
ABŞ-da poladdan daha üstün supertaxta material hazırlanıb
Elm & Texnologiya
19.05.2025
Emil Nəcəfov
ABŞ alimləri “supertaxta” adlandırılan və bir sıra xüsusiyyətlərinə görə poladdan üstün olan təbii material hazırlayıb və onu istehsal mərhələsinə qədər çatdırıblar. Bu materialdan Elon Musk-ın sevdiyi polad kosmik gəmilərini hazırlamaq, yəqin ki, mümkün deyil, lakin tikinti sahəsində bu yüksək möhkəmliyə malik taxta ənənəvi polad və betonu əvəz edə bilər. Yeni ekoloji cəhətdən təmiz material ABŞ-ın Merilend Universitetində yaradılıb. Bu layihə üzərindəki iş əsasən 2018-ci ildə başa çatıb və patentlə qorunub. Universitet laboratoriyalarında hazırlanmış supertaxta ilkin materialdan 12 dəfə möhkəm, 10 dəfə sərt olub.
Möhkəmlik və çəki nisbətinə görə isə poladdan 10 dəfə üstün çıxıb. Təkmilləşdirilmiş taxtanın istehsal texnologiyası InventWood şirkəti tərəfindən lisenziyalaşdırılıb və bu şirkət yeni tikinti məhsullarının buraxılması üçün ABŞ-ın bir ştatında zavod inşa edib. İlk mərhələdə bu, üzlük materialı kimi istifadə olunacaq, lakin istehsalçılar gələcəkdə supertaxtanın ümumilikdə tikinti sahəsində geniş tətbiqinə ümid edirlər. Təkmilləşdirilmiş taxtanın istehsalında ekoloji cəhətdən təmiz materiallardan, o cümlədən sirr saxlanılan bir qida əlavəsindən istifadə olunur. Bu maddə ilə taxta hopdurulur, sonra isə sıxılmaya məruz qalır.

Bu proses materialdakı hidrogen rabitələrini gücləndirir. Nəticədə, sellülozanın təbii lifləri möhkəmlənir və material daha davamlı, yanmaya qarşı dayanıqlı və çürüməyə qarşı müqavimətli olur. Təkmilləşdirilmiş taxtanın bazara tədarükünə 2025-ci ilin sonunadək başlanacağı gözlənilir. ABŞ-da bu yeni materialın yayılması ilə, görünür ki, tərəfdaşlıq müqaviləsi imzalanmış Intectural şirkəti məşğul olacaq. Hazırda polad və beton istehsalı zamanı atmosferə xüsusilə çox parnik qazları buraxılır. Əgər supertaxta tikinti sahəsində ən azından bir hissə ənənəvi materialları əvəz edə bilsə, bu artıq özü-özlüyündə böyük bir uğur sayılacaq.
Mənbə: Techspot
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Hər bir insan il ərzində 11.2 kq elektron tullantı generasiya edir

Hər bir insan il ərzində 11.2 kq elektron tullantı generasiya edir
IDC-nin EMEA regionunda cihazlar üzrə vitse-prezidenti Francisco Jeronimo, TEDxLisboa konfransında çıxışı zamanı bildirib ki, 2022-ci ildə elektron tullantıların həcmi 62 milyon tona çatıb və bu, adambaşına ildə orta hesabla 11.2 kq təşkil edir.
Çinli tələbə dünyanın ən sürətli dronunu hazırlayıb

Çinli tələbə dünyanın ən sürətli dronunu hazırlayıb
Çinli tələbə Xu Yang Ginnesin Rekordlar Kitabı üçün 250 qramadək kütləyə malik dronla sürət üzrə yeni dünya rekordu müəyyən edib.
Ən sakit sualtı gəmiləri təyin edəcək süni zəka və dron hazırlanıb

Ən sakit sualtı gəmiləri təyin edəcək süni zəka və dron hazırlanıb
Almaniyanın Helsing şirkəti donanmanın və dəniz infrastrukturunun düşmən sualtı qayıqlarından qorunması üçün iki məhsul təqdim edib.
SpaceX GPS-in Starlink əsaslı alternativini təklif edib

SpaceX GPS-in Starlink əsaslı alternativini təklif edib
SpaceX şirkəti ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) müraciət edərək, Starlink peyklərindən ənənəvi GPS sisteminə alternativ kimi istifadə edilməsini təklif edib. Bu barədə 2025-ci il 8 may tarixində tənzimləyici orqana göndərilmiş məktubda məlumat verilib.
Avstraliya kosmik sahəyə daxil olmağa hazırlaşır

Avstraliya kosmik sahəyə daxil olmağa hazırlaşır
16 may Avstraliyanın Kosmonavtika Günü ola bilər. Özünün ilk uçuşuna hazır olan Gilmour Eris daşıyıcı raketi Avstraliyanın özəl Gilmour Space şirkəti tərəfindən hazırlanıb.
Həftənin xəbərləri

