
ABŞ-ın Çin texnologiyalarının inkişafını məhdudlaşdırmaq planı işə yaramır
Elm & Texnologiya
02.06.2025
Emil Nəcəfov
ABŞ-ın süni zəka, enerji, avtonom avtomobillər, pilotsuz uçuş aparatları və elektrikli avtomobillər kimi müxtəlif sahələrdə Çinlə texnoloji yarışda qalib gəlmək cəhdləri hələlik nəticə verməyib. Çin elektrikli avtomobilləri daha ucuzdur və bir çox göstəricilərə görə ABŞ modellərindən üstündür. Çin istehlak yönümlü pilotsuz uçuş aparatlarının istehsalında liderdir. Vuhanda və Pekində avtonom avtomobillərin sayı elə sürətlə artır ki, nə Waymo, nə də Tesla bu templə rəqabət apara bilmir. Çin dünyada günəş panelləri və batareyaların əsas hissəsini istehsal edir. ABŞ və onun müttəfiqləri qabaqcıl mikroçiplərin və süni zəkanın hazırlanması sahəsində hələ də cüzi üstünlüyə malik olsalar da, bu fərq heç vaxt olmadığı qədər sürətlə azalır.

Ağ Ev qabaqcıl süni zəka çipləri və onların istehsalı üçün avadanlıqların ixracına qadağa qoymaqla Çinin texnoloji inkişafını dayandırmağa çalışsa da, NVIDIA kimi şirkətlər xəbərdarlıq edirlər ki, bu yanaşma əks nəticə verə bilər. Yəni Çin də öz texnoloji ekosisteminin inkişafını stimullaşdıra bilər. ABŞ-da müzakirələr gedir: Çin texnologiyalarının ABŞ texnologiyalarından asılılığını saxlamaq daha məqsədəuyğundur, yoxsa milli təhlükəsizlik risklərini azaltmaq üçün ixracı məhdudlaşdırmaq lazımdır? NVIDIA-nın baş direktoru Jensen Huang rüblük hesabat zamanı bildirib ki, Çin bazarına tətbiq edilən yeni ixrac məhdudiyyətləri şirkətə ziyan vuracaq.

Belə ki, 2026-cı ildə Çin bazarında NVIDIA-nın süni zəka çipləri və serverlərinə 50 milyard dollar xərclənməsi planlaşdırılır. Huang vurğulayıb ki, bu məhdudiyyətlər yalnız çinli istehsalçıların mövqeyini gücləndirir və ölkədə innovasiyaları təşviq edir. ABŞ çipləri mövcud olmadıqda Çin artıq Huawei, Cambricon, CXMT və Semiconductor Manufacturing International Corporation kimi yerli şirkətlərin məhsullarına keçid edir. “Uzunmüddətli perspektivdə Çin, Tayvanın TSMC və ABŞ-ın Intel kimi şirkətləri ilə ayaqlaşmaq və hətta onları ötüb keçmək üçün lazım olan hər şeyi yerli mənbələrdən əldə edə bilər” - deyə texnologiya sahəsində 30 illik təcrübəyə malik analitik Patrick Moorhead.
Mütəxəssislərin fikrincə, Çin bu günədək ABŞ-ın ticarət müharibələri tarixində heç bir ölkənin sahib olmadığı unikal imkanlar kombinasiyasına malikdir. Ölkə əhalisi yüksək səviyyədə hazırlanıb. Zavodlardakı ixtisaslı işçilərdən tutmuş, universitetlərdə təhsil almış mühəndislərə qədər. Huang dəfələrlə vurğulayıb ki, dünyadakı süni zəka tədqiqatçılarının təxminən yarısı Çində çalışır. Bundan əlavə, Çin nəhəng daxili bazara sahibdir və bu da şirkətlərə beynəlxalq bazara çıxmazdan əvvəl ölkə daxilində bizneslərini qurmağa imkan verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
4K keyfiyyətində 5000 ədəd filmi saniyə ərzində göndərmək mümkün olub

4K keyfiyyətində 5000 ədəd filmi saniyə ərzində göndərmək mümkün olub
5000 ədəd 4K keyfiyyətində filmi cəmi bir saniyəyə yükləmək - bu, fantastika kimi səslənsə də, yapon alimlər qrupu təxminən bu nəticəyə nail olmağı bacarıb.
Yeni texnologiya dronların idarəsini ələ keçirməyə imkan verir

Yeni texnologiya dronların idarəsini ələ keçirməyə imkan verir
İsrailin D-Fend Solutions şirkəti EnforceAir adlı sistem hazırlayıb. Bu sistem düşmən dronlarının heç bir maneə və dağıntı yaratmadan idarəsini ələ keçirə və onları təhlükəsiz şəkildə yerə endirə bilir.
Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
Cəmi 2 gün əvvəl Starship kosmik gəmisinin doqquzuncu sınaq uçuşu zamanı növbəti partlayış baş verdikdən sonra Elon Musk bildirib ki, Starship-i artıq gələn ilin sonunda Marsa göndərmək niyyətindədir.
Çində məhsulların sürətli çatdırılması üçün raket uçuşunun testi keçirilib

Çində məhsulların sürətli çatdırılması üçün raket uçuşunun testi keçirilib
Elə bir zaman gələcək ki, Çindən məhsul çatdırılması müddəti əvvəlcədən anbar ehtiyatı yaratmadan bir neçə saata qədər azalacaq. Bu məqsədə təkrar istifadə oluna bilən raketlər kömək edəcək.
Günəş SpaceX-in Starlink peyklərini sıradan çıxarır

Günəş SpaceX-in Starlink peyklərini sıradan çıxarır
Yer orbitində indiyə qədər heç vaxt indiki qədər çox peyk olmayıb. Bu, əsasən SpaceX-in Starlink kimi kosmik peyk qruplaşmasının meydana çıxması ilə bağlıdır. Lakin aqressiv kosmik mühit və Günəşdəki partlayışlar peyklərin xidmət müddətinə mənfi təsir göstərir.
Həftənin xəbərləri

