main-post-cover

    ABŞ-da külək və günəş enerjisi ilk dəfə kömür enerjisini geridə qoyub

    Elm & Texnologiya
    13.03.2025
    Emil Nəcəfov
         Keçən il ABŞ-da külək və günəş enerjisi ilk dəfə olaraq kömürdən daha çox elektrik enerjisi istehsal edib. Bu barədə Ember analitik mərkəzinin hesabatında qeyd olunub. Kömür enerjisi istehsalı tarixi minimuma enərək ölkə üzrə cəmi 15%-i təşkil edib. Günəş və külək enerjisinin ümumi payı isə 17%-ə çatıb. Donald Trump-ın prezidentliyi dövründə ABŞ federal hökuməti təmiz enerjidən uzaqlaşmağa başlamışdı, lakin keçən il qəbul edilmiş təşəbbüslərin Ağ Evin mövqeyinə baxmayaraq inkişaf tempini qoruyub saxlaya biləcəyi istisna edilmir. 2024-cü ildə günəş enerjisi ABŞ-da ən sürətlə inkişaf edən elektrik mənbəyinə çevrildi. Yeni əlavə olunan ümumi enerji gücünün 81%-i günəş enerjisinin payına düşüb.
         Kommunal xidmətlər sektorunda günəş enerjisinin gücü rekord səviyyədə - 31 giqavat artıb. Müqayisə üçün: 1 giqavat güc təxminən 1.9 milyon günəş panelinə bərabərdir. 2020-ci ildə günəş enerjisi tarixi minimum xərclərə çatdı və dünyanın əksər bölgələrində ən ucuz elektrik enerjisi mənbəyi oldu. Bu sektorun təchizat zənciri hələ də əsasən Çində cəmləşsə də, ötən il ABŞ-da günəş panelləri istehsal gücü 190% artıb. ABŞ-da günəş enerjisi və panel istehsalında ən böyük artımı Texas nümayiş etdirib. Bu, ənənəvi olaraq neft-qaz sənayesinin mərkəzi olan ştat üçün mühüm dəyişiklikdir.
         Külək enerjisi daha mülayim artım göstərsə də, hələ də günəş enerjisindən iki dəfə çox enerji istehsal edir və ABŞ-ın enerji balansında təxminən 10%-lik paya sahibdir. Ümumiyyətlə, külək enerjisi kömür və qazdan daha ucuz enerji mənbəyi hesab olunur. Son 14 il ərzində enerji səmərəliliyinin artması səbəbindən elektrik enerjisinə olan tələbat sabit qalsa da, son bir ildə 3% artaraq 20-ci əsrdə ən böyük beşinci sıçrayışını edib. Elektrik enerjisi mənbələrinin genişləndirilməsinə marağın artmasına süni zəka üçün yüksək enerji sərf edən məlumat mərkəzləri, kriptomayninq və elektromobillər səbəb olub. Artan tələbat nəticəsində ötən il qaz elektrik stansiyalarının istehsalı 3.3% artıb.
         Kömür enerjisi 2007-ci ildə zirvə nöqtəsinə çatsa da, sonradan yerini hidravlik çatlatma üsulu ilə hasil edilən təbii qaza verib. Qaz enerjisinin karbon emissiyası kömürə nisbətən daha az olsa da, iqlim dəyişikliyinə təsir edən əsas çirkləndirici mənbələrdən biri olaraq qalır. Ekspertlərə görə, 2040-cı ilə qədər ABŞ-da əlavə olaraq 900 giqavat bərpa olunan enerji mənbələri və batareya gücü quraşdırılmalıdır. Bundan əlavə, 100 giqavatlıq yeni qaz enerjisi istehsalı planlaşdırılsa da, bu, iqlim böhranı ilə mübarizəyə kömək etməyəcək. Hazırda ABŞ-ın enerji balansının təxminən 60%-i hələ də fosil yanacaq mənbələrindən asılıdır. Lakin bu balans sürətlə dəyişir. 2018-ci ildə kömür enerjisi günəş və külək enerjisinin birlikdə istehsal etdiyindən üç dəfə çox idi.
    Mənbə: The Verge
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ABŞ öz regionunda külək və günəş enerjisinin inkişafı dayandırıb
    abs-federal-torpaqlarinda-ve-su-hovzelerinde-kulek-ve-gunes-enerjisinin-inkisafi-dayandirib
    Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən böyük günəş elektrostansiyası inşa ediləcək
    birlesmis-ereb-emirliklerinde-dunyanin-en-boyuk-gunes-elektrostansiyasi-insa-edilecek
    Alimlər qaranlıqda belə elektrik enerjisi istehsal edə bilən günəş paneli hazırlayıblar!
    alimler-qaranliqda-bele-elektrik-enerjisi-istehsal-ede-bilen-gunes-paneli-hazirlayiblar
    Dünyanın ilk ikiüzlü “günəş pəncərəsi” hazırlanıb!
    dunyanin-ilk-ikiuzlu-gunes-penceresi-hazirlanib
    Avstraliyada dünyanın ən böyük günəş elektrostansiyası inşa ediləcək
    avstraliyada-dunyanin-en-boyuk-gunes-elektrostansiyasi-insa-edilecek