main-post-cover

    NASA, Supernovanın 3 fərqli anını tək kadrda paylaşıb!

    Elm & Texnologiya
    04.10.2024
    Farid Pardashunas

         James Webb Kosmik Teleskopu 3.6 milyard işıq ili uzaqlıqdakı inanılmaz bir hadisəni görüntüləyib. Supernovanın 3 fərqli anı tək bir kadrda əks olunub.

         Bildirilənlərə görə, James Webb Kosmik Teleskopundan gələn yeni görüntü, yüksək ulduz yaranma dərəcəsi və supernova partlayışları ilə xarakterizə olunan PLCK G165.7+67.0 (qısaca G165) qalaktika qrupundan alınıb. Aşağıdakı müşahidə olunan görüntüdə bir işıq izi və 3 parlaq nöqtə var. Bu nöqtələr partlayan bir ağ cırtdan ulduzu təmsil edir. Bu prosesdə partlayışın işığı önündəki qalaktikalar səbəbindən qravitasiya linzası kimi əyilərək bir neçə görüntü yaradır. Araşdırma qrupunda yer alan Dr. Brenda Frye, bu vəziyyəti bir aynada eyni şəxsin fərqli bucaqlardan görülən görüntülərinə bənzədir. Bu da teleskopun erkən, orta və son partlayış mərhələlərini eyni anda qeydə almasına imkan yaradıb.
         NASA-nın bu yeni kəşfi, həm də indiyə qədər müşahidə olunan ən uzaq Tip Ia supernova kimi önə çıxır və kainatın genişlənmə sürətini göstərən Hubble sabiti haqqında məlumat verə bilər. Hubble sabiti qısaca kainatın nə qədər sürətlə genişləndiyini göstərən bir rəqəm kimi izah edilə bilər. Alimlər bu dəyəri hələ dəqiq müəyyən edə bilməyiblər. Lakin yeni supernova görüntüsü, bu dəyərin daha dəqiq hesablanmasına kömək edə bilər. Frye, astronomların kainatın genişlənmə sürətini daha yaxşı anlamaqda işıq tutduğu üçün bu supernovaya "SN H0pe" adını verdiklərini söyləyir.
         Əvvəllər Chicago Universitetindən bir qrup, Hubble sabitini 72 olaraq hesablamışdı. Digər tədqiqatçılar isə bu dəyəri 69.8 ilə 74 arasında tapmışdılar. James Webb qrupu isə bu dəyəri bir qədər daha yüksək, 75.4 olaraq ölçüb. Ancaq əldə olunan nəticələr daha çox müşahidə tələb edir və gələcək tədqiqatlar bu mövzuda daha dəqiq nəticələr verə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yüzlərlə kilometr uzaqdan nüvə silahlarını aşkar edə bilən detektor hazırlanıb!
    yuzlerle-kilometr-uzaqdan-nuve-silahlarini-askar-ede-bilen-detektor-hazirlanib
    80.000 ildən bir görülən komet, Beynəlxalq Kosmik Stansiyadan görüntülənib! (VİDEO)
    80000-ilde-bir-gorulen-komet-beynelxalq-kosmik-stansiyadan-goruntulenib-video
    Çin insanlı Ay səyahəti üçün yeni skafandrını təqdim edib!
    cin-insanli-ay-seyaheti-ucun-yeni-skafandrini-teqdim-edib
    Günəşə ən yaxın olan ulduzun ətrafında yeni bir planet kəşf edilib!
    gunese-en-yaxin-olan-ulduzun-etrafinda-yeni-bir-planet-kesf-edilib
    Öz qolundan ayrılaraq müstəqil şəkildə hərəkət edə bilən robot əl hazırlanıb! (VİDEO)
    oz-qolundan-ayrilaraq-musteqil-sekilde-hereket-ede-bilen-robot-el-hazirlanib