
ABŞ-ın raketdən müdafiə sistemi "Qızıl Qübbə"nin testlərini 2028-ci ildə keçirə bilər
Elm & Texnologiya
04.08.2025
Emil Nəcəfov
Prezidentlik müddətinin əvvəlində Donald Trump ballistik raketləri ABŞ hava məkanına daxil olmadan öncə məhv edə biləcək "Qızıl Qübbə" adlı raketdən müdafiə sistemi (RMS) yaratmaq niyyətində olduğunu bəyan etmişdi. Hələlik ABŞ hakimiyyətinin bu ideyanı konkret olaraq necə həyata keçirəcəyi məlum deyil, lakin rəsmi sənədlərdə və açıqlamalarda birbaşa şəkildə kosmosun adı çəkilir. Görünən odur ki, raketlərin izlənməsi və ya məhv edilməsi vasitələri məhz orada yerləşdiriləcək. CNN öz mənbələrinə istinadən yazır ki, "Qızıl Qübbə" sisteminin ilk genişmiqyaslı sınağı 2028-ci ilə - prezident seçkilərindən dərhal öncəyə - planlaşdırılıb. Bu tarixlər Trump-ın daha əvvəl səsləndirdiyi, 3 il ərzində yeni raketdən müdafiə sistemi hazırlamaq planları ilə üst-üstə düşür.

Nəşrin məlumatına görə, sınaqlar FTI-X - “kompleks uçuş sınaqları” adı ilə keçiriləcək. Bu sınaqlar zamanı “Qızıl Qübbə” sisteminə daxil olan müxtəlif sensorlar və silah sistemləri birgə işləyərək bir neçə hədəfi vurmağa cəhd edəcək. Bildirilir ki, Pentaqon bu proqramı sürətləndirmək və Donald Trump tərəfindən müəyyən edilmiş vaxt çərçivəsinə riayət etmək üçün bütün imkanlarını səfərbər etmək niyyətindədir. Nəşrin mənbəsi olan Pentaqon nümayəndəsi qeyd edib ki, 3 illik müddət çox iddialıdır, xüsusilə son onilliklər ərzində raketlərin kosmosdan məhv edilməsi imkanlarının araşdırıldığını nəzərə alsaq.

Söhbət, çox mürəkkəb və texniki baxımdan son dərəcə riskli bir vəzifədən gedir, çünki bütün ABŞ ərazisini əhatə etmək üçün çox sayda peykə ehtiyac olacaq. CNN xatırladır ki, “Qızıl Qübbə” proqramının rəhbəri general Michael Guetlein kosmik raketdən müdafiə sisteminin həyata keçirilməsindəki çətinlikləri özü də etiraf etmişdi. Onun fikrincə, əsl texniki problem kosmosda yerləşəcək bir məhvetmə aparatının yaradılması olacaq. Amerikalı general həmin vaxt bildirmişdi ki, bu cür texnologiyaların mövcudluğuna və Pentaqonun onların fiziki işləkliyini sübut edə biləcəyinə inanır. Lakin burada əsas sual iqtisadi səmərəlilik və miqyaslandırma ilə bağlıdır - yəni ölkənin sənaye bazası raket təhdidlərini kosmosdan izləmək üçün yetərincə peyk istehsal edə biləcəkmi?
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xueba 01 adlı robot dramaturgiya üzrə aspiranturaya daxil olub

Xueba 01 adlı robot dramaturgiya üzrə aspiranturaya daxil olub
Xueba 01 adlı antropomorf robot Çində ilk dəfə olaraq “Teatr və kino dramaturgiyası” ixtisası üzrə aspiranturaya qəbul olunub. Onu Şanxay Teatr Akademiyası qəbul edib və təhsilini başa vurduqdan sonra ona incəsənət sahəsində elmlər namizədi diplomu verməyi planlaşdırır.
ABŞ-da dünyanın ilk termonüvə elektrik stansiyasının inşasına start verilib

ABŞ-da dünyanın ilk termonüvə elektrik stansiyasının inşasına start verilib
ABŞ-ın Helion Energy startapı Birləşmiş Ştatlarda ilk termonüvə elektrik stansiyasının yaradılmasına gətirib çıxaracaq tikinti işlərinə başlayıb. Təxminən 5 il sonra istifadəyə veriləcək bu obyektin demək olar ki, bütün elektrik enerjisi artıq Microsoft tərəfindən Vaşinqton ştatındakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün alınıb.
Hətta kvant kompüterinin sındıra bilməyəcəyi səsvermə sistemi hazırlanıb

Hətta kvant kompüterinin sındıra bilməyəcəyi səsvermə sistemi hazırlanıb
Bəzi ölkələrdə artıq onlayn səsverməyə imkan verən rəqəmsal seçkilər tətbiq olunub. Lakin yaxın 10-15 il ərzində kvant kompüterləri mövcud şifrələmə metodlarını sındıra biləcəkləri üçün belə sistemlərin təhlükəsizliyinə ciddi təhdid yarana bilər.
Çində insanabənzər sənaye robotu təqdim edilib

Çində insanabənzər sənaye robotu təqdim edilib
Çin şirkəti Shanghai Electric özünün ilk sənaye humanoid (insanabənzər) robotu olan SUYUAN-ı təqdim edib. Bu robot 167 sm boyunda, 50 kq çəkidə olan kompakt bir köməkçidir.
Türkiyə nüvə silahından 1 səviyyə aşağı olan aviasiya bombası hazırlayıb (VİDEO)

Türkiyə nüvə silahından 1 səviyyə aşağı olan aviasiya bombası hazırlayıb (VİDEO)
Türkiyə Milli Müdafiə Nazirliyinin Elmi-Tədqiqat və Təcrübə-Konstruktor Şöbəsi ölkəyə bu günə qədərki ən güclü adi aviasiya bombasını təqdim edib.
Həftənin xəbərləri

