
Pentaqon dronlar və avtopilot sistemləri üçün beynin görmə sistemini sifariş edib
Elm & Texnologiya
30.07.2025
Emil Nəcəfov
ABŞ ordusunun sifarişi ilə mühəndis və proqramçılar beynin görmə sistemini elektronikada təkrarlamaq niyyətindədirlər ki, bu da avtonom sistemlərin idarəsi üçün yeni süni intellekt alətlərinin yaradılmasına xidmət edəcək. Rəqəmsal platformalar və neyron şəbəkələr avtopilot sahəsində aşağı enerji səmərəliliyi göstərib, buna görə də alimlər bu kimi məsələlərin həlli üçün analoq elektronika və yeni proqramlaşdırma alətləri hazırlamağı planlaşdırırlar. Layihənin hazırlanması üçün müqaviləni Roçester Universiteti əldə edib. Razılaşma Gələcək Müdafiə Araşdırmaları Agentliyi (DARPA) ilə bağlanıb və dəyəri 7.2 milyon dollar təşkil edir. Bu məbləğ növbəti 4.5 il ərzində ödəniləcək. Layihə çərçivəsində tədqiqatçılar, insan beyninin bioloji prinsiplərinə əsaslanan yanaşma olan prediktiv kodlaşdırmanın (öncədən təxminə əsaslanan kodlaşdırma) həyata keçirilməsi üçün yeni element bazası və proqram təminatı yaratmalıdırlar.

Prediktiv kodlaşdırma şəbəkələri (predictive coding networks) - machine learning və neyroelm sahəsində məlumatların əvvəlcədən proqnozlaşdırılması konsepsiyasına əsaslanan modellərdir. Bu nəzəriyyəyə görə, beyin (və ya model) daim daxil olan sensor siqnallar barədə proqnozlar formalaşdırır və gözlənilən məlumatla faktiki məlumatı müqayisə edərək proqnoz səhvini minimuma endirməyə çalışır. Süni neyron şəbəkələri kontekstində bu cür modellər adətən computer vision və təbii dilin işlənməsi məsələlərində istifadə olunur. Müqaviləyə əsasən, nəticə olaraq analoq sistemin statik rəqəmsal şəkilləri tanıya bilməsi hədəflənir. Əgər tədqiqatçılar mövcud rəqəmsal həllərlə müqayisə edilə bilən performansa nail ola bilsələr, bu texnologiya daha mürəkkəb qavrayış vəzifələrində - xüsusilə pilotsuz avtomobillər və avtonom dronlarda - istifadə oluna bilər.

“Neyrobioloqların araşdırmaları göstərdi ki, müasir neyron şəbəkələrinin əsasını təşkil edən səhvin geriyə yayılması mexanizmi bioloji baxımdan real deyil - beynimizin qavrama sistemləri fərqli işləyir. Bu problemi həll etmək üçün özümüzə sual verdik: beyin bunu necə edir? Ən üstün nəzəriyyə kimi prediktiv kodlaşdırma qəbul olunub. Bu yanaşma iyerarxik proqnozlaşdırma və düzəliş prosesini nəzərdə tutur. Təsəvvür edin ki, eşitdiyinizi təkrar ifadə edirsiniz, bunu danışana bildirirsiniz və onun cavabını öz anlayışınızı dəqiqləşdirmək üçün əks əlaqə kimi istifadə edirsiniz” - deyə Roçester Universitetinin professoru Michael Huang izah edib. Qeyd etmək vacibdir ki, bu yanaşmanın yeniliyinə baxmayaraq, sistem illərlə sınaqdan çıxmış yarımkeçirici istehsal texnologiyalarına əsaslanacaq. Xüsusilə, tamamlayıcı metal-oksid-yarımkeçirici (CMOS) kimi mövcud texnoloji proseslərin istifadəsi planlaşdırılır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avstraliya öz ilk kosmik raketinin uçuşunu həyata keçirib (VİDEO)

Avstraliya öz ilk kosmik raketinin uçuşunu həyata keçirib (VİDEO)
2025-ci il iyulun 30-da Avstraliyada hazırlanmış və istehsal olunmuş ilk raketdaşıyıcı - Gilmour Space şirkətinin Eris raketi ilk buraxılışını həyata keçirdi.
Qarışıq reallıq üçün hazırlanmış ən qabaqcıl holoqrafik eynək prototipi təqdim edilib

Qarışıq reallıq üçün hazırlanmış ən qabaqcıl holoqrafik eynək prototipi təqdim edilib
Stenford Universitetinin alimləri bu günə qədər qarışıq reallıq üçün hazırlanmış ən qabaqcıl holoqrafik eynəyi təqdim ediblər. Bu eynək müasir AR (artırılmış reallıq) qurğularından əsaslı şəkildə fərqlənərək kompakt və yüngüldür.
Səudiyyə Ərəbistanı dünyanın ən böyük hidrogen istehsalı zavodunu inşa edəcək

Səudiyyə Ərəbistanı dünyanın ən böyük hidrogen istehsalı zavodunu inşa edəcək
Səudiyyə Ərəbistanı Qırmızı dəniz sahilində yerləşən Yanbu sənaye mərkəzində dünyanın ən böyük ekoloji təmiz hidrogen istehsalı zavodlarından birini tikməyi planlaşdırdığını bəyan edib. Bu layihə, artıq inşası davam edən və gücü 2.2 GVt olan Neom kompleksindən təxminən 2 dəfə böyük olacaq.
Neuralink çipini əldə etmiş ilk qadın fikir gücü vasitəsilə öz adını yaza bilib

Neuralink çipini əldə etmiş ilk qadın fikir gücü vasitəsilə öz adını yaza bilib
ABŞ vətəndaşı olan bir qadın 16 yaşında hərəkət qabiliyyətini itirmişdi. 20 il keçdikdən sonra o yenidən öz adını yaza bilib. Bu, beynin siqnallarını birbaşa oxuyan Neuralink neyrointerfeysi sayəsində mümkün olub
Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq

Starship insanları Aya çatdırmış Saturn V-dən 3 dəfə güclü olacaq
Elon Musk bildirib ki, SpaceX şirkəti Starship layihəsi üzrə iki əsas məqsədə - raketin yuxarı pilləsinin geri qaytarılması və orbitdə yanacaq doldurma sisteminin qurulması - ən tez gələn il nail olmağı planlaşdırır.
Həftənin xəbərləri

