
SpaceX GPS-in Starlink əsaslı alternativini təklif edib
Elm & Texnologiya
15.05.2025
Emil Nəcəfov
SpaceX şirkəti ABŞ-ın Federal Rabitə Komissiyasına (FCC) müraciət edərək, Starlink peyklərindən ənənəvi GPS sisteminə alternativ kimi istifadə edilməsini təklif edib. Bu barədə 2025-ci il 8 may tarixində tənzimləyici orqana göndərilmiş məktubda məlumat verilib. Məktub, pozisiya təyini, naviqasiya və vaxtın sinxronizasiyası (PNT) sistemləri üçün perspektivli həllərin müzakirəsi çərçivəsində təqdim olunub. SpaceX-in məlumatına görə, şirkət artıq PNT texnologiyasını Starlink xidmətinə inteqrasiya üzərində işləyir. Bu xidmət aşağı Yer orbitində yerləşən peyk qruplaşması vasitəsilə genişzolaqlı internet və mobil rabitə təqdim edir.

Mobil şəbəkə dəstəyinə malik Starlink xidmətinin işə salınması 2025-ci ilin iyul ayında, mobil operator T-Mobile ilə birgə planlaşdırılır. SpaceX şirkəti FCC-yə ünvanladığı məktubda vurğulayıb ki, Starlink peykləri GPS sisteminin imkanlarını effektiv şəkildə tamamlaya bilər. Qeyd olunub ki, GPS tarixi olaraq yalnız bir operator tərəfindən idarə olunur. Söhbət, ABŞ Müdafiə Nazirliyindən gedir. SpaceX bu alternativi belə xarakterizə edib: “Yeni nəsil peyk qruplaşmalarının sürətlə yerləşdirilməsinə, az gecikməli məlumat ötürülməsinə və universal mobil rabitənin təmin olunmasına imkan verən, eyni zamanda mövqe təyini və naviqasiya xidmətlərini təqdim edən son dərəcə cəlbedici imkan”.

Məktubda Starlink vasitəsilə PNT texnologiyasına açıq çıxışın texniki təfərrüatları açıqlanmayıb, lakin şirkət bildirib ki, yalnız ABŞ üçün deyil, xidmətinin aktiv olduğu 130-dan çox ölkə üçün də daha davamlı və təhlükəsiz mövqe və naviqasiya infrastrukturunun yaradılmasında aparıcı rol oynamağa hazırdır. Alternativ PNT həllərinin hazırlanması, tək mənbəli GPS sisteminin artan həssaslığı və bu sahədə ABŞ-ın texnoloji liderliyinin qorunması zərurəti fonunda xüsusilə aktual hesab olunur.
Mənbə: PCWorld
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Avstraliya kosmik sahəyə daxil olmağa hazırlaşır

Avstraliya kosmik sahəyə daxil olmağa hazırlaşır
16 may Avstraliyanın Kosmonavtika Günü ola bilər. Özünün ilk uçuşuna hazır olan Gilmour Eris daşıyıcı raketi Avstraliyanın özəl Gilmour Space şirkəti tərəfindən hazırlanıb.
Yeni robot Rubik kubunu göz qırpımından daha sürətli yığır (VİDEO)

Yeni robot Rubik kubunu göz qırpımından daha sürətli yığır (VİDEO)
ABŞ-da yeni yaradılmış bir robot Rubik kubunu rekord vaxtda - cəmi 0.103 saniyəyə yığır. Bu, Yaponiyadan olan əvvəlki modeldən təxminən 3 dəfə sürətlidir və nəticə olaraq Ginnesin Rekordlar Kitabına düşüb.
Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır

Apple öz cihazlarının fikir gücü ilə idarəsi texnologiyasını hazırlayır
Apple şirkəti bildirib ki, cari ilin sonuna qədər iPhone smartfonlarında fiziki məhdudiyyətli istifadəçilər üçün yeni əlçatanlıq funksiyaları təqdim olunacaq. Söhbət App Store-da "Accessibility Nutrition" etiketlərindən və Mac üçün Magnifier tətbiqindən gedir.
SpaceX Falcon 9-un təkrar istifadəsində yeni rekorda imza atıb

SpaceX Falcon 9-un təkrar istifadəsində yeni rekorda imza atıb
SpaceX şirkəti Falcon 9 raketlərinin çoxistifadəli ilk pillələrinin yenidən istifadəsində sərhədləri genişləndirməyə davam edir. Bu gün B1067 indeksli pillə artıq 28-ci dəfə faydalı yük daşıyan sürətləndirici blokla kosmosa qalxdı və okeandakı platformaya yumşaq eniş etdi.
Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)

Tesla-nın Optimus robotu rəqs etməyi öyrənib (VİDEO)
Elon Musk-ın siyasi fəallığı onun bütün fikirlərini zəbt etməyib, çünki o, hələ də Tesla şirkətinin layihələrinə vaxt ayırmağı bacarır.
Həftənin xəbərləri

