main-post-cover

    “3 Bədən Problemi” reallığa çevrilir: Kosmosda 3 ulduzlu sistem kəşf edilib!

    Elm & Texnologiya
    07.10.2024
    Farid Pardashunas

         Netflix-in "3 Bədən Problemi" serialındakı sistem kimi 3 ulduzdan ibarət bir sistem kəşf edilib. NASA-nın məlumatına görə, ulduzların təxminən milyonlarla il sonra birləşərək partlayacağı gözlənilir.

         Beynəlxalq bir araşdırma qrupu kainatın ən mürəkkəb və nadir göy cisimlərindən birini kəşf edib: Üçlü ulduz sistemi. "TIC 290061484" adlandırılan bu sistem, bir-birinə kilidlənmiş 3 ulduzun mürəkkəb orbit hərəkətləri ilə xaotik həyatını davam etdirir. Bu ulduzların təxminən 20 milyon il ərzində birləşərək supernova partlayışına səbəb olacağı gözlənilir. Bu sistem, NASA-nın TESS (Transiting Exoplanet Survey Satellite) tərəfindən aparılan müşahidələr sayəsində aşkar edilib. Bu ulduz sistemi, hər 1.8 gündə bir-birinin ətrafında fırlanan cüt ulduzdan və bu cütlüyü yalnız 25 gündə bir dövr edən üçüncü bir ulduzdan ibarətdir. Bu quruluş, 1956-cı ildə kəşf edilən və üçüncü ulduzun daxili cüt ulduzları 33 gündə dövr etdiyi sistemin rekordunu geridə qoyub.
         Sistemin düz müstəvi quruluşu sayəsində ulduzlar hər orbitdə bir-birinin önündən keçir və bu keçidlər zamanı daha uzaqda olan ulduzun işığı qismən bloklanır. Bu "kosmik flaşlar" sayəsində astronomlar ulduzların bir-birilə olan mövqelərini və strukturlarını analiz etmək imkanı tapırlar. Bu kəşf, təkcə yüksək texnologiyalı teleskopların deyil, həm də süni intellektin və vətəndaş elmi adlanan elmi bir hərəkatın nəticəsidir. TESS teleskopunun topladığı nəhəng miqdardakı ulduz işığı məlumatları maşın öyrənmə alqoritmləri vasitəsilə təhlil edilib. Təhlillər zamanı bu qeyri-adi sistemin daha bir bənzərsiz xüsusiyyəti aşkar edilib. Ulduzların orbitləri bir-birinə o qədər yaxındır ki, 3 ulduzun hamısı Merkuri ilə Günəş arasındakı məsafədən daha dar bir ərazidə yerləşir.
         Verilən məlumata görə, 3 ulduzlu sistem hələlik kütlə cazibə tarazsızlığı yaratmır, ancaq bu sistemdə heç bir planet də yoxdur. Mütəxəssislər ulduzların birgə formalaşdığını və bu prosesin planetlərin yaranmasını əngəllədiyini iddia edirlər. Lakin bu sistemin gələcəyi olduqca dramatikdir. Daxili ulduzların qocalması ilə onlar genişlənəcək və nəticədə birləşərək supernova partlayışına səbəb olacaq. Bu partlayışın təxminən 20 ilə 40 milyon il sonra baş verəcəyi düşünülür.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!
    nasa-supernovanin-3-ferqli-anini-tek-kadrda-paylasib
    Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
    yuzlerle-kilometr-uzaqdan-nuve-silahlarini-askar-ede-bilen-detektor-hazirlanib
    80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
    80000-ilde-bir-gorulen-komet-beynelxalq-kosmik-stansiyadan-goruntulenib-video
    Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
    cin-insanli-ay-seyaheti-ucun-yeni-skafandrini-teqdim-edib
    Günəşə ən yaxın olan ulduzun ətrafında yeni bir planet kəşf edilib!
    gunese-en-yaxin-olan-ulduzun-etrafinda-yeni-bir-planet-kesf-edilib