
ABŞ-da dünyanın ilk termonüvə elektrik stansiyasının inşasına start verilib
Elm & Texnologiya
01.08.2025
Emil Nəcəfov
ABŞ-ın Helion Energy startapı Birləşmiş Ştatlarda ilk termonüvə elektrik stansiyasının yaradılmasına gətirib çıxaracaq tikinti işlərinə başlayıb. Təxminən 5 il sonra istifadəyə veriləcək bu obyektin demək olar ki, bütün elektrik enerjisi artıq Microsoft tərəfindən Vaşinqton ştatındakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün alınıb. Hazırda şirkət hələ reaktorun sınaq mərhələsini tam başa vurmayıb və obyektin istismarı üçün tam lisenziya əldə etməyib. Buna baxmayaraq, layihə ümumi dəstək qazanıb və reallaşdırılmağa başlanılıb. “Bu gün təkcə Helion üçün deyil, bütün termonüvə sənayesi üçün mühüm gündür, çünki biz enerji müstəqilliyi və sənaye modernizasiyası sahəsində yeni bir dövrün əsasını qoyuruq” - deyə Helion-un həmtəsisçisi və baş direktoru David Kirtley bildirib.

Şirkətin təşəbbüsləri OpenAI-nin rəhbəri Sam Altman və SoftBank şirkətinin vençur bölməsi də daxil olmaqla bir sıra iri investorlar tərəfindən dəstəklənir. Helion-un termonüvə reaktoru ənənəvi tokamaklardan fərqlənir. İki işçi kameralı konstruksiyası ilə o, daha çox qantelə bənzəyir. Maraqlı təkliflərdən biri də reaktorun yaratdığı enerjinin çıxarılması üsuludur. Bu proses bir növ naqilsiz şəkildə - elektromaqnit induksiya metodu ilə həyata keçiriləcək, bu da smartfonların naqilsiz şarj texnologiyasına bənzəyir. Kameralarda hərəkət edən plazma öz elektromaqnit sahəsi ilə xarici sarğılarla qarşılıqlı təsirə girəcək və həmin sarğılarda elektrik cərəyanı induksiya olunacaq.

Termonüvə reaksiyasından enerjinin çıxarılması üçün başqa heç bir üsuldan istifadə olunmayacaq ki, bu da işçi kameralarda daha stabil proseslər vəd edir. Əsas diqqət, bu arada, reaktorda termonüvə elektrik stansiyaları üçün yanacaq kimi istifadə edilə biləcək helium-3-ün sintezinə yönəldiləcək. Elektrik enerjisinin istehsalı isə bu qurğunun əlavə faydalı funksiyası olacaq. Helion şirkəti 2024-cü ilin oktyabrında reaktorunun növbəti prototipi üzərində sınaqları tamamlayıb. Bu prototipdə plazma temperaturu 100 milyon dərəcə Selsiyə çatdırılıb - bu, öz-özünü davam etdirə bilən termonüvə reaksiyasının baş verməsi üçün tələb olunan minimum həddir. Şirkət əmindir ki, 2028-ci ildə elektrik stansiyası istifadəyə verildiyi vaxtadək bütün zəruri milli tənzimləyici icazələr əldə ediləcək və reaktor saat kimi işləyəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hətta kvant kompüterinin sındıra bilməyəcəyi səsvermə sistemi hazırlanıb

Hətta kvant kompüterinin sındıra bilməyəcəyi səsvermə sistemi hazırlanıb
Bəzi ölkələrdə artıq onlayn səsverməyə imkan verən rəqəmsal seçkilər tətbiq olunub. Lakin yaxın 10-15 il ərzində kvant kompüterləri mövcud şifrələmə metodlarını sındıra biləcəkləri üçün belə sistemlərin təhlükəsizliyinə ciddi təhdid yarana bilər.
Çində insanabənzər sənaye robotu təqdim edilib

Çində insanabənzər sənaye robotu təqdim edilib
Çin şirkəti Shanghai Electric özünün ilk sənaye humanoid (insanabənzər) robotu olan SUYUAN-ı təqdim edib. Bu robot 167 sm boyunda, 50 kq çəkidə olan kompakt bir köməkçidir.
Türkiyə nüvə silahından 1 səviyyə aşağı olan aviasiya bombası hazırlayıb (VİDEO)

Türkiyə nüvə silahından 1 səviyyə aşağı olan aviasiya bombası hazırlayıb (VİDEO)
Türkiyə Milli Müdafiə Nazirliyinin Elmi-Tədqiqat və Təcrübə-Konstruktor Şöbəsi ölkəyə bu günə qədərki ən güclü adi aviasiya bombasını təqdim edib.
Pentaqon dronlar və avtopilot sistemləri üçün beynin görmə sistemini sifariş edib

Pentaqon dronlar və avtopilot sistemləri üçün beynin görmə sistemini sifariş edib
ABŞ ordusunun sifarişi ilə mühəndis və proqramçılar beynin görmə sistemini elektronikada təkrarlamaq niyyətindədirlər ki, bu da avtonom sistemlərin idarəsi üçün yeni süni intellekt alətlərinin yaradılmasına xidmət edəcək.
Avstraliya öz ilk kosmik raketinin uçuşunu həyata keçirib (VİDEO)

Avstraliya öz ilk kosmik raketinin uçuşunu həyata keçirib (VİDEO)
2025-ci il iyulun 30-da Avstraliyada hazırlanmış və istehsal olunmuş ilk raketdaşıyıcı - Gilmour Space şirkətinin Eris raketi ilk buraxılışını həyata keçirdi.
Həftənin xəbərləri

