, bu planet şübhəsiz ki, siyahınızda olmamalıdır.
         GJ 367 b, ulduzu ətrafında orbitini cəmi 8 saata tamamlayır. Bu qədər yaxın olduğu üçün ulduzdan çox güclü radiasiya qəbul edir. Planet, Mars ilə Dünya arasındakı bir ölçüyə sahibdir - diametri təxminən 9 200 kilometrdir. Kütləsi isə Dünyanın təxminən 55%-i qədərdir. Bu qədər kiçik olmasına baxmayaraq, olduqca yüksək sıxlığa malikdir. Çəkisinin böyük hissəsinin dəmir nüvəsindən ibarət olduğu güman edilir.
         Alimlər, GJ 367 b kimi ultra qısa dövrlü planetlərin necə formalaşdığını anlamağa çalışırlar. Planetin dəmir baxımından zəngin strukturu, onun əvvəlcə daha böyük olduğunu və atmosferini itirdiyini göstərir. NASA-nın Transiting Exoplanet Survey Peyki (TESS) uzaq ulduzların işığında kiçik dəyişikliklər qeydə alıb. Bu titrəmələr, bir planetin ulduzunun qarşısından keçdiyinə işarə idi. Məhz GJ 367 b də bu şəkildə aşkar edilib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA, Uran peyklərinin incələnməsi missiyasını hazırlayır
    nasa-uran-peyklerinin-incelenmesi-missiyasini-hazirlayir
    NASA buzlaqlar arasında gizli bir döyüş bazası aşkar edib!
    nasa-buzlaqlar-arasinda-gizli-bir-doyus-bazasi-askar-edib
    James Webb Teleskopu Sombrero qalaktikasının inanılmaz görüntüsünü əldə edib!
    james-webb-teleskopu-sombrero-qalaktikasinin-inanilmaz-goruntusunu-elde-edib
    4.45 milyard illik bir asteroid Marsın keçmişdə yaşamaq üçün əlverişli olduğunu göstərir!
    445-milyard-illik-bir-asteroid-marsin-kecmisde-yasamaq-ucun-elverisli-oldugunu-gosterir
    Yeni araşdırmalara görə, kosmosdakı kosmonavtların idrak qabiliyyətləri getdikcə zəifləməyə başlayır!
    yeni-arasdirmalara-gore-kosmosdaki-kosmonavtlarin-idrak-qabiliyyeti-getdikce-zeiflemeye-baslayir