main-post-cover

    Alibaba öz süni intellekt modelləri əsasında intellektual robotlarını yaradacaq

    Elm & Texnologiya
    09.10.2025
    Emil Nəcəfov
         Alibaba süni intellekt əsaslı avadanlıqların hazırlanması yarışında digər böyük şirkətlərə qoşularaq robot texnologiyalarının yaradılması ilə məşğul olacaq yeni bir bölmə formalaşdırıb. Yeni robot texnologiyaları və daxili süni intellekt hazırlamaq üçün kiçik komandanın yaradıldığını X sosial şəbəkəsində Junyang Lin - Alibaba Qwen bölməsinin rəhbəri - açıqlayıb. Komanda, Qwen adını daşıyan süni intellekt modelləri ailəsinin inkişafından cavabdeh olan həmin bölmənin tərkibində fəaliyyət göstərəcək.
         Lin texniki rəhbər vəzifəsini tutur və daha əvvəl təkcə mətn deyil, həm də səslər və təsvirlərlə işləyə bilən multimodal modellərin hazırlanmasında iştirak edib. O, qeyd edib ki, bu cür multimodal modellər məntiqi düşünmə tələb edən tapşırıqları yerinə yetirə bilən agentlər kimi istifadə olunur və bu tətbiqlər mütləq virtual dünyanın hüdudlarını aşaraq fiziki mühitə keçməlidir. Keçən il Alibaba robot texnologiyaları sahəsində fəaliyyət göstərən X Square Robot startapına əsas investor kimi 140 milyon dollar investisiya yatırıb.
         Şirkətin rəhbəri Eddie Wu sentyabrın sonunda bildirib ki, növbəti 5 il ərzində dünyada süni intellektə ümumi investisiya həcmi təxminən 4 trilyon dollara çatacaq. Hazırda süni intellekt əsaslı robot texnologiyalarına dünyanın aparıcı texnoloji şirkətləri, o cümlədən NVIDIA SoftBank da böyük vəsait yatırır. Sonuncu yaxınlarda sənaye robotları bölməsi ABB Ltd-ni 5.4 milyard dollara almaq barədə razılığa gəlib. NVIDIA rəhbəri Jensen Huang isə daha əvvəl bildirib ki, şirkətin süni intellekt və robot texnologiyaları sahəsində trilyonlarla dollarlıq uzunmüddətli inkişaf potensialı mövcuddur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Tesla bu il üçün Optimus robotunun kütləvi istehsal planını təxirə salıb
    tesla-bu-il-ucun-optimus-robotunun-kutlevi-istehsal-planini-texire-salib
    Neuralink-in pasiyenti beyin implantı vasitəsilə robotlaşdırılmış qolu idarə etməyi öyrənib (VİDEO)
    neuralink-in-pasiyenti-beyin-implanti-vasitesile-robotlasdirilmis-qolu-idare-etmeyi-oyrenib-video
    Günəş və külək energetikası kömürdən daha çox elektrik enerjisi verməyə başlayıb
    gunes-ve-kulek-energetikasi-komurden-daha-cox-elektrik-enerjisi-vermeye-baslayib
    Mütəxəssis Tesla Optimus kimi insanabənzər robotların uğursuz olacaqlarını proqnozlaşdırır
    mutexessis-tesla-optimus-kimi-insanabenzer-robotlarin-ugursuz-olacaqlarini-proqnozlasdirir
    Amazon-un qurucusu Jeff Bezos: "Gələcəkdə Yer kürəsi orbitində süni intellekt üçün serverlər quraşdırılacaq"
    amazon-un-qurucusu-jeff-bezos-gelecekde-yer-kuresi-orbitinde-suni-intellekt-ucun-serverler-qurasdirilacaq