
Neuralink-in pasiyenti beyin implantı vasitəsilə robotlaşdırılmış qolu idarə etməyi öyrənib (VİDEO)
Elm & Texnologiya
08.10.2025
Emil Nəcəfov
Elon Musk-ın Neuralink startapına məxsus beyin implantları bu günə qədər artıq 12 pasiyentə implantasiya edilib və onlardan səkkizincisi bu həftə öz uğurlarını bölüşüb. O, fikir gücü ilə idarə olunan robotlaşdırılmış qolu vasitəsilə müxtəlif hərəkətləri yerinə yetirməyi öyrənib. ALS (yan amiotrofik skleroz) xəstəliyindən əziyyət çəkən bu pasiyentin adı Nick Wray-dır. O, Neuralink-in səkkizinci pasiyenti olub və beyin implantını bu ilin iyul ayında alıb. Bir neçə gün əvvəl o, sosial şəbəkədə paylaşdığı məlumatda təkcə implantla deyil, həm də ətraf mühitdəki obyektlərlə fiziki qarşılıqlı əlaqə üçün istifadə olunan ARA adlı xüsusi robotlaşdırılmış manipulyator ilə işləmə bacarığını inkişaf etdirdiyini bildirib.
Xəstəliyi səbəbilə Nick uzun illərdir gündə 8 saatlıq fiziki iş görə bilmirdi, lakin o, böyük məmnuniyyətlə qeyd edib ki, robotlaşdırılmış manipulyator sayəsində artıq 3 saat ardıcıl fiziki fəaliyyət göstərə bilir. Robotlaşdırılmış qol ona papaq geyinməyə, soyuducunu açmağa, oradakı qabların qapaqlarını dəyişməyə, habelə mikrodalğalı sobada toyuq naggetslərini qızdırıb yeməyə imkan verib. Bundan əlavə, o, stəkandan boru vasitəsilə içməyi də öyrənib.

Neuralink pasiyenti həmçinin elektron təkərli kreslosunu idarə etməyi məşq edir və artıq qapalı məkanda aşağı sürətlə kifayət qədər inamla hərəkət edə bilir. Nick incə motorika üzrə testlər də yerinə yetirir - bu testlər adətən hərəkət pozğunluğu olan insanlar üçün nəzərdə tutulur. O, robotlaşdırılmış manipulyator vasitəsilə stol üzərində silindrləri hərəkət etdirməyi və kiçik çubuqları çevirməyi öyrənib, bu tapşırığı isə orta hesabla 5 dəqiqəyə tamamlayır. Şübhəsiz ki, Nick Wray-in bu uğurları, xəstəlik və ya travma nəticəsində hərəkət qabiliyyətini itirmiş insanlar üçün əşyalarla qarşılıqlı əlaqə imkanının bərpasına ümid verir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Günəş və külək energetikası kömürdən daha çox elektrik enerjisi verməyə başlayıb

Günəş və külək energetikası kömürdən daha çox elektrik enerjisi verməyə başlayıb
Energetika analitik mərkəzi olan Ember-in tədqiqatına əsasən, 2025-ci ilin birinci yarısında günəş və külək enerjisi birlikdə dünya üzrə elektrik enerjisinə olan tələbatın artımını üstələyib. Bunun nəticəsində ötən ilin eyni dövrü ilə müqayisədə kömür və qazdan enerji istehsalı azalıb.
Mütəxəssis Tesla Optimus kimi insanabənzər robotların uğursuz olacaqlarını proqnozlaşdırır

Mütəxəssis Tesla Optimus kimi insanabənzər robotların uğursuz olacaqlarını proqnozlaşdırır
Müasir humanoid (insanabənzər) robotlar, o cümlədən çox reklam olunan Optimus (Tesla) və Figure 02, inkişafın dalan qolu hesab olunur. Bu cür qəti hökmü sənayenin aparıcı simalarından biri, iRobot və Rethink Robotics şirkətlərinin həmtəsisçisi Rodney Brooks verib.
Amazon-un qurucusu Jeff Bezos: "Gələcəkdə Yer kürəsi orbitində süni intellekt üçün serverlər quraşdırılacaq"

Amazon-un qurucusu Jeff Bezos: "Gələcəkdə Yer kürəsi orbitində süni intellekt üçün serverlər quraşdırılacaq"
Keçən həftə İtaliyanın Turin şəhərində keçirilmiş texnoloji konfransda çıxış etmiş Amazon şirkətinin qurucusu və keçmiş rəhbəri Jeff Bezos yalnız süni intellekt sahəsinin vəziyyətini və yaxın gələcəyini dəyərləndirməklə kifayətlənməyib, həm də 10-20 il ərzində kosmosda məlumat emalı mərkəzlərinin yaradılmasının mümkün olacağına inamını ifadə edib.
Tesla Optimus kung-fu döyüş sənətini öyrənib (VİDEO)

Tesla Optimus kung-fu döyüş sənətini öyrənib (VİDEO)
Tesla-nın baş direktoru Elon Musk “Tesla Optimus kung-fu öyrənir” başlıqlı qısa bir video paylaşıb. Videoda humanoid (insanabənzər) robot Optimus bir insanla kung-fu sparrinqlərində iştirak edir.
Çin kosmik raket istehsalını avtomobil istehsalı səviyyəsinə çatdırmaq istəyir

Çin kosmik raket istehsalını avtomobil istehsalı səviyyəsinə çatdırmaq istəyir
Çinin aerokosmik sənayesi diqqətdən kənarda qalan, lakin potensial olaraq mühüm bir sənaye inqilabını yaşayır ki, bu da raket və peyk istehsalını avtomobil istehsalı qədər səmərəli edə bilər.
Həftənin xəbərləri

